İki dəfə eniş cəhdi olub

“AZAL-ın təyyarəsi Aktauda qəzaya uğramazdan əvvəl iki dəfə eniş cəhdi edib”.

Viral.az xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib.

“Ekipaj Aktau aerodromunun uçuş-enmə zolağına yaxınlaşmaq üçün iki cəhd edib. Bu zaman təyyarənin hündürlüyündə xaotik dəyişikliklər müşahidə edilib.

Son Yazılar:

Hava limanının qəza xidmətləri təyyarəni qəbul etməyə hazır idi. Ekipaj Qazaxıstanın hava məkanına daxil olduqdan sonra Aktau şəhərinin qüllə dispetçeri ilə əlaqə yaradıb. Dispetçer təyyarənin aerodroma enməsi üçün bütün lazımi tədbirləri operativ şəkildə həyata keçirib. Bundan əlavə, uçuş-enmə zolağı ilə vizual əlaqənin qurulmasını asanlaşdırmaq üçün zolağın işıqları yandırılıb”, – Karabayev qeyd edib.

Nazirin sözlərinə görə, saat 11:28-də ekipajla əlaqə itib və təyyarə qəza enişi edib. Aktau hava limanının xilasetmə xidməti dərhal hadisə yerinə gəlib və sərnişinlərin təxliyəsinə başlayıb.