
“Qalatasaray” matçını türkiyəli hakim idarə EDƏCƏK
Türkiyə Super Liqasında XXIX turunun hakim təyinatları açıqlanıb. Viral.az xəbər verir ki, “Beşiktaş” – “Qalatasaray” oyununu əcnəbi hakim idarə etməyəcək. TFF-nin görüşlə bağlı referi Yasin Kola tapşırıq verdiyi bildirilib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, martın 29-da keçiriləcək “Beşiktaş” – “Qalatasaray” oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.