Daha 53 Laçın sakini evinə qayıtdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. İyulun 31-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 12 ailə – 53 nəfər köçürülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli…

Ətraflı

Azad edilmiş ərazilərin şəhər günləri təsis edildi – SƏRƏNCAM 

Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Viral.az xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan…

Ətraflı

“Azərişıq” Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir – VİDEO

“Azərişıq” ASC ölkənin bütün regionlarında olduğu kimi işğaldan azad edilən tarixi torpaqlarımızda da yenidənqurma işlərini davam etdirir. “Azərişıq” ASC-dən Viral.az-a verilən xəbərə görə, Kəlbəcərdə də ən ucqar kəndlərə belə işıq çəkilir. Hazırda Zar kəndi istiqamətində 35 Kv-luq izolyasiyalı xətlərin çəkilişi üzrə işlərə başlanılıb. Xətlərin daşınması üçün dayaqlar basdırılır, xətlər çəkilir. Paralel olaraq Mərcimək, Yellicə və Ağqaya kəndləri…

Ətraflı

Serbiya KİV: Qarabağda müharibə qurtarsa da, təhlükə bitməyib

“Qarabağda müharibə qurtarsa da, təhlükə bitməyib. İşğaldan azad edilən ərazilərdə basdırılmış mina və partlayıcı qurğular onilliklər sonra da təhlükə yaratmağa davam edir”. Viral.az xəbər verir ki, bu barədə “Serbiyanın Radio və Televiziyası” (RTS) dövlət qurumunun süjetində deyilir. Nəşrin məlumatına görə, Ağdam minalarla ən çox çirklənmiş rayon hesab olunur. RTS-in çəkiliş qrupu istehkamçılarla görüşüb, minatəmizləmə əməliyyatlarının gedişi…

Ətraflı

Azad olunan ərazilərə xərclənən vəsait 12 milyarda çatacaq

Bu ilin sonuna işğaldan azad olunan ərazilərin bərpası üçün sərf edilən vəsaitin həcmi 12 milyard manata çatacaq. Viral.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib. Bərpa və yenidənqurma prosesinin çox sürətlə getdiyini deyən Emin Hüseynov bu vəsaitin…

Ətraflı

Laçına köçən 16 ailəyə evlərinin açarları təqdim olundu 

Azad Laçın doğma sakinlərini qarşılamağa davam edir. Bu gün Laçına çatan növbəti 16 ailə öz evinin açarlarını almağın sevincini yaşayıb. Açarlar onlara əvvəlki köçlə Laçına qayıdan ailələrin övladları tərəfindən tərəfindən təqdim olunub. Viral.az xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan və Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara…

Ətraflı

Həftə ərzində Laçına daha 45 ailə köçürüləcək

Böyük Qayıdış proqramına uyğun olaraq, işğaldan azad olunan ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması istiqamətində işlər davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həmin sakinlərin məşğulluq imkanlarının qiymətləndirilməsi məqsədilə həftə ərzində Laçın rayonu və Ağalı kəndinə köçürüləcək daha 45 ailə ilə görüş keçirilib. Nazirlikdən Viral.az-a verilən xəbərə…

Ətraflı

Horadiz-Zəngilan yolu əsaslı təmir olunur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun ərazisində mövcud Horadiz–Zəngilan avtomobil yolunun əsaslı təmirinə başlayıb. Viral.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Bildirilib ki, təmir-tikinti işləri M-6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistanla dövlət sərhədi avtomobil yolunun (km 173+600 – km 235+000) 61.4 km-lik Horadiz-Zəngilan hissəsində həyata keçirilir. III texniki dərəcəyə uyğun olaraq…

Ətraflı

Daha 16 ailə Laçına qayıdır – FOTOLAR

İyulun 28-də daha 16 ailə (56 sakin) Laçına köçürülüb. Viral.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.Bununla da Laçın şəhərində 168 ailənin (647 nəfər) daimi məskunlaşması təmin edilib.

Ətraflı

Cəbrayılın bu kəndində fərdi evlərin tikintisinə BAŞLANILIR

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Cəbrayıl rayonunun Horovlu kəndində 2, 3, 4 və 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi üçün açıq tender elan edib. Viral.az xəbər verir ki, tenderdə iştirak haqqı 1 500 manatdır. İddiaçılar ilkin sənədləri sentyabrın 1-i, saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank…

Ətraflı

Zəlzələ Qarabağ və Zəngəzuru da silkələdi

Xəbər verdiyimiz kimi, bu gün saat 11 radələrində Lənkəran rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5, ətraf rayonlarda 5-3 bala kimi hiss olunub. Viral.az bildirir ki, zəlzələ Zəngəzur və Qarabağı silkələyib. Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatına görə, Zəngəzurda 2-3, Qarabağda 3 bal gücündə zəlzələ qeydə alınıb. Dağıntı və ya tələfat barədə məlumat verilməyib.

Ətraflı

Daha 19 ailə Laçına yola salındı

İyulun 25-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb. Viral.az xəbər verir ki, Böyük Qayıdış Proqramı çərçivəsində bu mərhələdə Laçın şəhərinə daha 19 ailə (89 nəfər) köçürülür. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısı İlham Əliyevin göstərişi əsasında bərpa edilən və ya…

Ətraflı

Qarabağda səyyar ədliyyə xidmətləri təşkil edildi

Qarabağ və Şərqi Zəngəzurda səyyar ədliyyə xidmətləri təşkil edilib. Viral.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 22-23-də nazirlik tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı olan – Şuşa şəhərində, habelə Zəngilan və Laçın rayonlarında yaşayan əhaliyə, genişmiqyaslı yenidənqurma işlərinə cəlb olunan işçilərə və bu ərazilərdə xidmət göstərən hərbçilərə, digər peşə…

Ətraflı

Azad edilmiş ərazilərdə daha 43 mina aşkarlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb. ANAMA-dan Viral.az-a bildirilib ki, iyulun 17-dən 22-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl, Laçın və Zəngilanda 28 piyada, 15 tank əleyhinə mina, 68 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 227, 23 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Ətraflı

Qarabağa səfər etmək istəyənlərin DİQQƏTİNƏ – Bu TARİXDƏ….

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə avqust ayı üçün biletlər 26 iyul 2023-cü il saat 11:00-da satışa çıxarılacaq. Nazirlikdən Viral.az-a verilən məlumata görə, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala…

Ətraflı

İstisu bərpa ediləcəkmi? – RƏSMİ CAVAB

“Kəlbəcərdə turizm və rekreasiya zonalarının yaradılması nəzərdə tutulub”. Viral.az “trend”ə istinadən xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə jurnalistlərə açıqlamasında deyib. K.Quluzadənin sözlərinə görə, Qarabağın turizm potensialı dünyaya çatdırılmalıdır: “Qarabağın turizm potensialı nəzərə alınaraq Dövlət Turizm Agentliyi tərəfindən bir neçə istiqamətdə turistik layihələrə başlanılıb. Destinasiyalardan biri Kəlbəcərdir. Burada turizm və rekreasiya…

Ətraflı

Laçınlı ailələrə evlərinin açarları təqdim edildi 

Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan və Laçına çatan növbəti 22 ailə öz evlərinin açarlarını təhvil alıblar. Viral.az xəbər verir ki, Laçın şəhərinə doğma sakinlərinin geri dönüşü davam edir. Növbəti köç karvanı ilə 22 ailə Laçına çatıb. Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara öz evlərinin açarları təqdim olunub. Bununla da,…

Ətraflı

Daha 22 ailə Laçına yola salındı

Daha bir neçə ailə Laçın şəhərinə yola salınıb. Viral.az xəbər verir ki, bu gün 79 nəfərdən ibarət 22 ailə doğma yurduna geri dönür. Qeyd edək ki, köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb. Köçürülən ailələr Laçında vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən…

Ətraflı

İlham Əliyev keçmiş məcburi köçkünlərə MÜRACİƏT ETDİ

Biz (ərazilərin minalardan təmizlənməsində – red.) dronlardan fəal şəkildə istifadə edirik. Bizim bəzi parlaq zəkaya malik insanların sayəsində belə artıq dronlar var. Bu, bizə böyük kömək olur. Biz dərk edirik ki, bu, çox uzun prosesdir. Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda…

Ətraflı

Üç il ərzində 150 mindən çox insanı qaytaracağıq – İlham Əliyev

Növbəti üç il ərzində Qarabağ və Şərqi Zəngəzur rayonları üzrə 150 mindən çox insanı qaytaracağıq. Viral.az xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib. “Təkcə Qarabağ regionunda 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Şuşa şəhərində, ümid edirəm…

Ətraflı