Suriyada Hələb şəhərini tutan “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşması burada yararlı vəziyyətdə olan 150-yə yaxın tankı qənimət götürüb.
Viral.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, müxaliflər sözügedən tankları Həma əməliyyatında da istifadə ediblər.
Son Yazılar:
- 2025-in trendi: hansı rəngləri daha çox görəcəyik?
- Bu xərçəng növləri nəsildən-nəslə keçir Siyahı
- “Barselona” qalib gəldi, “Mançester Siti” uduzdu
Suriyalı müxalif qüvvələrin Hələbdə ələ keçirdikləri, eyni zamanda Həma və Xüms hücumlarında istifadə etdikləri tankların sayı və modelləri aşağıdakı kimidir:
64 ədəd T-55 birinci nəsil döyüş tankı,
21 ədəd T-62 ikinci nəsil döyük tankı,
51 ədəd T-72 ikinci nəsil döyüş tankı,
5 ədəd T-90A yüksək texnologiyalı döyüş tankı,
4 ədəd naməlum tank modeli.