Paris Olimpiadasında hansı ölkənin medalı çoxdur? – SİYAHI

“Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarının medal sıralamasına Yaponiya başçılıq edir. Viral.az xəbər verir ki, yaponlar 6 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar. İkinci yerdə Fransa komandası gəlir – 5 qızıl, 8 gümüş, 3 bürünc. Çin ilk üçlüyü (5 qızıl, 5 gümüş, 2 bürünc) qapayır. Azərbaycan hələ ki 1 qızl medal qazanıb.

Ətraflı

Şuşada doğulmasam da, o torpaqların həsrəti ilə yaşamışam

Doğrudur, mən Şuşada doğulmamışam, böyüməmişəm, ancaq hər an oranın həsrəti ilə yaşamışam. Bir neçə dəfə getdiyim o müqəddəs torpaq məndə elə bir hiss buraxıb ki, 30 ildən çoxdur o torpaqların xəyallarını qururam.   Viral.az xəbər verir ki, bu sözləri bu gün Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Ruhiyyə Kazımova bildirib.   “Bu gün müəllim kimi…

Ətraflı

Rabitə kabellərini oğurlayan şəxs saxlanıldı

Ağcabədidə rabitə kabellərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.   Bu barədə Viral.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.   Ağcabədi Rayon Polis Şöbəsinə şəhər ərazisindəki rabitə kabellərinin oğurlanması barədə məlumat daxil olub. Keçirilən əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törədən yetkinlik yaşına çatmayan N.X. saxlanılıb. Onun şəhər ərazisindəki iki küçədən 367 metr uzunluğunda rabitə kabelini…

Ətraflı

Muxtar Babayev BMqT rəsmisi ilə COP29-a hazırlıqlar ətrafında fikir mübadiləsi aparıb

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Respublikasındakı missiyasının rəhbəri Troy Duli ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.   Bu barədə Viral.az–a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.   Görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Ətraflı

Sumqayıtda ticarət mərkəzində YANĞIN

Sumqayıt şəhərində ticarət mərkəzində yanğın olub.   Viral.az xəbər verir ki, hadisə 32-ci məhəllədə yerləşən Səfərli ticarət mərkəzində qeydə alınıb.   Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.   Alov söndürülüb. Yanğın nəticəsində təxminən 80 m² ərazi yanıb.

Ətraflı

Günün hava PROQNOZU

İyulun 30-da Azərbaycanda hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir.   Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Bildirilib ki, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Cənub-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.   Havanın temperaturu gecə 18-23° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə…

Ətraflı

Bu gün daha 79 şuşalı doğma yurduna yola düşdü

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, iyulun 30-da Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.   Viral.az xəbər verir ki, köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə daha 21 ailə – 79 nəfər köçürülüb.   Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində…

Ətraflı

50 yaşdan yuxarı olanlar üçün ən zərərli içki

Bəzi içkilər, xüsusən də müntəzəm olaraq istehlak edildikdə bədənə mənfi təsir göstərə bilir. Viral.az medicina-ya istinadən xəbər verir ki, dietoloqlar ilk addım olaraq şəkərli, sərinləşdirici içkilərdən uzaq durmağı məsləhət görürlər. Bu cür içkilərin ən çox yaşı 50-dən yuxarı olanlara zərər verdiyi bildirilir. Bu cür içkilər toxluq hissinə mane olur. İnsulin müqaviməti riski yaş artdıqca yüksəlir….

Ətraflı

İstidə siqaret çəkmək niyə daha zərərlidir?

İsti havalarda siqaret çəkmək isti vurmaya və infarkta səbəb ola bilər. Viral.az medicina-ya istinadən xəbər verir ki, bunu endokrinoloq, tibb elmləri doktoru Zuhra Pavlova öz “Telegram” kanalında bildirib. “İsti havada siqaret çəkmək xüsusilə fiziki fəaliyyət zamanı isti vurma riskini artırır. Bunun səbəbi, siqaret səbəbilə qan damarlarının daralması və qan axınının pisləşməsidir. Belə şəraitdə bədən tər…

Ətraflı

Bu 3 məhsulu supermarketlərdən almayın!

Bəzi məhsullarə hətta çox böyük endirimlə supermarketlərdən almağa dəyməz. Mağaza rəfində ən yaxşı şəkildə qalan üç məhsuldan söhbət gedir. Böyük endirimlə belə ala bilməyəcəyiniz məhsullar Viral.az lent.az-a istinadən bildirir ki, Britaniyanın “The Mirror” nəşrinə görə, pasterizə olunmamış süd almamalısınız. Tərkibində bağırsaq çöpləri, salmonella, listeriya, brusella və digər bakteriyalar ola bilər. Bu bakteriyalar yalnız pasterizasiya zamanı…

Ətraflı

Ən zərərli spirtli içki AÇIQLANDI

Sağlam spirtli içki yoxdur, həkimlər deyirlər, lakin bəzi növləri orqanizm üçün daha az zərərlidir. Viral.az lent.az-a istinadən məlumatına görə, həkimlər deyirlər ki, alkoqollu içkilər arasında ən çox zərərli olan şirin spirtli kokteyllərdir, xüsusən də metabolik pozğunluqları və ya artıq çəkisi olan insanlar üçün. Orqanizmə ciddi ziyan vurduğundan, belə hallarda onlar qəti qadağandır. Ekspertlər sağlam və…

Ətraflı

Ustada təşəkkür… – FOTO

Paris-2024 Olimpiya oyunlarının qalibi, cüdoçu Hidayət Heydərov Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Pekin-2008 Olimiyadasının çempionu Elnur Məmmədliyə təşəkkür edib. Viral.az-ın məlumatına görə, H.Heydərov bu barədə instaqram hesabında paylaşım edib. “Biz tarixik! Hər şeyə görə, çox sağ ol! Sən məni Olimpiya və Dünya çempionu etdin!” , -paylaşımda qeyd olunub.

Ətraflı

Mənzildən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə Viral.az-a FHN-dən bildirilib. Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Ətraflı

Əməkdar artist Gövhər Rzayevanın qoluna mil TAXILIB

Əməkdar artist Gövhər Rzayevanın qoluna mil taxılıb. Viral.az xəbər verir ki, Əməkdar artist Gövhər Rzayeva ötən il Qətərdə istirahətdə olarkən yıxılaraq qolunu zədələmiş və xəstəxanaya yerləşdirilmişdi. “Bu gün qolum üçün müayinəyə getmişdim. Bir ildən sonra qolumdan mili çıxaracaqlar. Hava dəyişəndə qolum sızlayır. Olacaqla, öləcəyə çarə yoxdur. Bu, olmalı idi. Allah həmişə sevdiyi bəndəsinə əziyyət verir….

Ətraflı

“The National News” COP29-a hazırlıqdan YAZDI

Birləşmiş Ərəb Əmirliklərinin “The National News” nəşrində Azərbaycanın bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyə hazırlaşmasına dair məqalə yayımlanıb.   Viral.az Azərtac-a istinadən xəbər verir ki, 2-ci Şuşa Qlobal Media Forumunun iştirakçısı Con Dennehinin müəllifi olduğu yazıda Prezident İlham Əliyevin Forumun açılış mərasimində jurnalistlərin suallarını cavablandırarkən…

Ətraflı

İdmançımız Paris Olimpiadasına qələbə ilə başladı

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.   Viral.az xəbər verir ki, kişi badmintonçuların fərdi mübarizəsində gücünü sınayan idmançı E qrupundakı ilk görüşündə avstriyalı Kollins-Valentin Filimonla qarşılaşıb.   Qarşılaşma badmintonçumuzun 2:0 (21:18, 21:11) hesablı qələbəsi ilə yekunlaşıb.

Ətraflı

Fəxri kürsüdə iki azərbaycanlı… – FOTOLAR

Paris-2024 Yay Olimpiya Oyunlarında bu gün keçirilən cüdo yarışlarının qalibləri mükafatlandırılıblar. Viral.az-ın məlumatına görə, maraqlıdır ki, 73 kq çəki dərəcəsində fəxri kürsüdə iki azərbaycanlı yer alıb. Bunlar Azərbaycan milli komandasının üzvü Hidayət Heydərov və Moldova Respublikasını təmsil edən əslən azərbaycanlı Adil Osmanov olublar. Onlar hər ikisi eyni çəkidə yarışıblar. Xatırladaq ki, H.Heydərov final görüşündə yerli…

Ətraflı

Canına qəsd edən hərbçimiz bu RAYONDANDIR

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Qəhrəmanov Ərşad Maarif oğlu intihar edib. O, Kəlbəcərdə odlu silahdan istifadə etməklə özünü öldürüb . Viral.az modern.az-a istinadən xəbər verir ki, intihar edən hərbi qulluqçu Ağcabədi rayonundandır. Ərşad Qəhrəmanov 2003-cü ildə rayonun Minaxorlu kəndində anadan olub. Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin…

Ətraflı

ABŞ-nin dövlət borcu rekord SƏVİYYƏDƏ

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, ABŞ-nin dövlət borcu ölkə tarixində ilk dəfə olaraq 35 trilyon dollara çatıb. Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, bir il əvvəl borc 32,65 trilyon dollar təşkil edib. “Bu gün biz tarixin ən güclü və firavan ölkəsi üçün maliyyə tənəzzülünün daha bir təhlükəli mərhələsinə kədərlənirik”, – Nümayəndələr Palatasının Büdcə Komitəsinin sədri respublikaçı Codi Arrinqton deyib. (redaktor.az)

Ətraflı

“Əhsən! Əhsən! Əhsən, Hidayət!” – Mehriban Əliyevadan TƏBRİK

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib. Viral.az xəbər verir ki, paylaşımda deyilir: “Əhsən! Əhsən! Əhsən, Hidayət! Təbrik edirəm! Yaşasın Azərbaycan!”. View this post on Instagram A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

Ətraflı