Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün növbəti 1/4 finalçılar müəyyənləşəcək.
Viral.az-ın məlumatına görə, günün ilk qarşılaşması Düsseldorfdakı “Esprit Arena”da Fransa və Belçika milliləri arasında keçiriləcək.
Son Yazılar:
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
- Bu tarixdən iş GÜNÜDÜR
- Ərim toy süfrəsindəki kişmişi, fındığı da yeyir
Fransa D, Belçika isə E qrupunun ikincisi kimi 1/8 finalda mübarizə aparmaq hüququ qazanıb.
Bakı vaxtı ilə saat 23:00-da isə “Frankfurt Arena”da Portuqaliya və Sloveniya yığmaları münasibətlərə aydınlıq gətirəcəklər. Portuqaliya F qrupunun lideri kimi 1/8 finala vəsiqə qazanıb. Sloveniya isə C qrupundan ən yaxşı üçüncü kimi növbəti mərhələyə yüksəlib.
AVRO-2024
1/8 final
1 iyul
20:00. Fransa – Belçika
Baş hakim: Qlenn Nyuberq (İsveç).
Düsseldorf, “Esprit Arena”.
23:00. Portuqaliya – Sloveniya
Baş hakim: Daniel Orsato (İtaliya).
“Frankfurt Arena”.