Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Viral.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Son Yazılar:
- Ərdoğan ABŞ-yə GEDƏCƏK
- Aeroport şosesində yol qəzası sıxlığa səbəb OLDU
- Lənkəranda toyda vəziyyəti pisləşən 49 yaşlı kişi xəstəxanada vəfat ETDİ
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində dördmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsinin dəhlizində baş vermiş yanğın genişlənməsinə, o cümlədən otaqlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın 4-cü mərtəbəsinin dəhlizində 30 p.m. elektrik kabeli, 10 kv.m. sahədə dolab və əşyalar, 1 ədəd pəncərə çərçivəsi və 1 otağın qapısı qismən yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 14 nəfər bina sakini təxliyə edilib.
Yataqxana binası və otaqlar yanğından mühafizə olunub.