Xəbər verdiyimiz kimi, ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra Çindən gələn məhsullara əlavə olaraq 10 faiz gömrük vergisi tətbiq edəcək. Trampın bəyanatından sonra Çinin Vaşinqtondakı səfirliyi məsələ ilə bağlı açıqlama verib.
Viral.az xəbər verir ki, Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Penqyu Trampın bu qərarına münasibət bildirib.
O, ABŞ və Çin arasında ticarət və ya vergi müharibəsində qalibin olmayacağını bildirib. Penqyu qeyd edib ki, Çin və ABŞ-ın narkotiklərlə mübarizə bölmələri San-Fransisko Sammitindən bəri müntəzəm olaraq görüşürlər.
Son Yazılar:
- Premyer Liqada çıxış edən futbolçu “Real”ın diqqət mərkəzinə DÜŞDÜ
- Rusiya 30 Britaniya vətəndaşına qarşı sanksiya tətbiq ETDİ
- ABŞ-də yeni tikililərin satışı son iki ilin ən aşağı səviyyəsinə DÜŞDÜ
Sözçü Çinin ABŞ-ı narkotiklərlə mübarizədəki son hadisələrlə bağlı məlumatlandırdığını və bəzi hallarla bağlı ipuclarını sübut etmək üçün ABŞ-ın tələbini yerinə yetirərək tədbir gördüyünü bildirib.