-->
"Yuventus" Klublararası Dünya Çempionatında pley-off mərhələsinə yüksəldi

“Yuventus” Klublararası Dünya Çempionatında pley-off mərhələsinə yüksəldi

Bu gün Klublararası Dünya Çempionatında qrup mərhələsinin ikinci turuna yekun vurulacaq. Viral.az xəbər verir ki, günün ilk görüşündə G qrupunda “Yuventus” “Vidad”la qarşılaşıb. Türkiyə millisinin üzvü Kenan Yıldızın ulduzlaşdığı oyunda Turin təmsilçisi rəqibini 4:1 hesabı ilə darmadağın edib. Bununla da “Qoca sinyora” Klublararası Dünya Çempionatında pley-off mərhələsinə yüksəlib.

Ətraflı
Ceyhun Bayramov İƏT Təmas Qrupunun iclasında iştirak ETDİ

Ceyhun Bayramov İƏT Təmas Qrupunun iclasında iştirak ETDİ

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51‑ci sessiyası çərçivəsində Cammu və Kəşmir üzrə İƏT Təmas Qrupunun iclasında iştirak və çıxış edib. XİN-dən Viral.az-a verilən xəbərə görə, Ceyhun  Bayramov çıxışında Azərbaycanın Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə və müvafiq BMT…

Ətraflı
İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb ETDİ

İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb ETDİ

ABŞ-nin İrana qarşı endirdiyi zərbələr beynəlxalq hüququn və BMT nizamnaməsinin kobud şəkildə pozulmasıdır. Viral.az-ın məlumatına görə, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib. “Şübhəsiz ki, ABŞ-nin İranın suverenliyi və ərazi bütövlüyünə qarşı hərbi təcavüzü beynəlxalq hüququn və BMT Nizamnaməsində təsbit olunmuş məcburi beynəlxalq normaların kobud şəkildə pozulmasıdır”, – İrəvaninin BMT Təhlükəsizlik Şurasının sədri və…

Ətraflı
Tofiq Musayev UFC-də məğlub OLDU

Tofiq Musayev UFC-də məğlub OLDU

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş keçirilib. Viral.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə üz-üzə gəlib. Yüngül çəkidəki qarşılaşma Musayevin məğlubiyyəti ilə bitib. O, ilk raundda rəqibinə təslim olub. “UFC Fight Night”ın əsas döyüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər. Azərbaycan idmançılarından…

Ətraflı
SEPAH-ın 5 üzvü İsrailin zərbələri nəticəsində ÖLDÜRÜLÜB

İsrailin hücumu nəticəsində “Sepah”ın 10 üzvü həlak oldu, 9-u yaralandı

İsrailin İranın qərbindəki Kirmanşah əyalətindəki hədəflərə endirdiyi zərbələr nəticəsində beş hərbçi ölüb, doqquzu yaralanıb. Viral.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Qeyd olunur ki, İraqla sərhəddə yerləşən Qəsri-Şirin rayonundakı hədəflər bombalanıb. *** İsrail ordusunun səhər saatlarında hava zərbələri nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 5 üzvü öldürülüb. Viral.az yerli mediaya istinadən xəbərinə…

Ətraflı
Bakıdakı UFC turnirində daha bir döyüş keçirildi

Bakıdakı UFC turnirində daha bir döyüş keçirildi

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş keçirilib. Viral.az-ın məlumatına görə, “UFC Fight Night”ın dördüncü qarşılaşmasında Melissa Mallins (İngiltərə) Darya Jeleznyakova ilə (Rusiya) üz-üzə gəlib. Yarım yüngül çəkidəki duel 3 raund davam edib və yekunda Rusiya təmsilçisi qalib gəlib. Qeyd edək ki, əsas döyüşlər saat 23:00-da start götürəcək. “UFC Fight Night”ın…

Ətraflı
Husilər yenidən ABŞ-ni HƏDƏF ALDI

Husilər yenidən ABŞ-ni HƏDƏF ALDI

Yəmən husiləri ABŞ hökumətini hədələyərək onların İsrail tərəfində İranla münaqişəyə girəcəyi təqdirdə Qırmızı dənizdəki ABŞ gəmilərinə hücum edəcəklərini bildiriblər. Viral.az xəbər verir ki, bunu hərəkatın nümayəndəsi Yəhya Sariya bildirib. “Əgər ABŞ İsraillə birlikdə İrana qarşı hücum və təcavüzdə iştirak edərsə, silahlı qüvvələrimiz Qırmızı dənizdə ABŞ mülki və hərbi gəmilərinə zərbələr endirəcək”, – o deyib. Saria…

Ətraflı
Cəlilabadda iki avtomobil toqquşdu, ölən var

Cəlilabadda iki avtomobil toqquşdu, ölən var

Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Viral.az “Report”a istinadən xəbər verir ki, hadisə Cəlilabadın Göytəpə şəhəri ərazisində qeydə alınıb. “VAZ 2106” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb. Ölən şəxs “VAZ”ın sərnişini, Göytəpə şəhər sakini, 1957-ci il təvəllüdlü Əminağa Xudaqulu oğlu Tağıyevdir. Faktla bağlı araşdırma aparılır.

Ətraflı
İftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim təyin EDİLDİ

İftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim təyin EDİLDİ

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, tibb xidməti polkovniki İftixar Qurbanov vəzifəsindən azad edilib. Viral.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, bu barədə müvafiq əmr imzalanıb. Digər əmrlə tibb xidməti polkovniki Çingiz Əlləzov həmin vəzifəyə təyin edilib. Qeyd edək ki, Əməkdar həkim Çingiz Əlləzov Azərbaycanın ilk hərbi neyrocərrahıdır. O, daha əvvəl Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin rəisi…

Ətraflı
Komitə sədri “Müdafiə haqqında” qanuna dəyişiklikləri AÇIQLADI

Komitə sədri “Müdafiə haqqında” qanuna dəyişiklikləri AÇIQLADI

“Müdafiə haqqında” qanuna dəyişiklik ərazi müdafiəsinin Silahlı Qüvvələrin dövlət və yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirməsini nəzərdə tutur. Viral.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında bildirib. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi və 2023-cü…

Ətraflı
İran Amerika hərbçilərinə cavab zərbələri ENDİRƏCƏK

İran Amerika hərbçilərinə cavab zərbələri ENDİRƏCƏK

ABŞ İsrailin başladığı hərbi əməliyyatlara qoşularsa, İran Yaxın Şərqdəki Amerika hərbçilərinə qarşı cavab zərbələri endirməyə hazır olacaq. Viral.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi “NBC News” telekanalına müsahibəsində bildirib. “Müharibə gedirsə, tərəflər bir-birinə zərbə endirir. Bu, aydın məsələdir. Özünümüdafiə isə hər bir ölkənin qanuni haqqıdır,” – nazir deyib. İranın baş diplomatı…

Ətraflı
İsti havalarda necə qidalanmalıyıq? – Həkimdən vacib tövsiyə

İsti havalarda necə qidalanmalıyıq? – Həkimdən vacib tövsiyə

Yay aylarında havaların həddindən artıq istiləşməsi insan orqanizminə ciddi təsir göstərir. Həkimlər bildirirlər ki, belə havalarda düzgün qidalanma sağlamlığı qorumaq və istilikdən yaranan narahatlıqların qarşısını almaq üçün olduqca vacibdir. Viral.az xəbər verir ki, mütəxəssislərin fikrincə, yüksək temperatur zamanı həzm sistemi yükləndiyi üçün ağır, yağlı və ədviyyatlı yeməklərdən uzaq durmaq məsləhətdir. Əvəzinə, orqanizmin su balansını qoruyan…

Ətraflı
Azərbaycanda axund Quran dərsinə gələn 16 yaşlı qızı QAÇIRDI

Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı

Axund Tahirov Turab Əliqan oğlu məscidə Quran dərsinə gələn 16 yaşlı qız uşağını qaçırıb. Viral.az musavat.com-a istinadən xəbər verir ki, qızın ailəsi polisə məlumat verib. Hazırda polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparır. Qaçırılan qızın atası Emin Babayev Musavat.com-a müsahibəsində hadisənin təfərrüatlarını danışıb. – Emin bəy, hadisə nə zaman baş verib? – İyun ayının 17-də. –…

Ətraflı
Məhkəmə Gənc Qazilər Birliyinin sədri ilə bağlı qərar VERDİ

Məhkəmə Gənc Qazilər Birliyinin sədri ilə bağlı qərar VERDİ

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb. Viral.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat verib. Bununla bağlı bu gün Xətai rayon Məhkəməsində təqdimata baxılıb. Məhkəmə həbs müddətinin 2 ay uzadılması barədə qərar verib. Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan…

Ətraflı
İcra başçısı buna görə SAXLANILIB

İcra başçısı buna görə SAXLANILIB

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi (DTX) Xidməti Qax rayonunda əməliyyat həyata keçirib. Viral.az xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev başda olmaqla onun müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb. Məlumata görə, hazırda DTX-də icra başçısı ilə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə və digər korrupsiya cinayətləri üzrə istintaq aparılır.

Ətraflı
U-16 millimiz Moldovaya qalib GƏLDİ

U-16 millimiz Moldovaya qalib GƏLDİ

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünə çıxıb. Viral.az xəbər verir ki, U-16 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Binə stadionunda təşkil olunan oyun yığmanın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində qolları Nihat Hüseynzadə, Firdovsi Şeydayev və Cavidan Əlizadə vurublar. Qeyd edək ki, Azərbaycan…

Ətraflı
Kamran Əliyevdən növbəti TƏYİNATLAR

Kamran Əliyevdən növbəti TƏYİNATLAR

Baş Prokurorluqda kadr dəyişikliyi olub. Viral.az-ın məlumatına görə, bu barədə baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb. Əmrə əsasən, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Natiq Abdullayev vəzifəsindən azad edilib. Digər əmrlə Natiq Abdullayev Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq,…

Ətraflı
Daşkəsəndə kişi qumun altında qalaraq həyatını İTİRDİ

Daşkəsəndə kişi qumun altında qalaraq həyatını İTİRDİ

Daşkəsən rayonunda bədbəxt hadisə baş verib. Viral.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, 1963-cü il təvəllüdlü rayon sakini E. Əhmədov özünə məxsus yük maşınında qum boşaldarkən ehtiyatsızlıq səbəbindən qoşqu ona dəyib. Zərbədən yerə yıxılan E. Əhmədovun üzərinə həmin vaxt yük yerində olan qum tökülüb. 62 yaşlı kişi qumun altında…

Ətraflı