Milli Məclisin payız sessiyası üzrə son plenar iclası dekabrın 29-da keçiriləcək.
Viral.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasının sonunda məlumat verib.
Sədr qeyd edib ki, toplantının gündəliyi haqqında əlavə məlumat veriləcək.
Son Yazılar:
- Roluna görə təzyiqlərə məruz qaldı
- ABŞ Ermənistan daxil olmaqla bir çox olkələrə yardımı faydasız hesab edərək DAYANDIRDI
- Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri AÇIQLANDI
Xatırladaq ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Bu il Nazirlər Kabinetinin qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.
Bununla da, 30 dekabr və 31 dekabr 2024-cü il, 1 yanvar, 2 yanvar, 3 yanvar, 4 yanvar və 5 yanvar 2025-ci il tarixləri qeyri-iş günləri, 28 və 29 dekabr 2024-cü il tarixləri iş günləri olacaq.
Beləliklə, parlamentin payız sessiyası dekabr ayının sonuncu iş günüdə, ayın 29-u başa çatacaq.