-->
photo 262917

Türkiyənin müxalif partiyasında kütləvi İSTEFA

Türkiyədə müxalif Yenidən Rifah Partiyasında kütləvi istefalar olub. Viral.az xəbər verir ki, bu barədə DHA məlumat yayıb. Bildirilib ki, Ladik rayon bələdiyyə sədri Adnan Topal, köməkçisi Fikrət Baştan və məclis üzvü Əli Ömür vəzifələrindən istefa verdiklərini bildiriblər. A.Topal bələdiyyə başçılığına müstəqil olaraq davam edəcəyini açıqlayıb. O bu qərarın xalqın dəstəyi ilə olduğunu vurğulayıb.

Ətraflı
photo 262896

Azərbaycan Yüksək Liqasında II tura iki oyunla start VERİLDİ

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II tura iki oyunla start verilib. Viral.az xəbər verir ki, “Azərreyl” “Murov Az Terminal”ı 3:2 (25:18, 23:25, 22:25, 25:8, 18:16) hesabı ilə məğlub edib. Digər görüşdə “Abşeron” UNEC-dən üstün olub – 3:0 (25:10, 25:12, 25:9). Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub. Qeyd edək ki,…

Ətraflı
photo 262892

Bakıdan Sumqayıta gedişhaqqı nə qədər olacaq?

Bakıdan Sumqayıta hərəkət edəcək 594 nömrəli ekspres marşrutu dekabrın 9-dan fəaliyyətə başlayacaq. Bu barədə Viral.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, sərnişinlərin daşınması “BakuBus” MMC-nin 17 “Neoplan” markalı avtobusları ilə 8 dəqiqəlik hərəkət intervalı ilə həyata keçiriləcək. Sumqayıt Avtovağzalından yola düşən avtobusların aralıq dayanacaq məntəqələri “Bağça Şəhər” yaşayış kompleksi, Sumqayıt dairəsi və…

Ətraflı
photo 262889

HTŞ-nin Hələbdə ələ keçirdikləri tankların sayı

Suriyada Hələb şəhərini tutan “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşması burada yararlı vəziyyətdə olan 150-yə yaxın tankı qənimət götürüb. Viral.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, müxaliflər sözügedən tankları Həma əməliyyatında da istifadə ediblər. Suriyalı müxalif qüvvələrin Hələbdə ələ keçirdikləri, eyni zamanda Həma və Xüms hücumlarında istifadə etdikləri tankların sayı və…

Ətraflı
photo 262888

Ölkəyə qanunsuz valyuta gətirən şəxs SAXLANILDI

Vətəndaş Ramin Cəbrayılzadə ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb. Viral.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, məlumat təsdiqini tapıb və əlavə araşdırmalar aparılır. Bir neçə şəxs araşdırma çərçivəsində saxlanılıb. Əlavə məlumat veriləcək.

Ətraflı
photo 262818

Ayrılmaq istəyən sevgilisinə 21 bıçaq vurdu – Bakıda evli kişinin sevgi DRAMI

Qısa arayış… 2022-ci il oktyabrın 14-də Bakının Bakıxanov qəsəbəsində bıçaqlanma hadisəsi olur. Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanıblar. Məlum olub ki, cinayət olayı Şamil Kamilov küçəsi, 15 ünvanında yerləşən “Krevetka” pub-restoranının qarşısında baş verib.   Viral.az xəbər verir ki, həmin gecə cinayəti törədən Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Tərlan…

Ətraflı