Bakıda maşın maneəyə çırpılıb, 2 nəfər xəsarət alıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli Viral.az-a bildirib ki, hadisə Xəzər rayonunda baş verib.
Belə ki, 36-BX-849 dövlət qeydiyyatl “Hyundai Sonata” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maneəyə çırpılıb.
Son Yazılar:
- Fransa müxalifəti hökumətə etimadsızlıq səsverməsinə HAZIRDIR
- ABŞ-da əczaçılıq məhsullarının idxalına 25% rüsum tətbiq oluna BİLƏR
- Robert Köçəryanın azərbaycanlılara qarşı milli ədavət və düşmənçilik ideyalarını təbliğ etməsi ifşa edildi
Hadisə nəticəsində sürücü və sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır
DİN-in mətbuat xidməti də qəza ilə bağlı məlumat yayıb. Bildirilib ki, Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən mərkəz, sürücülərin hərəkət sürətini azaldıb hadisə yerinə baxması səbəbindən isə Mərdəkan şosesi istiqamətlərində nəqliyyat sıxlığı yaranıb. Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.