Şeyxin qardaşının namizədliyi qeydə alındı

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qardaşı, Milli Məclisin deputatı Cavanşir Paşazadənin deputatlığa namizədliyi qeydə alınıb. Viral.az xəbər verir ki, o, 76 saylı Lənkəran – Masallı Seçki Dairəsindən namizəd olub. Onun namizədliyi hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülüb. Qeyd edək ki, sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

Ətraflı

Prezident və xanımı Hidayət Heydərova ZƏNG ETDİLƏR

İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında parlaq qələbə ilə Olimpiya çempionu adını qazanan cüdoçu Hidayət Heydərova zəng ediblər.   Viral.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb    Dövlətimizin başçısı və birinci xanım Olimpiadanın cüdo yarışlarında parlaq qələbə qazanması münasibətilə Hidayət…

Ətraflı

Böyük Qayıdışa ayrılan vəsait 5 milyardı ötəcək

Cari ildə Böyük Qayıdış Proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaiti 5 milyard manatı ötəcək.   Viral.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.   Məlumata görə, bütövlükdə yaradılmış 3,8 milyard manat məbləğində maliyyə resurslarının 1085,8 milyon manatının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinin aparılmasına yönəldilməklə cari ildə Böyük Qayıdış Proqramı üçün ayrılan…

Ətraflı

Fransada Azərbaycan himni – VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan cüdoçusu Hidayət Heydərov Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub. Viral.az xəbər verir ki, çempion olan təmsilçimizə qızıl medal təqdim olunub və Fransada Azərbaycanın Dövlət Himni səsləndirilib. Qeyd edək ki, H.Heydərov 73 kq çəki dərəcəsində finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.

Ətraflı

Kiyevdə “Covid-19” epidemiyasına yoluxma artır

Kiyev “Covid-19” tərəfindən hücuma məruz qalıb, 2024-cü ilin əvvəlindən ölənlərin sayı 52 nəfərdir.  Viral.az “gazeta.ru”ya istinadən xəbər verir ki, iyulda Ukraynanın paytaxtında koronavirusa yoluxma halları iyun ayı ilə müqayisədə 4,5 dəfə artaraq 900 nəfərə çatıb, 73 nəfər xəstəxanalardadır. Qeyd olunur ki, xəstəxanalara gündə orta hesabla 20-yə yaxın insan müraciət edir. Beynəlxalq alimlər qrupu iyulun 25-də “SARS-CoV-2”…

Ətraflı

Dolları olanlar üçün VACİB AÇIQLAMA: Bu tarixdən sonra…

ABŞ-də keçiriləcək seçkilər fonunda dolların möhkəmlənməsi, eləcə də manatın məzənnəsi ilə bağlı son dövrlər xeyli müzakirə aparılır. Viral.az xəbər verir ki, bu müzakirələr fonunda dolların həm bahalaşacağı, həm də ucuzlaşacağı iddia edilir. Bu iddialara cavab tapmaq üçün Milli Məclisin VI çağırış deputatı Vüqar Bayramova müraciət etdik. V. Bayramov BAKU.WS-ə açıqlamasında bildirdi ki, son bir ildə dolların səbət…

Ətraflı

Avropa Qızlar İnformatika Olimpiadasında (EGOI 2024) məktəblilərimiz uğurla çıxış edib

21-27 iyul tarixlərində Niderlandın Veldhoven şəhərində 4-cü Avropa Qızlar İnformatika Olimpiadası (EGOI 2024) təşkil edilib.   Viral.az xəbər verir ki, 56 ölkədən 194 nəfər məktəbli qız şagirdin iştirak etdiyi olimpiadada məktəblilərimiz uğurla çıxış edərək 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar.   Belə ki, Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyinin IX sinif şagirdi…

Ətraflı

Hidayət Heydərov belə Olimpiya çempionu oldu – İLK AÇIQLAMA + VİDEO

Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək. Viral.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qızıl medalını qazanan cüdoçu Hidayət Heydərov deyib. Azərbaycan yığmasının lideri bu qələbə sayəsində medal kolleksiyasını tamamladığını bildirib: “Medal kolleksiyamı tamamladım. 4 il idi ki, bu yarışa hazırlaşırdım. Bundan sonra 2028-ci ildə Los-Ancelesdə keçiriləcək…

Ətraflı

ABŞ İsrailə silah tədarükünü sürətləndirəcək?

“Hazırda ABŞ Livanla sərhəddə vəziyyətin kəskin şəkildə gərginləşməsinə baxmayaraq,  İsrailə silah tədarükünü sürətləndirməyi planlaşdırmır”. Viral.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib . Kirbi xatırladıb ki, Amerika silahlarının İsrail arsenallarına tədarükü 2023-cü ilin oktyabrından “düzgün sürətlə” gedir. “Bu baxımdan heç nə dəyişməyib”, – deyə o bildirib. (redaktor.az)

Ətraflı

Məşhur sovet aktyorunun oğlu narkotik alverinə cəhdə görə həbs edildi

Moskvanın Ostankino Rayon Məhkəməsi narkotik vasitələrin satışına cəhddə təqsirləndirilən Vladimir Soşalskini həbs edib. Viral.az xəbər verir ki, bu barədə Lenta.ru-ya məhkəmənin mətbuat xidmətindən məlumat verilib. Kişi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 228.1-ci maddəsinin 4-cü hissəsinin “d” bəndi (“Narkotik vasitələri, psixotrop maddələri və ya onların analoqlarını qanunsuz olaraq istehsal etməyə, satmağa və…

Ətraflı

“1 Dənə qaldı…” – Hidayətin ailəsinin sevinci

Xəbər verdiyimiz kimi, Azərbaycan cüdoçusu Hidayət Heydərov Paris-2024-də finala vəsiqə qazanıb. Viral.az-ın məlumatına görə, Azərbaycan Cüdo Federasiyası idmançımızın yarımfinaldakı qələbəsinə ailəsinin sevindiyi kadrlarını yayımlayıb. Xatırladaq ki, 73 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimizin finaldakı rəqibi fransalı Joan-Benjamin Qaba olacaq. Həmin görüntüləri təqdim edirik: View this post on Instagram A post shared by Viral.az İnformasiya Portalı (@virallazz_)

Ətraflı

XİN-də COP29-la bağlı müzakirələr 

İyulun 29-da xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnkişaf üzrə Əlaqələndirici Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yeop Son ilə görüşüb.   Nazirlikdən Viral.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və BMT-nin müxtəlif ixtisaslaşmış qurumları arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29)…

Ətraflı

Bakı Təşəbbüs Qrupu heç bir ölkənin daxili işlərinə qarışmır

Təəssüf ki, Fransa bir sıra media orqanları kimi, TF1 telekanalı da Azərbaycana, habelə Bakı Təşəbbüs Qrupuna (BTQ) qarşı qərəzli və qeyri-obyektiv reportaj və məqalələr yayaraq izləyiciləri aldatmaqla məşğuldur. Bu, həm də Fransanın kolonializm siyasətinə haqq qazandırmaq, eləcə də bu ölkədən müstəmləkəçilik siyasətindən əl çəkməyi tələb edən Bakı Təşəbbüs Qrupunun və digər vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətini…

Ətraflı

Hökumətdən jurnalistlərlə bağlı yeni QƏRAR

“Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”na dəyişiklik edilib.   Viral.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.   Dəyişikliklə sənədə yeni bənd əlavə edilib. Yeni bəndə əsasən, akkreditə olunma üçün bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların…

Ətraflı

Aİ ölkələri Ukraynaya “Leopard” tanklarının yeni partiyasını tədarük etdi

Almaniya Danimarka ilə birgə layihə çərçivəsində səkkiz “Leopard 1 A5” tankını Ukraynaya təhvil verib. Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytında məlumat verilib. “Almaniya və Danimarka əlavə səkkiz “Leopard 1 A5″ tankını ehtiyat hissələri ilə təchiz edib”, – məlumatda deyilir. Almaniya hökuməti vurğulayıb ki, yeni tədarükü nəzərə alaraq, Berlin və Kopenhagen bu tipli…

Ətraflı

Ağadadaş Ağayev baltalı davası barədə danışdı: “Üzr istəyirəm”

Xalq artisti Ağadadaş Ağayev “Medera” hospitalının qarşısında baş verən insidentdən sonra ilk dəfə açıqlama verib.   Viral.az xəbər verir ki, sənətçi yutub kanalında hadisənin təfərrüatlarını danışıb.   O, davranışına görə xalqdan üzr istəyib.   Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 22-də paytaxtın Binəqədi rayonunda yerləşən özəl tibb müəssisəsinin (“MedEra” hospitalı) gözətçisi N.Cəlilovla…

Ətraflı

Rövşən Nəcəf FİFA prezidenti ilə görüşdü 

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf Fransanın paytaxtı Paris şəhərinə səfəri çərçivəsində FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb.   Viral.az xəbər verir ki, görüşdə FIFA-nın baş katibi Mattias Qrafström və Avropa üzrə regional direktoru Elxan Məmmədov da iştirak ediblər.   Söhbət zamanı ölkəmizdə futbolun inkişafı üzrə əməkdaşlıq imkanları müzakirə olunub, uşaq və…

Ətraflı

Qızına elçi düşən oğlanın FOTOLARINI efirdə göstərdi – VİDEO

Arb-də yayımlanan “Həmin Zaur” verilişində maraqlı anlar yaşanıb. Viral.az xəbər verir ki, proqramın qonağı olan müğənni Ülviyyə Namazova qızına elçi düşən gənc oğlanın görüntülərini elə canlı efirdəcə göstərib. Qızından xəbərsiz onun fotolarını nümayiş etdirən sənətçi verilişin digər qonağı Pünhan Piriyevdə suallar doğurub. O, Ülviyyənin bu yaşda övladının olmasına təəccübünü gizlətməyib. Sözügedən kadrları təqdim edirik:

Ətraflı

Azərbaycanla münaqişə səhifəsini bağlamaq istəyirik

Azərbaycanla münaqişə səhifəsini bağlamaq istəyirik.   Viral.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Cənubi Kiprdən olan həmkarı ilə birgə mətbuat konfransında bildirib.   O deyib ki, ölkəsinin daha əvvəl Azərbaycana sərhədboyu insidentlərin araşdırılması və silahlanmaya birgə nəzarətlə bağlı göndərdiyi təkliflər qüvvəsində qalır.

Ətraflı