Bu qrup üzrə nəzərdə tutulan PLAN YERLƏRİNİN SAYI

2024/2025-ci tədris ili üçün respublika ali təhsil müəssisələrinin V ixtisas qrupunda Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib. Dövlət İmtahan Mərkəzindən (DİM) Viral.az-a bildirilib ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin V ixtisas qrupunda Azərbaycan bölməsi üzrə 1226 və rus bölməsi…

Ətraflı

Bakıda xarici ölkə vətəndaşının 100 000 manatı oğurlandı

Paytaxtın Xəzər rayonunda xarici ölkələrdən birinin vətəndaşının 100.000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Rüfət Bəkirov saxlanılaraq istintaqa təhvil verilib.  Araşdırmalarla müəyyən olunub ki, R.Bəkirov zərərçəkənin sürücüsüdür….

Ətraflı

Təbrizdə konsulluğun açılacağı vaxt məlum deyil

Təbriz şəhərində Ermənistanın konsulluğunun nə vaxt açılacağı bilinmir. Viral.az xəbər verir ki, bu barədə “Sputnik Armenia”nın sorğusuna cavab olaraq Ermənistan XİN-dən bildirilib. Məlumatda açılış üçün hazırlıq işlərinin görüldüyü vurğulanıb. Qeyd edək ki, Təbriz şəhərində konsulluğun bu ilin əvvəlində açılması nəzərdə tutulmuşdu.

Ətraflı

Ən çox şikayət olunan banklar

Azərbaycan Mərkəzi Bank (AMB) cari ilin iyul ayı ərzində bank müştәrilәrinin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt indeksini acıqlayıb. Viral.az AMB-yə istinadən xəbər verir ki, 2024-cü ilin iyul ayında Azərbaycanda ən çox şikayət edilən bank 3.25 indeksi ilə “Bank of Baku” seçilib. Qeyd edək ki, “TuranBank” siyahıda ikinci (3.11 indeksi), “Yapı Kredi Azərbaycan” isə üçüncü (3.07 indeksi)…

Ətraflı

Bir ailənin üzvləri qəzaya düşdü – 3 uşaq öldü, 6 yaralı var

Ötən gecə Zərdabda ağır yol qəzası baş verib. Viral.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, hadisə saat 23 radələrində Kürdəmir – Zərdab yolunda baş verib. Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi “VGV U75 Plus” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq…

Ətraflı

İngiltərə Premyer Liqasının ən yaxşı oyunçularının siyahısı AÇIQLANDI

ESPN 2024/2025 mövsümünün başlaması ərəfəsində İngiltərə Premyer Liqasının ən yaxşı oyunçularının yeni siyahısını açıqlayıb. Viral.az  xəbər verir ki, reytinqin ilk pilləsində “Mançester Siti” klubunun yarımmüdafiəçisi Rodri qərarlaşıb. İkinci yerə isə onun komanda yoldaşı Erlinq Holann layiq görülüb. “Arsenal” klubunun futbolçusu Martin Odeqard isə üçüncü olub. Qeyd edək ki, İngiltərə çempionatında ilk tura avqustun 16-da start…

Ətraflı

54 nəfər SAXLANILDI

Avqustun 9-da ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 36 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.    DİN mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması…

Ətraflı

Avtomobil kanala düşüb, sürücü tapılmayıb

Samur- Abşeron kanalının “Şəfəq” qəsəbəsindən keçən hissəsində avtomobil kanala düşüb. Viral.az–ın məlumatına görə, Abusət Əliyevin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq Samur-Abşeron kanalına düşüb. Avtomobil sudan çıxarılsa da, Abusət Əliyev tapılmayıb. Onun axtarışları davam etdirilir. Qeyd edək ki, A.Əliyev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.

Ətraflı

Bakıda yaşayış binasında yanğın BAŞ VERDİ

Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yaşayış binasında yanğın baş verib. Viral.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar FHN-in müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ətraflı

Azərbaycan medal sıralamasında 24-cü yerdədir: Paris-2024

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 24-cü pillədə qərarlaşıb. Viral.az xəbər verir ki, hələlik komandanın aktivində 2 qızıl, 2 gümüş və 1 bürünc mükafat var. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67…

Ətraflı

Mehriban Əliyeva Alfonso Dominqesi TƏBRİK ETDİ

Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında gümüş medal mükafatı qazanmış Azərbaycan boksçusu Alfonso Dominqesi təbrik edib. Viral.az xəbər verir ki, bu barədə birinci xanım sosial şəbəkədə yazıb: “Boksçu – gümüş medal sahibi Alfonso Dominqesi səmimi-qəlbdən təbrik edirəm! Azərbaycanı Paris Yay Olimpiya Oyunlarında layiqincə təmsil edən idmançımıza güc, enerji, yeni qələbələr və…

Ətraflı

Qəzada ölənlərin sayı ARTDI

Zərdab rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı üç nəfərə çatıb. Viral.az xəbər verr  ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, avqustun 9-da saat 23 radələrində Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi “VGV U75 Plus” markalı avtomobillə Kürdəmir-Zərdab yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib…

Ətraflı

Dənizdə zəlzələ OLDU

Saxalin adasının şərqində Oxot dənizində 6,8 bal gücündə zəlzələ qeydə alınıb. Viral.az xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb. “Zəlzələnin episentri Oxot dənizinin cənub hissəsində, ocağı təxminən 490 km dərinlikdə yerləşib. Sunami təhlükəsi yoxdur”, – deyə departamentin açıqlamasında bildirilir.

Ətraflı

Təyyarə qəzası ilə əlaqədar 3 günlük MATƏM

Braziliyanın cənub-şərqində San-Paulu ştatının Vinhedo bölgəsində baş vermiş təyyarə qəzası ilə əlaqədar ölkədə üç günlük matəm elan edilib. Viral.az xəbər verir ki, bu barədə Braziliya prezidenti Luiz İnasio Lula da Silva öz şəxsi “X” səhifəsində məlumat verib. “Vinhedoda baş vermiş faciəvi hadisənin 61 qurbanının xatirəsinə biz ölkədə üç günlük rəsmi matəm elan etdik”, – deyə o…

Ətraflı

TƏBİB-in “Qaynar xətti”ndə nə baş verib?

Vətəndaş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “Qaynar xətti”nə zəng edir, amma ona hansısa viktorina haqqında məlumat verilərək 1000 manat qazanma şansını qaçırma deyilir. Nəticədə vətəndaşda belə bir təəssürat yaranır ki, TƏBİB-in qaynar xətti işləmir və belə bir ciddi qurumun çağrı mərkəzində yaranan problemlə bağlı Baku TV-yə şikayət edir. Viral.az xəbər verir ki, məsələ ilə…

Ətraflı

Goranboyda DƏHŞƏT- 5 nəfər ZƏHƏRLƏNDİ

Goranboyda zəhərlənmə faktı qeydə alınıb. Viral.az xəbər verir ki, 5 nəfər rayon sakinləri zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal xəstələrə yardım edilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir. Zəhərlənənlər 2012-ci il təvəllüldü A. Kərimli, 2011-ci il təvəllüdlü A. Qasımova, 2009-cu il təvəllüldü S. Qasımova,1982-ci il təvəllüdlü Q. Qasımov və 2009-cu il təvəllüdlü A. Kərimovadır. Məlumata görə həmin…

Ətraflı

Daha iki oyun KEÇİRİLƏCƏK

Azərbaycan Premyer Liqasının II turunda bu gün daha iki oyun keçiriləcək. Viral.az xəbər verir ki, əvvəlcə “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Şamaxını qəbul edəcək. Saat 18:45-də başlayacaq qarşılaşmanı Fərid Hacıyev idarə edəcək. Günün son matçı “ASCO Arena”da “Səbail” və “Neftçi” klubları arasında oynanılacaq. Saat 20:00-da başlayacaq görüşü Kamal Umudlu idarə edəcək. İlk turda “Araz-Naxçıvan” “Qarabağa”…

Ətraflı

Bu şəxslərin maaşı ARTIB

Salyanda muzdlu işçilərin nominal əməkhaqqı artıb. Viral.az xəbər verir ki, bu barədə Salyan Rayon Statistika İdarəsindən məlumat verilib. Belə ki, bu ilin altı ayında rayonda çalışan muzdlu işçilərin nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 0,3 faiz artıb. Bununla da muzdlu işçilərin nominal əməkhaqqı 659,3 manat təşkil edib.

Ətraflı

Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahıları dərc OLUNDU

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahıları dərc edilib. Viral.az xəbər verir ki, deputatlığa namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 26.2.5, 148.5-ci maddələrinə əsasən, MSK qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısının dərc olunmasını səsvermə gününə azı…

Ətraflı

Son iki idmançımız mübarizəyə başlayır 

Bu gün Azərbaycanın son iki idmançısı “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.   Viral.az xəbər verir ki, sərbəst güləşçilər – Hacı Əliyev (65 kiloqram) və Maqomedxan Maqomedov (97 kiloqram) xalça üzərinə çıxacaqlar.   Üçqat dünya və dördqat Avropa çempionu olan H.Əliyev ilk görüşündə meksikalı Ostin Qomeslə üz-üzə gələcək. M.Maqomedov isə Dominikan Respublikasından Luis Miqel Peresi sınağa…

Ətraflı