Xocalı rayonunun Ballıca kəndinə ikinci köç yola salınıb.
Viral.az xəbər verir ki, köç bu gün – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində baş tutur.
Bu gün Ballıca kəndinə 21 ailənin – 119 nəfərin köçürülməsi nəzərdə tutulub. Keçmiş məcburi köçkünlər 32 ildən sonra ilk dəfə olaraq hər iki bayramı öz doğma torpaqlarında qeyd edəcəklər.
Son Yazılar:
- Daha 2 tiktoker həbs olundu
- “Sübutlar Azərbaycan təyyarəsinin Rusiya tərəfindən vurulduğunu göstərir” – Ağ Ev
- İran kütləvi hərbi təlimlər keçirəcək
Ölkənin müxtəlif ərazilərində çətin şəraitdə müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlər kəndə yola salınıb.
Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Kənd 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub.
Xatırladaq ki, dekabrın 13-də 27 ailə – 152 nəfər Ballıca kəndinə köçürülüb.