-->
photo 264652

Bu məktəblərdə 4 yanvar dərs günü OLACAQ

Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Qərarına əsasən, 5 və 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 28-29 dekabr 2024-cü il tarixində iş günüdür. Viral.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində 28 dekabrda…

Ətraflı
photo 264632

İlham Əliyev Roma Papasına məktub GÖNDƏRDİ

Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib. Viral.az xəbər verir ki, məktubda deyilir: “Zati-müqəddəsləri, Müqəddəs Milad bayramı münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Mərhəmət, xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirən, yeni ruh gətirən bu nurlu bayram özünün bütün məramı ilə insanlar arasında…

Ətraflı
photo 264629

“Qızımı öldürməzdən əvvəl “semiçka” da almışdı ki, yeyib-içəcəyik”

Xəbər verdiyimiz kimi, Ağstafanın Vurğun qəsəbəsində 19 yaşlı qadın bıçaqlanaraq qətlə yetirilib. Viral.az İTV-yə istinadən məlumatına görə, 23 yaşlı Valeh Qədimov həyat yoldaşı 19 yaşlı Mədinə Qədimovanı qətlə yetirməkdə şübhəli bilinir. M.Qədimovanın valideynləri bildirib ki, qızı ilə kürəkəni arasında əvvəllər də münaqişə baş verib. Valeh isə ailəsi ilə barışmaq üçün tez-tez qayınatasıgilə gəlirmiş. Bu dəfə…

Ətraflı
photo 264610

Ceyhun Bayramov Serbiyaya GETDİ

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə Viral.az-a Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiya Respublikasının Səfirlər Konfransında çıxışı, habelə xarici işlər naziri Marko Curiç və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Ətraflı
photo 264605

Hökumətin yekun tərkibi ilə bağlı Makron və Bayru arasında fikir ayrılıqları yarandı

Fransanın gələcək hökumətinin yeni tərkibi dekabrın 23-də səhər saatlarında açıqlana bilər. Viral.az xəbər verir ki, bu barədə Yelisey sarayındakı mənbələrə istinadən TF1 telekanalı məlumat yayıb. Baş nazir Fransua Bayru ilkin olaraq həftənin sonuna qədər kabinetin təyinatı prosesini başa çatdırmağı planlaşdırıb, lakin o, dekabrın 22-nin bütün gününü prezident Emmanuel Makronla yekun siyahını razılaşdırmağa sərf edib. Belə…

Ətraflı
photo 264598

Serbiya heç vaxt Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq

“Serbiya xarici təzyiqlərə baxmayaraq, heç vaxt Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq”. Viral.az xəbər verir ki, bunu Serbiyanın Baş nazirinin müavini Aleksandr Vulin Çinin “CGTN” telekanalına müsahibəsində deyib. “Qərbdən Serbiyaya həmişə təzyiqlər olur, bizdən Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi, Çin investisiyalarını dayandırmağı, həmçinin Avropa İttifaqı və ABŞ-ın etdiyi hər şeyə əməl etməyimizi xahiş edirlər, amma biz…

Ətraflı
photo 264595

Mozambikdə “Şido” qasırğası nəticəsində ölənlərin sayı 94-ə çatdı

Mozambikdə “Şido” qasırğası nəticəsində ölənlərin sayı 94-ə çatıb. Viral.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Bildirilir ki, dekabrın 15-dən 19-dək Mozambikdə qasırğa 110 mindən çox yaşayış binasını dağıdıb. Bundan əvvəl Kabo Delqado, Nyasa, Nampula, Tete və Sofala əyalətlərində 500-dən çox yaralı və 329 min qaçqın olduğu bildirilirdi. Xatırladaq ki, dekabrın 7-8-də Hind okeanının…

Ətraflı
photo 264583

Terrorçulara qarşı əməliyyatlar artırılacaq – Yaşar Gülər

Türkiyə beynəlxalq aktorları Suriyadakı yeni hakimiyyəti dəstəkləməyə çağırıb. Viral.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər videokonfrans zamanı çıxışında deyib. O, bildirib ki, Suriyada əliqanlı rejim süquta uğrayıb və artıq yeni mərhələ başlayıb: “Suriyada söz sahibi artıq xalqdır. Bu günə qədər olduğu kimi, bundan sonra da Suriya xalqının yanında olmağa davam edəcəyik….

Ətraflı
photo 264581

Mərdəkan qəsrinin sirri: Quyular nə üçün istifadə olunurdu?

Abşeron rayonunda yerləşən Böyük Mərdəkan qəsri adlanan abidə XII əsrdə tikilib. Viral.az xəbər verir ki, qəsrdə yerləşən və dərinliyi təqribən iki metr olan quyular düşmən hücumu zamanı qalaya sığınanları ərzaqla təmin etmək məqsədi güdürdü. Ümumilikdə isə qəsrin daxili və xaricində 90 quyunun olduğu bildirilir. Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) materialında:

Ətraflı
photo 264573

Qəzzada həlak olan fələstinlilərin sayı AÇIQLANDI

2023-cü ilin oktyabrında anklavda hərbi əməliyyatlara başlayandan bəri İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində 45,2 mindən çox fələstinli həlak olub, 107,6 mindən çoxu isə yaralanıb. Viral.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi öz Telegram kanalında məlumat yayıb. “2023-cü ilin oktyabr ayından etibarən İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyatların qurbanlarının sayı 45 259…

Ətraflı
photo 264566

Trampın komandası bu təşkilatdan çıxmaq İSTƏYİR

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandası Vaşinqtonu Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxarmaq istəyib. Viral.az xəbər verir ki, bu barədə “Financial Times” yazır.  Nəşrin məlumatına görə, Trampın komandasının üzvləri amerikalı siyasətçinin andiçmə mərasimi günü təşkilatı tərk etmək niyyətlərini ÜST-yə bəyan ediblər. Ekspertlər qeyd edir ki, bu, qlobal sağlamlıq üçün fəlakətli nəticələrə səbəb ola bilər.

Ətraflı
photo 264537

Topu qarşılamaq istədi, hakimi yıxdı – VİDEO

CEV Çempionlar Liqasında kişilər arasında keçirilən “Peruca” – “Sen-Nazer” matçında təhlükəli anlar yaşanıb.  Viral.az xəbər verir ki, “Sen-Nazer”in voleybolçusu Henri Leon topu qarşılamaq istəyərkən hakim tribunasını aşırdıb. Bu zaman hakim də zərbə ilə yerə yıxılıb. Qeyd edək ki, oyunda “Peruca” 3:0 (25-21 , 25-23 , 25-23) hesabı ilə qalib gəlib. Görüntüləri təqdim edirik:

Ətraflı
photo 264532

Bu ölkədə Tiktok bir illik BAĞLANIR

Albaniyanın Baş naziri Edi Rama məktəbdə şagirdin ölümü ilə nəticələnən insidentdən sonra ölkə hakimiyyətinin Tiktok platformasına girişi bir il müddətinə bağlayacağını açıqlayıb. Viral.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. O, Tiranada müəllimlər, valideynlər və psixoloqlarla görüşündə Tiktoku “quldur” adlandırıb və onu bir il ərzində ölkədən “qovacağına” söz verib. Hökumətin qərarına əsasən, Tiktok 2025-ci…

Ətraflı
Son D%C9%99qiq%C9%99

Bu ölkədə 6,2 bal gücündə zəlzələ OLDU

Vanuatuda 6,2 maqnitudalı zəlzələ olub. Viral.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri təxminən 35,9 min nəfər əhalisi olan Port Villa şəhərindən 27 km şimal-qərbdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Xatırladaq ki, dekabrın 17-də ABŞ Geoloji Xidməti Vanuatu sahillərində 7,4 maqnitudalı zəlzələ baş verdiyini bildirib. Hadisə…

Ətraflı
photo 264507

Qətər səfirliyi 13 ildən sonra Dəməşqdə fəaliyyətini bərpa etdi

Qətər səfirliyi bu gün Dəməşqdə, 2011-ci ildə Suriyada vətəndaş münaqişəsinin başlanması ilə bağlı bağlanmasından 13 il sonra fəaliyyətini bərpa edib. Bu barədə Viral.az Qətərin “Al Araby” telekanalına istinadən məlumat verir. Bildirilib ki, bu gün Suriyanın paytaxtındakı Qətər səfirliyinin binası üzərində əmirliyin bayrağı qaldırılıb. Qətər Suriya üsyançılarının dekabrın əvvəlində Prezident Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmasından bəri Türkiyədən sonra səfirliyini…

Ətraflı
photo 264500

Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib

Dekabrın 21-də Dövlət İmtahan Mərkəzi (DİM) Dövlət Gömrük Komitəsi ilə birgə gömrük orqanlarına xidmətə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. DİM-dən Viral.az-a bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 3 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 7 imtahan rəhbəri, 61 nəzarətçi, 8 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub. İmtahanda namizədlərə…

Ətraflı