Rusiya Prezidenti Vladimir Putin Gürcüstanla vətəndaşları üçün vizasız rejimin imkanlarını genişləndirib.
Viral.az yerli mediaya istinadla xəbər verir ki, Putin bu barədə Sərəncam imzalayıb.
Bildirilir ki, bundan sonra Gürcüstan vətəndaşları Rusiya ərazisində vizasız 90 gündən çox müddətdə qala bilərlər.
Son Yazılar:
- “Ana olmaqdan özüm imtina etmişəm, həyatım daha vacib idi” – Aparıcı
- Mənə bir də bu barədə sual verməyin
- Onlar mənim üçün general sayılmırlar
Əvvəllər isə bu müddət Rusiyaya əmək fəaliyyəti və yaxud təhsil məqsədilə gələn şəxslər istisna olmaqla Gürcüstan vətəndaşlarına şamil edilirdi. İndi həmin şəxslər də Rusiyada vizasız 90 gündən artıq qala biləcəklər.
Dəyişikliklər 2023-cü ilin yazında dərc edilən Sərəncama daxil ediləcək. Sözügedən tarixdə isə Rusiya Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etmişdi.