-->

Vüqar Əhmədov Neftçalada qəbul KEÇİRƏCƏK

Vüqar Əhmədov Neftçalada qəbul KEÇİRƏCƏK

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov aprelin 15-də saat 10:00-da Neftçala şəhərində Neftçala və Salyan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Viral.az xəbər verir ki, qəbul Neftçala şəhəri Mirzə Ələkbər Sabir küçəsində yerləşən “Azərişığ”ın Neftçala Elektrik Şəbəkəsinin inzibati binasında keçiriləcək.

 Qəbulda iştirak etmək istəyən şəxslər Neftçala Elektrik Şəbəkəsinə və ya “Azərişıq” ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Son Yazılar:

Vətəndaşların diqqətinə çatdırılır ki, qəbulda müraciətlər yalnız “Azərişığ”ın fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.