ABŞ-nin Rumıniyadakı səfirliyi ölkədə olan Amerika vətəndaşlarını mümkün təhlükələr barədə xəbərdar edib.
Viral.az xəbər verir ki, bu barədə diplomatik missiyanın saytında məlumat verilib.
“ABŞ səfirliyi 11-13 oktyabr tarixlərində Rumıniyada sinaqoqlara, məbədlərə və ya məscidlərə qarşı potensial təhlükələr barədə məlumat alıb. Səfirlik ABŞ vətəndaşlarını bu dövrdə Rumıniyada dini müəssisələrin yaxınlığında çox ehtiyatlı olmağa çağırır”, – məlumatda qeyd olunur.