-->
photo 265109

Qəzada həlak olan dörd nəfərin nəşi Bakıya gətirildi

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsi qəzasında həlak olan dörd nəfərin nəşi və yaralanan yeddi nəfər Bakıya gətirilib. Viral.az xəbər verir ki, həlak olanların nəşi və yaralılar Bakıya AZAL-a məxsus təyyarə ilə çatdırılıb. Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində…

Ətraflı
photo 265094

Pilot təyyarəni niyə XƏZƏR DƏNİZİNƏ endirmədi? – AZAL-ın kapitanı DANIŞDI

AzTV-də yayımlanan “Hədəf” verilişində qəzadan sonra müzakirə olunan sualları AZAL-ın kapitanı ətraflı şəkildə cavablandırıb. Viral.az xəbər verir ki, o, Aktau yaxınlığında baş verən qəza zamanı təyyarənin pilotlarının niyə Xəzərə eniş etməməsi ilə bağlı geniş məlumat verib. Pilotu Aktauya yönləndirən səbəb nə olubdur? Kapitan Tural Şahverdiyev xəritə ilə hadisənin detallarını izah edib. Daha ətraflı keçiddə:

Ətraflı
photo 265082

Sabirabadda yeniyetmə BIÇAQLANDI

Sabirabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb. Viral.az xəbər verir ki, həmyaşıdlar arasında baş verən mübahisə zəminində Sabirabad rayonunun Xəlifəi kənd sakini, 2007-ci il təvəllüdlü M.Ə. bıçaqlanıb. Bir neçə bıçaq zərbəsi alan yeniyetmə Şirvan xəstəxanasına yerlədirilib və əməliyyata götürülüb. Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır (APA). 

Ətraflı
photo 265077

Bakıya yağış, rayonlara qar yağacaq – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında dekabrın 27-dən 29-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimalı var. Dekabrın 27-si axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 29-u səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var.

Ətraflı
photo 265062

Balaəli məhkəməyə VERİLDİ

Tanınmış meyxanaçı Balaəli Rzayevin sürücülük hüququ məhdudlaşdırıla bilər. Viral.az xəbər verir ki, Meyxanaçı barədə İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilib. Bu maddəyə görə, Balaəli yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən…

Ətraflı
photo 265061

Bakıda məşhur klinika cərimələnə BİLƏR

Bakıda yerləşən “RM Medicare Klinika” MMC cərimələnə bilər. Viral.az modern.az-a istinadla xəbər verir ki, klinika barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib. İşə Nəsimi rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə baxılacaq. Protokol təsdiq edilərsə, klinika…

Ətraflı
photo 265041

Nəşi bu gün təhvil veriləcək

Aktauda dekabrın 25-də AZAL-a məxsus qəzaya uğrayan təyyarənin bələdçisi üzvü Hökümə Əliyevanın nəşi bu gün təhvil veriləcək. Viral.az xəbər verir ki, bu sözləri Hökümə Əliyevanın xalası qızı Aysel Abdullayeva jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Hökümə ilə axırıncı dəfə nə vaxt danışdığını xatırlamır: “Bizə verilən məlumata görə, bu gün onun nəşi təhvil veriləcək. Hadisədən xəbərim…

Ətraflı
photo 265038

Türkiyə ordusu bu il zərərsizləşdirdiyi terrorçuların sayını AÇIQLADI

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalı da daxil olmaqla keçirdiyi antiterror əməliyyatı nəticəsində son bir həftədə 62, ilin əvvəlindən isə 3 min 21 terrorçu öldürülüb. Viral.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilib. Məlumata görə, 2024-cü il başlayandan Türkiyəyə qanunsuz yolla keçməyə çalışan 13 min 830 nəfər saxlanılıb. Son bir…

Ətraflı
photo 265032

“Səmaya baxanda Saşanı xatırlayacağıq” – Liseydən PAYLAŞIM

Təyyarə qəzasında həlak olan pilot Aleksandr Kalyaninov Bakı Avropa Liseyinin məzunu olub. Viral.az xəbər verir ki, bu barədə liseyin sosial şəbəkə hesabında paylaşım edilib. “Biz, Bakı Avropa Liseyinin müəllimləri üçün bu, şəxsi fəlakətdir: məzunumuz həlak olub. Bizim Aleksandr Kalyaninov… O, arzusunu həyata keçirdi, pilot oldu. Uğurlarına necə də sevinirdik. Kalyaninov hələ abituriyent və daha sonra tələbə…

Ətraflı
photo 265027

Yaxın günlərdə AZAL-da hüquqşünas kimi fəaliyyət göstərəcəkdi…

“Hökümənin həlak olduğunu atası dedi. Hökümə 6-cı sinfə qədər Rusiyada oxuyub, vətəni çox istəyirdi. Sonra ölkəmizə qayıtdıq, ali təhsil aldı, hüquqşünas oldu”. Viral.az xəbər verir ki, bunu APA-ya AZAL-ın qəzaya uğrayan təyyarəsinin həlak olan ekipaj üzvü Hökümə Əliyevanın anası Kəmalə Alıyeva bildirib. O, qızının 2016-cı ildən AZAL-da çalışdığını deyib: “Hökümə çox gülərüz idi. Əksər ölkələrdə…

Ətraflı
photo 265003

“Dedim, çatan kimi xəbər et ki, ana, sağ-salamatam…”

Aktauda baş verən qəza zamanı təyyarədə olan sərnişinlər arasında Ağdaşın Ərəb kəndindən olan 24 yaşlı Həbib İsmayılov da var. Viral.az Baku TV-yə istinadən xəbər verir ki, ailəsi və yaxınları Həbib İsmayılovdan heç bir xəbər tuta bilmir. H.İsmayılovun anası Xalidə Məmmədova bildirib ki, sonuncu dəfə oğlu ilə təyyarəyə minəndə danışıb: “Saat 8-ə qalmış danışmışdıq. Demişdim ki,…

Ətraflı
photo 264981

19 il sonra, yenə dekabr, yenə Aktau

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Viral.az xəbər verir ki, qəza zamanı təyyarədə 67 nəfər olub və onlardan 29-u sağ qalıb. Qəzanın səbəbi kimi ilkin ehtimal olaraq hava gəmisinin quş sürüsü ilə toqquşması göstərilir. Bu hal demək olar ki, dünyada tez-tez…

Ətraflı
photo 264978

Təyyarə qəzasından sonra 14 Azərbaycan vətəndaşı sağ QALIB

AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğramasından sonra 14 Azərbaycan, 9 Rusiya və 3 Qırğızıstan vətəndaşı sağ qalıb. Viral.az xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev məlumat verib. “Göyərtədə 37 Azərbaycan vətəndaşı olub – 23-ü ölüb, 14-ü sağ qalıb, 16 Rusiya vətəndaşı olub – 7-si ölüb, 9-u sağ qalıb, Qırğızıstan vətəndaşlarının hər üçü…

Ətraflı
photo 264968

Təyyarə qəzası zamanı yaralanan vətəndaşlarla bağlı hər hansı məlumat yoxdur

Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası zamanı yaralanan vətəndaşlarla bağlı hər hansı məlumat yoxdur. Viral.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hava limanlarının mətbuat xidmətinin rəhbəri Nərmin Xəlilova deyib. Onun sözlərinə görə, hadisə Qazaxıstanda ərazisində baş verdiyi üçün hazırda orada araşdırmalar davam edir: “Hər hansı bir məlumat olan kimi vətəndaşlara məlumat veriləcək”. O əlavə…

Ətraflı
photo 264954

Təyyarə qəzası zamanı zərərçəkən ailələrə tibbi və psixoloji dəstək qrupu YARADILDI

Bakı-Qroznı reysi üzrə uçuşu həyata keçirilən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində zərərçəkən şəxslərin yaxınlarına dəstək məqsədi ilə psixololoqlardan ibarət qrup yaradılıb. Səhiyyə Nazirliyindən Viral.az-a-a verilən xəbərə görə, qrup üzvləri Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir, heyətin bir neçə üzvü isə Aktauya ezam edilib. “Bununla yanaşı, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən əlaqələndirilmiş qaydada təşkil edilən təcili…

Ətraflı
Son D%C9%99qiq%C9%99

Bakıda binada güclü yanğın başladı

Bakı şəhər Yasamal rayonunda çoxmərtəbəli binada yanğın başlayıb. Viral.az “Qafqazinfo”-ya xəbər verir ki, binanın orta mərtəbəsində yerləşən mənzillərin birində alovla müşahidə edilən yanğın hazırda davam edir. Əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib. *** FHN-dən bildirilib ki, nazirliyin 112 “qaynar xətt”inə Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Əraziyə Dövlət…

Ətraflı
photo 264926

Qəzanın araşdırılması ilə bağlı komissiya yaradılır

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının səbəblərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün dövlət komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb. Viral.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Ətraflı
photo 264921

Tokayev İlham Əliyevə başsağlığı VERDİ

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib. Viral.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidmətindən bildirilib. Qazaxıstan Prezidenti Azərbaycan xalqının kədərini bölüşdüyünü vurğulayıb: “Sizə, həlak olanların yaxınlarına və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Mənim tapşırığımla Qazaxıstan hökuməti xilasetmə əməliyyatı çərçivəsində lazımi…

Ətraflı
photo 264898

İlham Əliyev AZAL-a məxsus təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı VERDİ

Prezident İlham Əliyev Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib. Viral.az xəbər verir ki, bu barədə dövlət başçısının sosial şəbəkə hesablarında paylaşım edilib. Paylaşımda deyilir: “Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı verir, xəsarət…

Ətraflı
photo 264887

Avstraliyanın Melburn şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Avstraliya İttifaqının Melburn şəhərində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir təşkil edilib. Viral.az xəbər verir ki, tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyinin dəstəyi, Avstraliya Azərbaycan Assosiasiyaları Alyansına daxil olan Avstraliya Azərbaycan Cəmiyyəti və Azərbaycan Viktoriya Mədəniyyət Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Toplantıda bu ölkədə yaşayan çoxsaylı…

Ətraflı