-->
Son D%C9%99qiq%C9%99

Sumqayıtda sürücünü “tok” vurub ÖLDÜRDÜ

Sumqayıtda 55 yaşlı sürücü bədbəxt hadisə nəticəsində ölüb. Viral.az xəbər verir ki, hadisə “Yaşma bağları” ərazisində qeydə alınıb. 1970-ci il təvəllüdlü İldırım Sultanov idarə etdiyi yük maşınını yolun kənarında saxlayıb. Maşının banını qaldırarkən ban yüksək gərginlikli elektrik xəttinə toxunub. Sürücü cərəyan vurması nəticəsində hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır (APA).

Ətraflı
Müəllimlərə hinduşkabaş deyən direktor işdən ÇIXARILDI

Müəllimlərə hinduşkabaş deyən direktor işdən ÇIXARILDI

Bakı şəhəri 301 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar aparılıb. Bu barədə Viral.az-a MÜTDA-dan xəbər verilib. Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Bildirilib ki, təhsil…

Ətraflı
Almaniya Prezidenti Administrasiyası Azərbaycandan üzr İSTƏDİ

Almaniya Prezidenti Administrasiyası Azərbaycandan üzr İSTƏDİ

Almaniya Prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub. Dərhal iki ölkənin Prezident administrasiyaları və Xarici İşlər nazirlikləri arasında təmaslar başlayıb. Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxarıb. Almaniya Prezidenti Administrasiyasının rəhbəri adından ünvanlanmış məktubda baş…

Ətraflı
Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə TUTULDU

Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə TUTULDU

Martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazax və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Viral.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Ətraflı
Doyçe Velle” Azərbaycan xalqından üzr istəməlidir”

“Doyçe Velle” Azərbaycan xalqından üzr istəməlidir”

“Biz, Qərbi Azərbaycan İcması olaraq, Almaniya Federativ Respublikasına məxsus, “Alman Dalğası” (“Doyçe Velle”) ictimai yayımçı qurumu tərəfindən 30 mart 2025-ci ildə efirə verilmiş “Ermənistanın Qafqazda torpaq və kimlik uğrunda mübarizəsi” adlı verilişi qətiyyətlə pisləyirik. Bu veriliş jurnalistika standartlarının kobud şəkildə pozulması, dezinformasiyanın yayılması, irqi ayrı-seçkilik və xalqlar arasında nifrətin qızışdırılması baxımından ciddi narahatlıq doğurur”. Viral.az…

Ətraflı
Xanım şahmatçılarımız AÇ-də mübarizə APARACAQ

Xanım şahmatçılarımız AÇ-də mübarizə APARACAQ

Azərbaycanın qadın şahmatçıları Yunanıstanın Rodos adasında bu gün start götürəcək fərdi Avropa çempionatında mübarizə aparacaqlar. Viral.az xəbər verir ki, qitə birinciliyində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova, Səbinə İbrahimova, Nərmin Abdinova və Lalə Hüseynova çıxış edəcək. İsveçrə sistemi üzrə keçiriləcək və 11 turdan ibarət olacaq yarış aprelin 11-də başa çatacaq. 137…

Ətraflı
Putin 160 min nəfəri orduya çağırdı

Putin 160 min nəfəri orduya çağırdı

Rusiya orduya yaz çağırışına başlanılır. Viral.az xəbər verir ki, müvafiq fərman prezidenti Vladimir Putin tərəfindən imzalanıb. Fərmana əsasən, Putin bu ilin aprel-iyul aylarında 160 min nəfərin hərbi xidmətə çağırılması barədə göstəriş verib. Bu ilin aprelin 1-dən iyulun 15-ə qədər yaşı 18-30 arası olan Rusiya vətəndaşları hərbi xidmətə çağırılacaqlar. Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, orduya…

Ətraflı
Həccə getmək istəyənlərin nəzərinə müddət uzadıldı

Həccə getmək istəyənlərin nəzərinə müddət uzadıldı

Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti uzadılıb. Viral.az xəbər verir ki, bu barədə “oxu.az”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi rəhbəri Vüsal Cahangiri məlumat verib. O bildirib ki, hazırda həcc ziyarəti üçün sənəd qəbulu davam edir: “Həcc ziyarətinə getmək istəyən vətəndaşların qeydiyyatı davam edir. Sənəd qəbulunun müddəti daha yarım ay uzadılıb”….

Ətraflı
Ermənistan Azərbaycanla sülhə nail olmağı hədəfləyir

Ermənistan Azərbaycanla sülhə nail olmağı hədəfləyir

Ermənistan Azərbaycanla sülh yaratmağa çalışır və hesab edir ki, bütün mövcud və potensial çətinliklər danışıqlar masası arxasında həll oluna bilər. Viral.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Vaaqn Xaçaturyan martın 31-də İrəvanda Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransı zamanı bildirib. Ermənistan prezidenti bu barədə Bakı ilə İrəvan arasında sülh sazişinin…

Ətraflı
Zaqatala minik avtomobilləri toqquşdu, xəsarət alanlar var

Zaqatala minik avtomobilləri toqquşdu, xəsarət alanlar var

Zaqatala minik avtomobilləri toqquşub, xəsarət alanlar var. Viral.az APA-ya istinadla xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun Muxax kənd ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan iki “Mersedes” markalı minik avtomobili toqquşub. İlkin məlumata götə, qəza zamanı xəsarət alan üç nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib. Hazırda yaraılılara tibbi yardım göstərilir və…

Ətraflı
17 yaşlı oğlan anasını qətlə YETİRDİ

17 yaşlı oğlan anasını qətlə YETİRDİ

Abşeron rayonunda yol kənarında qadın meyiti aşkarlanıb. Viral.az xəbər verir ki, ekspertiza nəticəsində meyitin 39 yaşlı Rəfiqə Əliyevaya məxsus olması müəyyən edilib.  lkin araşdırma zamanı mərhumun 17 yaşlı oğlu tərəfindən bıçaqla qətlə yetirilməsinə dair şübhələr müəyyən edilib. Yeniyetmə özü polisə təslim olub. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Ətraflı
Türkiyə səfirliyindən Soyqırım Günü ilə bağlı PAYLAŞIM

Türkiyə səfirliyindən Soyqırım Günü ilə bağlı PAYLAŞIM

Türkiyənin Azərbaycandakı səfirliyi 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib. Viral.az xəbər verir ki, paylaşımda deyilir: “1918-ci ildə erməni daşnaklarının və bolşeviklərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımından 107 il ötür. 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür”.

Ətraflı
Ombudsman Soyqırımı Günü ilə bağlı bəyanat YAYDI

Ombudsman Soyqırımı Günü ilə bağlı bəyanat YAYDI

Azərbaycanlıların Soyqırımı Günü – 31 mart ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Bəyanat yayıb. Viral.az xəbər verir ki, bəyanatda bir əsrdən artıq müddətdə azərbaycanlıların ermənilər tərəfindən məqsədyönlü şəkildə soyqırımı və etnik təmizləmə siyasətinə məruz qaldıqları bildirilib. “Bu siyasətin tərkib hissəsi olaraq türk və müsəlman olan azərbaycanlılara qarşı hələ XX əsrin əvvəlindən etibarən Azərbaycanda…

Ətraflı
ABŞ 10 ildə idxal rüsumlarından 6 trilyon dollar gəlir əldə EDƏCƏK

ABŞ 10 ildə idxal rüsumlarından 6 trilyon dollar gəlir əldə EDƏCƏK

ABŞ-nin 10 il ərzində idxal rüsumlarından əldə etdiyi gəlir təxminən 6 trilyon dollar təşkil edəcək. Viral.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın ticarət və istehsal üzrə baş müşaviri Piter Navarro deyib. Navarro əlavə edib ki, ABŞ təkcə avtomobil tariflərindən təxminən 100 milyard dollar qazanacaq. O, həmçinin qeyd edib ki, Tramp administrasiyası Amerika avtomobilləri…

Ətraflı
Tramp Rusiyadan neftə məhdudiyyətlər qoya bilər

Tramp Rusiyadan neftə məhdudiyyətlər qoya bilər

ABŞ Prezidenti Donald Tramp Moskvanın Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı razılaşmaya razı olmadığı təqdirdə Rusiya neftinə qarşı ikinci dərəcəli məhdudlaşdırıcı tədbirlər tətbiq edəcəyini bildirib. Viral.az xəbər verir ki, Tram bu barədə “NBC News”a açıqlamasında deyib. “Əgər Rusiya ilə Ukraynada axan qanı dayandırmaq üçün razılığa gələ bilməsək və başa düşsəm ki, bu Rusiyanın…

Ətraflı
Tramp tezliklə Putinə zəng etməyi planlaşdırır

Tramp tezliklə Putinə zəng etməyi planlaşdırır

ABŞ prezidenti Donald Tramp yaxın günlərdə rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırdığını bildirib. Viral.az xəbər verir ki, bu barədə o, “NBC News” telekanalına müsahibəsində deyib. “Bu həftə yenidən danışmağı planlaşdırırıq”, – deyə o bildirib. ABŞ-da təqvim həftəsi bazar günü başlayır. Qeyd edək ki, martın 18-də Rusiya və ABŞ prezidentləri arasında bu il ikinci…

Ətraflı
İstanbulda keçirilən aksiyalarda bugünədək 168 nəfər həbs OLUNDU

İstanbulda keçirilən aksiyalarda bugünədək 168 nəfər həbs OLUNDU

İstanbulda Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyədə keçirilən icazəsiz aksiyalarda indiyə kimi 268 nəfər həbs olunub. Viral.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Saxlanılanların dəqiq sayı isə hələ məlum deyil. Son məlumatlara görə, etirazlarla bağlı olaraq iki minə qədər adam saxlanılmışdı. Qeyd edək ki, martın 19-dan etibarən Türkiyənin müxtəlif şəhərlərində…

Ətraflı
Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edir

Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edir

Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edir. Viral.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Çanaqqalada Amfibiya Korpusu Komandanlığında bayram namazını qıldıqdan sonra müraciətində deyib. O bildirib ki, Türkiyə Azərbaycan, Şimali Kipr, Liviya, Qətər, Somali, Kosovo, Bosniya-Herseqovinada, habelə bir sıra bölgələrdə qardaş, dost və müttəfiq ölkələrin haqlı mübarizələrinə dəstək verməyə davam edir:…

Ətraflı
Sabirabadda yeni doğulan körpə ÖLDÜ

Sabirabadda yeni doğulan körpə ÖLDÜ

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan körpə ölüb. Viral.az teleqraf.az-a istinadla xəbər verir ki, hadisə martın 28-də baş verib. Kürdəmir rayonunun Axtaçı Qarabucaq kənd sakini, 2006-cü il təvəllüdlü Əsədova Xəyalə Natiq qızı Sabirabad xəstəxanasında uşaq dünyaya gətirib. Məlumata görə, qadını cərrah mama-ginekoloq Mehriban Yunusova qəbul edib və onun səhlənkarlığı nəticəsində körpə ölüb. Məlumata görə, ilkin…

Ətraflı