-->

I sinfə qəbulu müsabiqə yolu ilə aparılan təhsil müəssisələri məlum OLDU

I sinfə qəbulu müsabiqə yolu ilə aparılan təhsil müəssisələri məlum OLDU

I sinfə qəbulu müsabiqə yolu ilə aparılan təhsil müəssisələri məlum olub.

Bu barədə Viral.az-a MÜTDA-dan məlumat verilib.

Qeyd olunub ki, Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbinin həm Azərbaycan, həm də rus bölməsi üzrə 1-ci siniflərinə uşaqların qəbulu müsabiqə yolu ilə aparılacaq. Uşaqların qəbulu zamanı heç bir prioritet üzrə üstünlük nəzərə alınmır.

Son Yazılar:

Eyni zamanda, İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəblisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, “Zəngi” liseyinin rus bölməsinin 1-ci siniflərinə prioritetlər üzrə üstünlüyü olmayan uşaqların qəbulu müsabiqə yolu ilə aparılacaq.