
Almaniya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu – FOTO
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Bakıda rəsmi qarşılanma mərasimi olub. Viral.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Almaniya Federativ Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbenderi…