-->
Sumqayıtda yataqxanada yanğın - 14 nəfər təxliyə olundu

Sumqayıtda yataqxanada yanğın – 14 nəfər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Viral.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər…

Ətraflı
Əhməd əl-Şaraa Prezident İlham Əliyevi təbrik ETDİ

Əhməd əl-Şaraa Prezident İlham Əliyevi təbrik ETDİ

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Viral.az xəbər verir ki, təbrik məktubunda deyilir: “Cənab Prezident, Əziz Qardaş. Mübarək Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan Respublikasına daha da çox tərəqqi, rifah və əmin-amanlıq…

Ətraflı
Bu gün məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi DAYANDIRILACAQ

Bu gün məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi DAYANDIRILACAQ

Bu gün məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır. Viral.az xəbər verir ki, aprelin 1-i saat 18:00-dan etibarən uşaqların birinci sinfə qəbulu prosesinə hazırlıq məqsədilə məktəbəhazırlıq qrupları üzrə şagirdlərin yerdəyişməsi prosesi dayandırılır. Qeyd edək ki, fevralın 25-dən 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını, I-VIII və X sinifləri əhatə…

Ətraflı
Saqqızın tərkibində təhlükəli maddələr VAR

Saqqızın tərkibində təhlükəli maddələr VAR

Saqqız, tərkibindəki bəzi hissəciklərə görə sağlamlıq riski yarada bilər. Saqqız uzun müddətdir nəfəsi təravətləndirmək və stressi azaltmaq üçün məşhur üsuldur. Bununla belə, hər kəs onun istifadəsinin mümkün zərərini düşünmür. Məlum olub ki, saqqız çeynəmək mikroplastiklərin ayrılması səbəbindən sağlamlıq üçün təhlükə yarada bilər. Viral.az lent.az-a istinadən xəbər verir ki, amerikalı alimlər saqqızın mikroplastik qəbulunu əhəmiyyətli dərəcədə…

Ətraflı
Azərbaycanda 12 günlük bayram tətili başa ÇATDI

Azərbaycanda 12 günlük bayram tətili başa ÇATDI

Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar 12 günlük tətil başa çatıb. Viral.az xatırladır ki, ölkə ərazisində 20-31 mart tarixlərində qeyri-iş günləri idi. Nazirlər Kabinetinin qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib….

Ətraflı
"Qalatasaray" “Fənərbaxça” ilə derbinin favoritidir

“Qalatasaray” “Fənərbaxça” ilə derbinin favoritidir

“Qalatasaray”ın vitse-prezidenti İbrahim Hatipoğlu Türkiyə kubokunun 1/4 final mərhələsində “Fənərbaxça” ilə keçiriləcək oyun barəsində danışıb. Viral.az xəbər verir ki, klub rəsmisi “Fənərbaxça” – “Qalatasaray” matçında favorit olduqlarını iddia edib. O, “sarı-lacivərdlilər”lə görüşə çox ciddi hazırlaşdıqlarını bildirib: “Oyunçularımız son dərəcə iddialıdırlar. Matçın əhəmiyyətini bilirlər. Bu mövsüm hər iki kuboku qazanmaq üçün son saniyəyə qədər tər tökəcəyik….

Ətraflı
Ermənistan KTMT-yə pul ödəməkdən imtina etdi

Ermənistan KTMT-yə pul ödəməkdən imtina etdi

Rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyinə təşkilatın maliyyələşdirilməsinə dair sazişi imzalamaqdan imtina etdiyini bildirib. Viral.az xəbər verir ki, bu barədə yerli mətbuat Ermənistan XİN-in mətbuat xidmətinə istinadən məlumat yayıb. “Ermənistan tərəfi KTMT Katibliyinə “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarı imzalamadığını və müvafiq olaraq bu təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcəyini rəsmən bildirib”, – deyə…

Ətraflı
ABŞ-nin NATO-dan çıxması ilə bağlı ciddi danışıqlar eşitməmişəm

ABŞ-nin NATO-dan çıxması ilə bağlı ciddi danışıqlar eşitməmişəm

ABŞ-nin NATO-dan çıxması ilə bağlı ciddi danışıqlar eşitməmişəm. Viral.az Reuters-ə istinadən xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksander Stubb London İqtisadiyyat Məktəbində keçirilən tədbirdə deyib. “ABŞ administrasiyasının heç bir ciddi nümayəndəsindən NATO-dan çıxmaq barədə heç bir şey eşitməmişəm”, – Stubb qeyd edib. Finlandiya Prezidenti ABŞ prezidenti Donald Trampın Avropa ölkələrinə təzyiq göstərərək müdafiə xərclərini artırmalarını…

Ətraflı
Tramp Ağ Evdəki 200 illik ağacı KƏSDİRƏCƏK

Tramp Ağ Evdəki 200 illik ağacı KƏSDİRƏCƏK

Ağ Evin yaxınlığında 200 il əvvəl əkilmiş maqnoliya ağacı təhlükəli vəziyyətdə olduğu üçün kəsiləcək. Viral.az xəbər verir ki, bu barədə qərarı ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb. “Hər şeyin sonu olmalıdır və bu ağac dəhşətli vəziyyətdədir, təhlükəsizliyə çox ciddi təhdiddir, xüsusən də Ağ Evin girişində, onu çıxarmaq lazımdır. Bu proses gələn həftə…

Ətraflı
Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edir

Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edir

Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edir. Viral.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Çanaqqalada Amfibiya Korpusu Komandanlığında bayram namazını qıldıqdan sonra müraciətində deyib. O bildirib ki, Türkiyə Azərbaycan, Şimali Kipr, Liviya, Qətər, Somali, Kosovo, Bosniya-Herseqovinada, habelə bir sıra bölgələrdə qardaş, dost və müttəfiq ölkələrin haqlı mübarizələrinə dəstək verməyə davam edir:…

Ətraflı
Türkiyə Azərbaycanda sülhə və təhlükəsizliyə önəmli töhfə verir

Türkiyə Azərbaycanda sülhə və təhlükəsizliyə önəmli töhfə verir

Türkiyə Azərbaycanda sülhə və təhlükəsizliyə önəmli töhfə verir. Viral.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqalada Amfibiya Korpusu Komandanlığının şəxsi heyətinə müraciətində deyib. O bildirib ki, Türkiyə Suriya və İraqda terrorla mübarizə aparır: “Eyni zamanda biz Albaniya, Liviya, Azərbaycan, Qətərdə sülh və təhlükəsizliyin təsis olunmasına töhfə veririk”.

Ətraflı
Sabah partiyalar üçün son GÜNDÜR

Sabah partiyalar üçün son GÜNDÜR

Sabah siyasi partiyaların 2024-cü il üzrə illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etmələri üçün ayrılan müddət başa çatır. Viral.az xəbər verir ki, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir. Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə…

Ətraflı
Tehran Trampa cavab olaraq Vaşinqtonla birbaşa danışıqları rədd EDİB

Tehran Trampa cavab olaraq Vaşinqtonla birbaşa danışıqları rədd EDİB

Tehran Trampa cavab məktubunda Vaşinqtonla birbaşa danışıqlardan imtina edib, yalnız vasitəçilik üçün pəncərə açılıb. Viral.az “Tasnim News”a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında deyib. Pezeşkian deyib ki, İran amerikalı həmkarının məktubuna cavabı Oman vasitəsilə göndərib. “İran vasitəçilik yolu ilə danışıqlara açıq olduğunu bəyan edir və heç vaxt danışıqlardan yayınmadığını…

Ətraflı
Biləsuvarda polis əməliyyat keçirdi - narkotik və silah AŞKARLANDI

Biləsuvarda polis əməliyyat keçirdi – narkotik və silah AŞKARLANDI

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 38 yaşlı Eldar Məmmədov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Viral.az-a verilən xəbərə görə, həmin şəxsdən 11 kiloqram marixuana, tiryək, metamfetamin və 1 ədəd gecəgörmə cihazı aşkarlanıb. Həyata keçirilən digər tədbirlərlə isə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən Yusif Qurbanov…

Ətraflı
Bakıda məscidlərdə bayram namazı QILINDI

Bakıda məscidlərdə bayram namazı QILINDI

Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb. Viral.az xəbər verir ki, namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Salman Musayevin imamətliyi ilə Əjdərbəy məscidində qılınıb. Qeyd edək ki, bayram namazı Təzəpir məscidində isə saat 09:00-da qılınacaq. Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i…

Ətraflı
ABŞ-də ziyafətdə atışma nəticəsində 2 nəfər ÖLDÜ

ABŞ-də ziyafətdə atışma nəticəsində 2 nəfər ÖLDÜ

ABŞ-də Vaşinqton ştatının Takoma şəhərində ziyafətdə baş verən atışma nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Viral.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb. “Polisə zən edərək küçədə dava olduğunu bildiriblər. Polis gələnə yaxın atəş səsləri eşidilib”, – məlumatda deyilir. Atışma baş verən ərazidə polis ölmüş gənc və beş yaralı aşkarlayıb, onlardan biri…

Ətraflı
Uqandada meymunçiçəyinə yoluxanların sayı 4,8 mini KEÇDİ

Uqandada meymunçiçəyinə yoluxanların sayı 4,8 mini KEÇDİ

Uqandada meymunçiçəyi (mpox) epidemiyasının elan edilməsindən sonra son səkkiz ay ərzində təsdiqlənmiş xəstəlik hallarının ümumi sayı 4 810 nəfərə çatıb. Viral.az xəbər verir ki, bu, Uqanda Səhiyyə Nazirliyinin məlumatlarında əks olunub. Qurumun hesabatına əsasən, bu müddət ərzində ölənlərin sayı 37 nəfər təşkil edib. “Son 24 saat ərzində 13 yeni yoluxma, 6 ölüm faktı qeydə alınıb….

Ətraflı