Azərbaycanda bu şəxslərin maaşları artırıldı – RƏSMİ

Ötən günlərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əməkdaşlarının sosial durumunun yaxşılaşdırılması məqsədi ilə əmək haqları (pedaqoji və inzibati heyət üzrə) artırılıb.

Viral.az AzEdu.az-a istinadən xəbər verir ki, ADPU-da analoji addımın atılması gözlənilir. 

Universitetdən sorğuya cavab olaraq bildirilib ki, universitet əməkdaşlarının maddi və sosial təminatının yaxşılaşdırılması hər zaman qarşıya qoyulan əsas prioritet məsələlərdən hesab edilir və bu istiqamətdə mütəmadi olaraq vacib addımlar atılmaqdadır: 

Son Yazılar:

“Son 7 il ərzində universitetin həm pedaqoji heyətinin, həm də inzibati idarəetmə sahəsində fəaliyyət göstərən əməkdaşların əməkhaqqılarında nəzərəçarpan dərəcədə artım edilib. Lakin təbii ki, universitet bununla kifayətlənmək və qane olmaq niyyətində deyil. Son illər ərzində əməkdaşların əməkhaqqı göstəricilərinə həm ümumi şəkildə artım edilməsi, həm də diferensial şəkildə yüksəldilməsi həyata keçirilməklə yanaşı, fəaliyyət nailiyyətlərinə görə  mükafatlandırma sisteminin də əhatə dərəcəsi xeyli genişləndirilib. 

Bu istiqamətdə aparılan işlərin davamı olaraq, 2025-ci ilin əvvəlindən etibarən Pedaqoji Universitetdə əməkdaşların əməkhaqqı göstəricilərinə artımın edilməsi gözlənilir. Bununla bağlı qərar tədris semestrinin sonunda keçiriləcək universitetin Elmi Şurasında qərar veriləcəkdir”,- deyə universitetdən qeyd edilib.