Yekaterinburqda casusluqda günahlandırılan ABŞ jurnalistinin işinə baxılır

Rusiyanın Yekaterinburq məhkəməsi amerikalı jurnalist Evan Qerşkoviçin işinə baxmağa başlayıb.

 

Viral.az “Meduza”ya istinadən xəbər verir ki, jurnalist “Uralvaqonzavod”la bağlı “MKİ-nin göstərişi əsasında məxfi məlumat toplamaqda” ittiham olunur.

Son Yazılar:

 

Yekaterinburqun Sverdlovsk vilayət məhkəməsi “Wall Street Journal”ın müxbiri Evan Qerşkoviçin ittiham olunduğu “casusluq” işinə baxmağa başlayıb. Jurnalist məhkəməyə aparılıb.

 

İş üzrə dinləmələr əvvəlcədən elan olunduğu kimi, qapalı keçiriləcək.

 

Rusiya Federasiyası Baş Prokurorluğunun nümayəndələri bildiriblər ki, jurnalist “MKİ-nin göstərişi ilə “Uralvaqonzavod” müdafiə müəssisəsinin hərbi texnika istehsalı və təmiri sahəsində fəaliyyəti haqqında məxfi məlumat toplamaqda” ittiham olunur.

 

Evan Qerşkoviç ittihamları rədd edir.