UEFA Çempionlar Liqasının əsas mərhələsində VI tura yekun vurulub.
Viral.az xəbər verir ki, gecənin ilk oyunları İspaniya və Fransada keçirilib. Müvafiq olaraq, “Atletiko” Slovakiyanın “Slovan” komandasını 3:1, “Lill” isə Avstriyanın “Şturm” klubunu 3:2 hesabı ilə məğlub edib.
Turun maraqla gözlənilən görüşlərində İspaniya “Barselona”sı Almaniyada Dortmund “Borussiya”sına 3:2 hesabı ilə qalib gəlib. İngiltərənin “Mançester Siti” klubu isə İtaliyada “Yuventus”a 0:2 hesabı ilə uduzub.
Son Yazılar:
- 2025-in trendi: hansı rəngləri daha çox görəcəyik?
- Bu xərçəng növləri nəsildən-nəslə keçir Siyahı
- “Barselona” qalib gəldi, “Mançester Siti” uduzdu
UEFA Çempionlar Liqası: Liqa mərhələsi, VI tur
“Atletiko” (İspaniya) – “Slovan” (Slovakiya) – 3:1
“Lill” (Fransa) – “Şturm” (Avstriya) – 3:2
“Borussiya” (Almaniya, Dortmund) – “Barselona” (İspaniya) – 2:3
“Yuventus” (İtaliya) – “Mançester Siti” (İngiltərə) – 2:0
“Benfika” (Portuqaliya) – “Bolonya” (İtaliya) – 0:0
“Arsenal” (İngiltərə) – “Monako” (Fransa) – 3:0
“Milan” (İtaliya) – “Srvena Zvezda” (Serbiya) – 2:1
“Feyenoord” (Niderland) – “Sparta” (Çexiya) – 4:2
“Ştutqart” (Almaniya) – “Yanq Boyz” (İsveçrə) – 5:1
Qeyd edək ki, Liqa mərhələsində VII turun oyunları 2025-ci il yanvarın 21-i və 22-də keçiriləcək.