-->
photo 265117

İki dəfə eniş cəhdi olub

“AZAL-ın təyyarəsi Aktauda qəzaya uğramazdan əvvəl iki dəfə eniş cəhdi edib”. Viral.az xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib. “Ekipaj Aktau aerodromunun uçuş-enmə zolağına yaxınlaşmaq üçün iki cəhd edib. Bu zaman təyyarənin hündürlüyündə xaotik dəyişikliklər müşahidə edilib. Hava limanının qəza xidmətləri təyyarəni qəbul etməyə hazır idi. Ekipaj Qazaxıstanın hava məkanına daxil olduqdan…

Ətraflı
photo 265114

Rusiya və Azərbaycan aviaqəzanın kriminalistik ekspertizasına buraxılmayacaq

Qazaxıstan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarının təyyarə qəzasının kriminalistik ekspertizasında iştirakına icazə verilməyəcək. Viral.az xəbər verir ki, bu barədə Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin araşdırılması üzrə hökumət komissiyasına rəhbərlik edən Baş nazirin müavini Kanat Bozumbayev keçirdiyi brifinqdə bildirib. “Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarının kriminalistik ekspertizada iştirakına icazə verilməyəcək,…

Ətraflı
photo 265112

“Çelsi” və “Tottenhem” Premyer Liqada məğlub OLDU

Futbol üzrə İngiltərə Premyer Liqasında “Çelsi” və “Tottenhem” məğlub olub. Viral.az xəbər verir ki, XVIII turun oyununda “Fulhem”i qəbul edən “zadəganlar” 1:2 hesabı ilə uduzublar. “Tottenhem” isə səfərdə “Nottinqem Forest”lə bacarmayıb – 0:1. Digər görüşlərdə “Nyukasl” “doğma divarlar” arasında “Aston Villa”nı 3:0, “Vest Hem” isə səfərdə “Sautqempton”u 1:0 hesabı ilə üstələyib. Turun açılış matçında –…

Ətraflı
photo 265111

Yaralılar müayinələri tam bitəndən sonra stasionar xəstəxanaya qəbul olunacaqlar

Yaralıların müayinələri davam edir. Müayinələr tam bitəndən sonra stasionar xəstəxanaya qəbul olunacaqlar. Viral.az xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, yaralıların müayinə və müalicəsi yüksək səviyyədə təmin olunur: “Məqsədimiz onların tez sağalıb, evə qayıtmalarıdır. Bundan əvvəl gətirilmiş 7 nəfər isə artıq plataya köçürülüb. Onların vəziyyətləri stabildir”….

Ətraflı
photo 265095

Nazir təyyarə qəzasının təfərrüatlarını AÇIQLADI

Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev AZAL-a məxsus təyyarənin qəzaya uğramasının təfərrüatlarını açıqlayıb. Viral.az xəbər verir ki, bu barədə yerli kanallar məlumat yayıb. “Hava limanının qəza xidmətləri təyyarəni qəbul etməyə hazır idi. Ekipaj Qazaxıstanın hava məkanına daxil olduqdan sonra Aktau şəhərinin qüllə dispetçeri ilə əlaqə yaradıb. Dispetçer təyyarənin aerodroma enməsi üçün bütün lazımi tədbirləri operativ şəkildə…

Ətraflı
1735217494 471609579 947805207311009 5636255801639675023 n

Hava limanları təyyarəmizi qəbul etməyib?

Ötən gün səhər saatlarında Bakı-Qroznı reysini həyata keçirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması xəbəri dünya gündəmini zəbt edib. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub. Viral.az xəbər verir ki, qəzadan dərhal sonra hadisənin necə və hansı şəraitdə baş verməsi ilə bağlı bir neçə versiya səsləndirilib. Bunlar arasında…

Ətraflı
photo 265062

Balaəli məhkəməyə VERİLDİ

Tanınmış meyxanaçı Balaəli Rzayevin sürücülük hüququ məhdudlaşdırıla bilər. Viral.az xəbər verir ki, Meyxanaçı barədə İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilib. Bu maddəyə görə, Balaəli yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən…

Ətraflı
photo 265054

Təyyarədə dostumun oğlu da olub, konsert turumu ləğv etdim

“Təyyarə qəzasında tapılan soydaşlarımın yaxınlarına başsağlığı verirəm. Qazaxıstan bölgəsinə konsert turum başlayacaqdı. Amma mən hər şeydən imtina etdim. Atıraudakı konsertimi də ləğv etdim…” Təyyarəni Rusiya vurub – İSTİNTAQIN İLKİN NƏTİCƏSİ Bu sözləri müğənni Roza Zərgərli deyib. O, qəzaya uğrayan təyyarədə dostunun oğlunun da olduğunu açıqlayıb: “Təyyarədə dostumun oğlu da olub. Həmyerlilərimə və qazax, rus, qırğız…

Ətraflı
photo 265008

Qusarlı bacı-qardaş da təyyarə qəzasında həlak OLUB

AzAL-ın təyyarəsinin dekabrın 25-də Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olanlardan ikisinin Qusar rayonundan olduğu məlum olub. Viral.az xəbər verir ki, faciəli şəkildə həlak olan vətəndaşlarımızdan ikisi Qusar rayonunun Suduroba kəndini sakinidir. Bacı-qardaş, 22 yaşlı Əli və 19 yaşlı Xədicə Əlimirzəyevlər faciənin qurbanı olublar. Faktı Qusar rayon İcra Hakimiyyətindən təsdiq ediblər (APA). 

Ətraflı
photo 265005

Təyyarə qəzasında xəsarət alan Rusiya vətəndaşları ölkələrinə təxliyə edildi

Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan 9 nəfər Rusiya vətəndaşı Moskvaya yola salınıb. Viral.az xəbər verir ki, bu barədə Manqistaunun Vilayət Administrasiyasından məlumat verilib. Bildirilib ki, müxtəlif bədən xəsarətləri almış Rusiya vətəndaşları Rusiyadan gələn xüsusi təyyarədə tibb personalının müşayiəti ilə vətənlərinə göndərilib.

Ətraflı
photo 264962

Təyyarə qəzasında ölənlərin sayı AÇIQLANDI

Hazırda Aktauda olan Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev sərnişin təyyarəsinin qəzaya uğramasının təfərrüatlarını açıqlayıb. Viral.az xəbər verir ki, o, hazırda 38 ölüm faktının məlum olduğunu bildirib. “Vəziyyət o qədər də yaxşı deyil, 38 nəfər ölüb”, – Bozumbayev Aktauda Azərbaycan nümayəndə heyətinin nümayəndələri ilə görüşdə deyib.

Ətraflı
photo 264956

“Ora istirahət məqsədilə uçurdu…” – VİDEO

Bakı-Qroznı marşrutu üzrə hərəkət edən təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlar arasında Gəncə şəhər sakini də var. Viral.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, yaralanan sərnişin Toğrul Cəfərovun atası Mahir Cəfərov oğlunun istirahət məqsədilə Bakıdan Çeçenistanın paytaxtı Qroznıya getdiyini bildirib: “Oradan isə Rusiyanın Sankt-Peterburq şəhərinə uçacaqdı”. M.Cəfərov qəza xəbərini eşidəndən sonra bir müddət…

Ətraflı
photo 264954

Təyyarə qəzası zamanı zərərçəkən ailələrə tibbi və psixoloji dəstək qrupu YARADILDI

Bakı-Qroznı reysi üzrə uçuşu həyata keçirilən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində zərərçəkən şəxslərin yaxınlarına dəstək məqsədi ilə psixololoqlardan ibarət qrup yaradılıb. Səhiyyə Nazirliyindən Viral.az-a-a verilən xəbərə görə, qrup üzvləri Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir, heyətin bir neçə üzvü isə Aktauya ezam edilib. “Bununla yanaşı, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən əlaqələndirilmiş qaydada təşkil edilən təcili…

Ətraflı
photo 264946

“Dedi ki, sağam…” – Təyyarə qəzasında yaralanan Samirin anası

“Oğlum Qroznuya dostlarının yanına gedirdi. Bu gün səhər 8 radələrində zəng edərək təyyarənin 9-a işləmiş qalxacağını və çatanda xəbər edəcəyini dedi”. Viral.az xəbər verir ki, bunu təyyarə qəzası nəticəsində xəsarət alan Şəmkir rayon sakini Samir Alıyevin anası Güllü Alıyeva deyib. “Saat 12-nin yarısınadək gözlədim bir xəbər olmadı. 12-nin yarısı zəng edərək iş yerində olduğunu dedi. Daha…

Ətraflı
photo 264897

Hadisə yerindən FOTO

Xəbər verdiyimiz kimi, bu gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, təyyarə Qazaxıstanın Aktau hava limanına eniş edərkən qəzaya düşüb. Viral.az “Reuters” və TASS-a istinadən hadisə yerindən…

Ətraflı
photo 264888

Təyyarədə 37 Azərbaycan vətəndaşı olub – SİYAHI

Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində ilkin məlumatlara görə, 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan və 16 Rusiya vətəndaşı olub. Viral.az “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi bildirib. Qeyd edək ki, bu gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza…

Ətraflı
Son D%C9%99qiq%C9%99

İrəvandan Bakıya həyata keçirilən reyslərin sayı AÇIQLANDI

Son beş ildə İrəvandan Bakıya və əks istiqamətdə 66 reys həyata keçirilib. Viral.az xəbər verir ki, bu barədə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi “Sputnik Ermənistan”ın sorğusuna cavabında bildirib. Belə ki, 2024-cü il dekabrın 11-də məlum olub ki, İrəvandan Bakıya beynəlxalq şirkət tərəfindən sifariş edilmiş çarter reysi həyata keçirilib. Qurumdan bəyan edilib ki, bu reys ilk deyil….

Ətraflı