
Göygöldə minik maşını dirəyə çırpıldı
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. Viral.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunda, Yeni Qızılca kəndi ərazisində qeydə alınıb. “Mercedec” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ışıq dirəyinə çırpılıb. Qəza nəticəsində 2004-cü il təvəllüdlü N.Abdullayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Avtomobilə və elektrik təsərrüfatına ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.