-->
photo 265185

Azərbaycanın üzrlə bağlı tələbinə – Kremldən REAKSİYA

“Kreml istintaq yekunlaşana qədər Aktauda “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı qiymətləndirmələr etməyəcək”. Viral.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. Bununla yanaşı, jurnalistlər Peskova Kremldə Azərbaycan tərəfinin Rusiyanın qəza ilə bağlı üzr istəməsi tələbini görüb-görmədikləri ilə bağlı sual ünvanlayıb. O isə suala “Əlbəttə,…

Ətraflı
photo 265149

Xocalının Ballıca kəndinə növbəti köç yola SALINDI

Xocalı rayonunun Ballıca kəndinə ikinci köç yola salınıb. Viral.az xəbər verir ki, köç bu gün – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində baş tutur. Bu gün Ballıca kəndinə 21 ailənin – 119 nəfərin köçürülməsi nəzərdə tutulub. Keçmiş məcburi köçkünlər 32 ildən sonra ilk dəfə olaraq hər iki bayramı öz doğma torpaqlarında qeyd…

Ətraflı
photo 265123

Yeni il süfrəsində yeyib-içərkən… – Xəbərdarlıq

Yeni il süfrəsində bayram yeyib-içməyindən ən çox 2 orqan əziyyət çəkir. Viral.az medicina.az-a istinadən xəbər verir ki, dietoloq Yevgeni Arzamasçev xəbərdarlıq edib. “Bayram günlərində insanlar ard-arda çoxlu zərərli qidalar yeyir, içki məclislərində olur, orqanizm çox yüklənir. Nəticədə mövcud olan qastrit, kolit və pankreatit kimi xəstəliklər kəskinləşir, xoralar dərinləşir. Qeyri-sağlam qida həm həzm, həm immun sisteminin…

Ətraflı
photo 265100

Aİİ sammitində Lukaşenko və Paşinyan arasında mübahisə DÜŞDÜ

Ermənistanın baş naziri Nikol Paşinyan və Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində Ermənistan nümayəndə heyətinin növbəti görüşdə iştirak formatı ilə bağlı mübahisə ediblər. Viral.az xəbər verir ki, mübahisə Paşinyanın Ermənistan nümayəndə heyətinin Ali Avrasiya İqtisadi Şurasının 2025-ci ilin mayında Minskdə keçiriləcək növbəti iclasında distant formatda iştirak edəcəyini bildirməsindən sonra başlayıb. “Burada nə…

Ətraflı
photo 265096

“Rəsmi Bakı Rusiyadan təyyarəni vurmasını etiraf etməsini və üzr gözləyir”

“Rəsmi Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsinin vurmasını etiraf etməsini, Azərbaycan xalqından rəsmi üzr istəməsini və hərtərəfli araşdırma aparmasını, nəticədə bütün təqsirkarların məsuliyyətə cəlb ediləcəyini gözləyir”. Viral.az xəbər verir ki, bu barədə caliber.az Azərbaycan hakimiyyət orqanlarından əldə etdiyi məlumata əsasən məlumat yayıb. Bildirilib ki, araşdırmanın ilkin nəticələrinə görə, AZAL-ın sərnişin təyyarəsi Rusiyanın “PANTSIR-S” hava hücumundan müdafiə sistemi…

Ətraflı
photo 265081

Şəxsiyyəti müəyyənləşənlərin sayı ARTDI

Ötəngünkü təyyarə qəzasında həlak olan daha 3 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.  Viral.az xəbər verir ki, bu barədə Qazaxıstan FHN məlumat yayıb. Bildirilib ki, bununla da şəxsiyyəti müəyyənləşdirilən şəxslərin sayı 10-a çatıb: “Onların 3-ü Rusiya, 3-ü Qazaxıstan və 4-ü Azərbaycan vətəndaşıdır”. Xatırladaq ki, daha öncə Qazaxıstan FHN 7 nəfərin şəxsiyyətinin müəyyənləşdirildiyini açıqlamışdı.

Ətraflı
photo 265065

Bu müsəlman ölkəsində üzünü tam örtən qadınlar CƏRİMƏLƏNƏCƏK

Qırğızıstan parlamenti üzünü örtən və vətəndaşların şəxsiyyətini müəyyən etməyə imkan verməyən paltar geyinməyə görə cərimənin tətbiqini dəstəkləyib. Viral.az xarici mediaya istinadla bildirir ki, bu paltarı ictimai yerlərdə geyinməyə görə, iş və rəsmi fəaliyyətlə əlaqəli geyimlər istisna olmaqla, 20 min som (təxminən 373 manat) cərimə edilir. Dini zəmində siyasi partiyaların yaradılması və dini tədris müəssisəsindən kənarda…

Ətraflı
photo 265064

Dedi ki, oturub təyyarənin qalxmağını gözləyir

“Özünə isti geyim almışdı ki, Çeçenistan soyuq olur, orada geyinər”. Viral.az xəbər verir ki, bunu təyyarə qəzasında həlak olan Şəmkir rayon sakini 26 yaşlı Ramin İbrahimovun atası Mahir İbrahimov deyib. O bildirib ki, oğlu Çeçenistana işləməyə gedirmiş: “İsti paltarlar almışdı. Axşam yemək yedi. Ailəlikcə onu yola saldıq. Axırıncı dəfə səhər saat 9-a 11 dəqiqə işləmiş…

Ətraflı
photo 265047

AZAL prezidentindən təyyarənin dronla vurulması iddiasına REAKSİYA

AZAL-ın prezidenti Samir Rzayev Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin dronla vurulub-vurulmaması məsələsindən danışıb. Viral.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, S.Rzayev hələ bu kimi iddialarla bağlı konkret fikir bildirməyin mümkün olmadığını qeyd edib. “Hələ heç bir iddia ilə bağlı konkret söz demək mümkün deyil. Hələ ki müvafiq qurumlar tərəfindən araşdırma aparılır”, – deyə AZAL-ın prezidenti əlavə edib.

Ətraflı
photo 265045

Pezeşkian Azərbaycan Prezidentinə başsağlığı VERDİ

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Viral.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. İran Prezidenti təyyarə qəzası nəticəsində insanların həlak olması ilə bağlı Azərbaycan Prezidentinə və həlak olanların ailə üzvlərinə başsağlığını çatdırıb, yaralananların tezliklə şəfa tapmasını diləyib. Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlıq bildirib.

Ətraflı
photo 265030

Xatirələri Bakı aeroportunda anılır – FOTOLAR

Ötən gün Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan sərnişin və ekipaj üzvlərinin xatirəsi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında anılır. Viral.az xəbər verir ki, bu barədə Hava Limanının sosial şəbəkə hesabında paylaşım edilib.  Bununla bağlı Bakı aeroportunda, Terminal 2-nin cənub girişində xatirə stendi quraşdırılıb. Stendə gül dəstələri düzən…

Ətraflı
photo 265019

Türkiyəli məşhurlar Azərbaycana başsağlığı verdilər

Türkiyəli məşhurlar Aktauda “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan azərbaycanlılar barədə paylaşım ediblər. Viral.az baku.ws-ə istinadən xəbər verir ki, onlar sosial şəbəkə hesablarında müxtəlif paylaşımlar edərək xalqımıza bu ağır günündə dəstək olduqlarını vurğulayıblar. Sözügedən tanınmışlar arasında bəzi müğənnilər və aktyor Halil İbrahim Kalaycıoğlu yer alıb. Təyyarə qəzasına görə Azərbaycana başsağlığı verən…

Ətraflı
photo 265000

Azərbaycanlı həkim və psixoloqlar yaralılara xidmət edir

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğradıqdan dərhal sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri vasitələrlə təchiz edilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təcrübəli psixoloq, həkim və xilasedicilərindən ibarət qrup FHN-ə məxsus “BE-200 ÇS” amfibiya tipli təyyarə ilə Aktau şəhərinə göndərilib. Bu barədə Viral.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, qarşıda qoyulmuş tapşırıqlara uyğun olaraq,…

Ətraflı
photo 264994

Kəmaləddin Heydərov yaralıların son vəziyyətini AÇIQLADI

“Hadisə yerində olduq, xəstəxanada yaralılara baş çəkdik. Reanimasiyada olan üç nəfərdən başqa, hamısının vəziyyəti yaxşıdır”. Viral.az xəbər verir ki, bunu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. Nazir bildirib ki, həlak olanların şəxsiyyətləri tam məlum olduqdan sonra Azərbaycan gətiriləcək: “Xəsarət alanları hazırda ölkəyə gətirmək mümkündür. Lakin həkimlərin məsləhətinə görə, onların psixoloji vəziyyəti nəzərə alınaraq yüngül…

Ətraflı
photo 264971

Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanladı

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb. Viral.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dərin hüznlə başsağlığımı və yaralananlara şəfa diləklərimi qəbul edin. Bu çətin anda Türkmənistan xalqı, Hökuməti adından və şəxsən öz…

Ətraflı
photo 264946

“Dedi ki, sağam…” – Təyyarə qəzasında yaralanan Samirin anası

“Oğlum Qroznuya dostlarının yanına gedirdi. Bu gün səhər 8 radələrində zəng edərək təyyarənin 9-a işləmiş qalxacağını və çatanda xəbər edəcəyini dedi”. Viral.az xəbər verir ki, bunu təyyarə qəzası nəticəsində xəsarət alan Şəmkir rayon sakini Samir Alıyevin anası Güllü Alıyeva deyib. “Saat 12-nin yarısınadək gözlədim bir xəbər olmadı. 12-nin yarısı zəng edərək iş yerində olduğunu dedi. Daha…

Ətraflı
photo 264944

Təyyarədə olan hər üç Qırğızıstan vətəndaşı sağ QALIB

Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin göyərtəsində olan hər üç Qırğızıstan vətəndaşı sağ qalıb. Viral.az xəbər verir ki, bu barədə məlumatı Qırğızıstanın Xarici İşlər Nazirliyi bildirib. Xatırladaq ki, bu gün Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, qəza zamanı 32 nəfər sağ qalıb.  AZAL təyyarənin göyərtəsində 62 sərnişinin…

Ətraflı
photo 264920

XİN təyyarə qəzası ilə bağlı məlumat YAYDI

  25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. XİN-dən Viral.az-a verilən xəbərə görə, qəzanın səbəbləri araşdırılır. Bildirilib ki, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. İlkin…

Ətraflı
photo 264899

AZAL sərnişinlərin adlarını AÇIQLADI – YENİLƏNİB

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsinin ekipaj üzvlərinin kimliyini açıqlayıb. Viral.az-ın məlumatına görə, həmin şəxslər aşağıdakılardır: 1. Kşnyakin İqor 2. Kalyaninov Aleksandr 3. Əliyeva Hökümə 4. Əsadov Zülfüqar 5. Rəhimli Aydan *** AZAL-ın J2-8243 nömrəli Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlanıb. Viral.az siyahını təqdim edir: 1. Ağayev Ramin 2. Əhmədov Rəşad 3….

Ətraflı