Livanda atəşkəs noyabrın 27-də qüvvəyə minə BİLƏR

Livan və İsrail arasında atəşkəs razılaşması noyabrın 27-ə keçən gecə qüvvəyə minə bilər.

Viral.az xəbər verir ki, bu barədə Livanın xarici işlər naziri vəzifələrini müvəqqəti icra edən Abdullah Bu Həbib deyib.

“Al Jadeed” telekanalı isə öz növbəsində bildirib ki, atəşkəs elanı noyabrın 27-də Livanın Baş naziri Nəcib Mikati tərəfindən verilə bilər. Hökumət başçısının özü bu məlumatı təsdiqləməkdən imtina edərək, danışıqlar getdiyi bir vaxtda şərh verməkdən çəkinməyə üstünlük verdiyini söyləyib.

Son Yazılar:

Qeyd edək ki, Livan və İsrail ABŞ-nin vasitəçiliyi ilə 60 günlük keçid müddətini nəzərdə tutan atəşkəs sazişi layihəsini müzakirə edir. Bu müddət ərzində İsrail ordusu Livanın cənubundan çıxarılacaq, sərhəd bölgələrinə Livan ordusu yerləşdiriləcək. “Hizbullah”a gəlincə, onlar öz birləşmələrini və ağır silahlarını Litani çayının şimalına, sərhəddən 30 km uzaqlığa çəkməli olacaqlar.