-->
photo 264966

Qəza nəticəsində həlak olmuş şəxslərin identifikasiyası üzrə işlər aparılır

Qazaxıstanın Aktau şəhərində təyyarə qəzası nəticəsində həlak olmuş şəxslərin identifikasiyası üzrə işlər aparılır. Viral.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun sədrliyi ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclasında məlumat verilib. Qeyd edilib ki, xəsarət almış şəxslərin ailələri və yaxınları ilə zəruri işlərin aparılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı…

Ətraflı
photo 264959

Təyyarə qəzasında xəsarət alan Rusiya vətəndaşları Moskvaya aparılacaq

Qazaxıstanda təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan Rusiya vətəndaşları İl-76 təyyarəsi ilə Moskvaya aparılacaq. Viral.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb. Bununla bağlı qərar Rusiya Prezidenti Vladimir Putinin göstərişi və fövqəladə hallar naziri Aleksandr Kurenkovun tapşırığı əsasında qəbul edilib. “Rusiya FHN-in xüsusi təyyarəsi Moskvadan Aktauya uçub və…

Ətraflı
Son D%C9%99qiq%C9%99

Bakıda binada güclü yanğın söndürüldü – VİDEO

Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. FHN-in Mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, həyata keçirilmiş operativ tədbirlər sayəsində mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə…

Ətraflı
photo 264911

Şahbaz Şərif Azərbaycana başsağlığı verdi

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib. Viral.az xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib. “Azərbaycan təyyarəsinin qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Bu hadisə nəticəsində yaşanan insan itkisi ilə əlaqədar qardaşım Prezident İlham Əliyevə və Azərbaycan xalqına…

Ətraflı
photo 264902

İlham Əliyev Aktaudakı təyyarə qəzasına görə Rusiyadan ölkəyə geri QAYITDI

Azərbaycan Prezidenti İlham Əliyev Aktaudakı təyyarə qəzasına görə Rusiyadan ölkəyə geri qayıdıb. Viral.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb: “Bu gün Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası…

Ətraflı
Son D%C9%99qiq%C9%99

Təyyarə qəzasından sonra xəstəxanaya yerləşdirilənlərin sayı açıqlandı – YENİLƏNİB

Qazaxıstanda təyyarənin qəzaya uğraması nəticəsində sağ qalanların sayı 28 nəfərə çatıb, onlardan ikisi uşaqdır. Viral.az xəbər verir ki, bu barədə Qazaxıstan operativ xidmətləri məlumat yayıb. Manqistau vilayətinin Səhiyyə İdarəsindən bildirilib ki, xəsarət alanlara vilayət xəstəxanalarında lazımi tibbi yardım göstərilir. Hadisə yerinə 23 təcili tibbi yardım briqadası səfərbər edilib. Bu gün Astanadan Aktauya cərrah və travmatoloqlardan…

Ətraflı
Son D%C9%99qiq%C9%99

İrəvandan Bakıya həyata keçirilən reyslərin sayı AÇIQLANDI

Son beş ildə İrəvandan Bakıya və əks istiqamətdə 66 reys həyata keçirilib. Viral.az xəbər verir ki, bu barədə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi “Sputnik Ermənistan”ın sorğusuna cavabında bildirib. Belə ki, 2024-cü il dekabrın 11-də məlum olub ki, İrəvandan Bakıya beynəlxalq şirkət tərəfindən sifariş edilmiş çarter reysi həyata keçirilib. Qurumdan bəyan edilib ki, bu reys ilk deyil….

Ətraflı
photo 264851

DİN-dən vətəndaşlara ÇAĞIRIŞ

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları rəqəmsal platformalarda yayımlanan tanıtım reklamlarına qarşı diqqətli olmağa çağırıb. Viral.az xəbər verir ki, bu barədə məlumat DİN-in sosial şəbəkədə rəsmi hesabında paylaşılıb. Paylaşımda deyilir: “Məşhur şəxsləri və ya tanınmış səhifələri təqlid edərək yaradılmış sosial media hesablarında paylaşılan kontentlərə qarşı diqqətli olun! Yönləndirilən internet saytların veb ünvanlarını yoxlayın, doğruluğundan əmin olun!…

Ətraflı
photo 264843

Rusiya və Tacikistan prezidentləri arasında görüş BAŞLADI

Rusiya və Tacikistan prezidentləri Vladimir Putinlə Emoməli Rəhmon arasında görüş başlayıb. Viral.az xəbər verir ki, danışıqlar Leninqrad vilayətindəki İqora kurortunda baş tutub. Liderlər siyasi, ticarət-iqtisadi, hərbi-texniki və mədəni-humanitar sahələrdə əməkdaşlığın əsas istiqamətlərinə toxunacaqlar. Qeyd edilir ki, cari regional problemlərə, o cümlədən Əfqanıstandakı vəziyyətə xüsusi diqqət yetiriləcək. V.Putin görüşdən əvvəl bildirib ki, münasibətlərin bütün spektri üzrə…

Ətraflı
photo 264833

Əbdüllətif Camal Rəşid İlham Əliyevi təbrik ETDİ

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Əbdüllətif Camal Rəşid dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. İraq…

Ətraflı
Son D%C9%99qiq%C9%99

Azərbaycanda kütləvi zəhərlənmə: 8 tələbə xəstəxanaya YERLƏŞDİRİLDİ

Tovuzda zəhərlənmə hadisəsi baş verib. Viral.az bu barədə APA-ya istinadən xəbər verir. Rayonda yerləşən Tovuz Peşə Təhsili Mərkəzində qeydə alınıb. Təhsil mərkəzinin 8 tələbəsi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, onlar tortdan zəhərlənib. Qeyd edək ki, oktyabr ayında da Tovuzun Qovlar şəhərində yaşayan 18 nəfər dönərdən zəhərlənib. 

Ətraflı
photo 264787

Prezident Qarabağ və Şərqi Zəngəzur bölgələrinə yerləşən insanların sayını AÇIQLADI

“Bu gün dünyada gedən proseslər göz qabağındadır. Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi – bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik. Çünki xalq-iqtidar birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışlarımız, təbii ki, bizim tarixi Zəfərimiz və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır. Artıq 30 ilə yaxındır…

Ətraflı
photo 264755

Rusiyada miqrant uşaqlarının dil biliklərinin yoxlanılmasına bu tarixdə BAŞLANILACAQ

Rusiyada miqrant uşaqlarının məktəblərə qəbul olunmaq üçün rus dili biliklərinin yoxlanılmasına 2025-ci il aprelin 1-dən başlanılacaq. Viral.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Dmitri Çernışenko bildirib. Onun sözlərinə görə, 2025-ci il aprelin 1-dən bütün ölkə üzrə məktəblərə qəbul olunmaq üçün miqrant uşaqların rus dili biliklərinin yoxlanılmasına başlanılacaq. “Rosobrnadzor hazırda metodiki materialların, sınaq…

Ətraflı
photo 264739

Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi BAŞLAYIR

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan barəsində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb. Viral.az Qafqazinfo-ya istinadla xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Elmin Rüstəmov iş üzrə məhkəmə prosesinə sədrlik edəcək hakim təyin edilib. Qeyd edək ki, Martin Ryan və digərləri 2023-cü il dekabrın 4-də həbs…

Ətraflı
photo 264723

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi OLDU

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Viral.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzi prospektlərindən birində qeydə alınıb. Belə ki, avtomobilin vurduğu piyada 1962-ci il təvəllüdlü Şirməmmədov Ayaz ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Ətraflı
photo 264705

Prezident qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı Sərəncam İMZALADI

Prezident İlham Əliyev Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Viral.az xəbər verir ki, dövlət başçısı Azərbaycanda rəqabətqabiliyyətli qeyri-filiz faydalı qazıntı yataqlarının istismara cəlb edilməsi üçün əlverişli mühit yaradılması məqsədilə qərara alıb: “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində mövcud vəziyyətin…

Ətraflı
photo 264699

Məşhur boksçu Taysonu karyerasını bitirməyə ÇAĞIRDI

Ağır çəkili IBF-in çempionu,Böyük Britaniyalı boksçu Daniel Dubois həmyerlisi Tayson Fyurini karyerasını bitirməyə çağırıb. Viral.az bu barədə xarici mediaya istinadən xəbər verir. Xatırladaq ki, dekabrın 21-dən 22-nə keçən gecə Səudiyyə Ərəbistanında Fyuri yekdil qərarla Aleksandr Usikə uduzmuşdur.  “Furinin böyük karyerası olub. Məncə, onun getmə vaxtıdır. Bilmirəm… Məncə, o, karyerasını bitirməlidir. Hər şeyə nail oldu. Mənim vaxtımdır və mən…

Ətraflı
photo 264691

Sosial müavinətlər və təqaüdlər artırılacaq

Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq. Viral.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Ətraflı