Albaniyanın əhalisi 14 faiz azalıb

Albaniyanın əhalisi 2011-ci ildən bəri 14 faiz azalıb.

 

Viral.az xəbər verir ki, siyahıyaalma ilə bağlı yeni dərc edilmiş məlumatlara görə, Albaniyanın əhalisi 2011-ci ildəki 2,8 milyon nəfərdən təxminən 409 min nəfər və ya 14 faiz azalaraq 2,4 milyon nəfərə düşüb. Rəqəmlər yaşlı əhali faizinin kəskin artdığını göstərir.

Son Yazılar:

 

Əhali sayının azalmasına ən böyük səbəb kimi miqrasiya problemi göstərilir. Yeni doğulanların sayındakı azalma (6,4 faiz) və yaşlı əhali sayındakı artım (13,7 faiz) digər səbəblərdir.

 

Hazırda ölkə əhalisi 2 milyon 412,1 min nəfərdir.