İyul ayının 1-dən ölkədə, xüsusilə də paytaxt Bakıda ciddi taksi çatışmazlığının yaşanacağı gözlənilir. Taksilərlə bağlı yeni tələblər əvvəllər bu sektorda necə gəldi fəaliyyət göstərənlərin sayını azaldacaq.
Viral.az xəbər verir ki, iqtisadçı ekspert. Fuad İbrahimov “Xəzər Xəbər”ə deyib ki, əvvəllər qeyri-rəsmi rəqəmlərə görə, 45-50 min taksi fəaliyyət göstərirdi. Ancaq indiki rəsmi rəqəmlərə görə, həmin şəxslərin sadəcə 7 mindən biraz çoxu icazə vərəqi alıb. Başqa sözlə, iyul ayının 1-dən etibarən hələlik işləmək üçün bu sayda taksi sürücüsünün rəsmi icazəsi olacaq.
Ekspertin fikrincə, nəticədə tələb təklifi üstələdiyi üçün qiymətlər artacaq.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Onun sözlərinə görə, bahalaşmanın da müəyyən həddi olmalıdır. İndiki vəziyyətdə taksidən istifadə zamanı taksi operatorları tərəfindən minimum qiymət prinsipi tətbiq edilir. Pik saatlarda və sifarişlər çox olduğu zaman taksi operatorları tarifi daha yüksək hədlə hesablamağa başlayırlar. Başqa sözlə, eyni məsafədə həm ekonom, həm komfort, həm də bizness sinifinə aid taksi xidmətindən istifadə bəzi hallarda 2-3 dəfəyə yaxın baha başa gəlir.
Taksi tariflərinin minimum və maksimum hədlərinin müəyyən edilib-edilməyəcəyi məsələsinə aidiyyəti qurum da aydınlıq gətirib. Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur. Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır.