“Kirayədə yaşayıram, qızıllarımı satıb dolanıram” – VİDEO

Əməkdar artist Firuzə İbadova evini satıb.  Viral.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda müğənni “Həftənin qonağı” proqramında deyib. İfaçı bir ildən çoxdur kirayədə yaşadığını söyləyib: “1 il 2 aydır kirayədə qalıram. Pandemiyada evimi satdım. İpotekada idi, hər şey dayandı, ödəyə bilmədim. Xoşluqla şirkətə gəldim, dedim pulunuzu çıxın, mənim haqqımı verin. Düşündüm gedib ona uyğun ev…

Ətraflı

Sinoptiklərdən daha bir XƏBƏRDARLIQ: leysan, şimşək, dolu, sel

Azərbaycanın rayonlarında iyulun 30-31-də, avqustun 01-də əsasən dağlıq və dağətəyi rayonlarda gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar) qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda suluğun artacağı ehtimalı var.

Ətraflı

Emin Əmrullayev bu şəxslərə VƏZİFƏ VERDİ

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nərgiz İsmayılova Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə, Fariz Əhmədov elm və innovasiya məsələləri üzrə prorektor vəzifələrinə təyin olunublar. Bu barədə Viral.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Nərgiz İsmayılova bakalavriat səviyyəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetində, magistratura üzrə isə Niderland Krallığının Maastrixt Universiteti ilə…

Ətraflı

“MEDİA Könüllü”lərinə təşəkkürnamələr təqdim edildi

İyulun 20-22-də “Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumunun təşkilində fəal iştirak edən bir qrup “MEDİA Könüllü”sü təşəkkürnaməyə layiq görülüb. Bu barədə Viral.az-a Medianın İnkişafı Agentliyindən (MEDİA) məlumat verilib. MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov Forumun uğurla keçirilməsində könüllülərin əhəmiyyətli rolu olduğunu deyib. O, Forum müddətində böyük əzm və iradə…

Ətraflı

Daşınmaz əmlakla bağlı portal istifadəyə veriləcək

Daşınmaz əmlakla bağlı vahid elektron portal gələn ilin əvvəlində istifadəyə veriləcək. Viral.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova bildirib. “Portalın layihəsi artıq razılaşdırılmaq üçün hökumətə və aidiyyəti dövlət qurumlarına təqdim edilib. Onlardan müsbət rəy aldıqdan sonra portal…

Ətraflı

Boksçumuz olimpiadada məğlub oldu

Azərbaycanın boksçusu Məhəmməd Abdullayev Paris-2024-də ilk görüşünə çıxıb. Viral.az xəbər verir ki, 92 kq çəki dərəcəsində yarışan təmsilçimiz 1/8 final mərhələsində almaniyalı rəqibi Nelvi Raman Tiafakla qarşılaşıb. Rəqibinə 0:5 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə uduzan Abdullayev Olimpiadada çıxışını başa vurub.

Ətraflı

Hidayət Heydərov ipponla yarımfinala çıxdı

Hidayət Heydərov Olimpiadada 1/4 final görüşünə çıxıb. O, kanadalı Artur Margelidonla qarşılaşıb. İdmançımız bu görüşdə ipponla qalib gəlib. Heydərov bu mərhələdə Akil Qyakova (Kosovo) ilə qarşılaşacaq.  *** 14:03 Azərbaycan cüdoçusu Hidayət Heydərov Paris Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb. Viral.az xəbər verir ki, o, 1/8 finalda israilli Tohar Butbulla üz-üzə gəlib.  H.Heydərov rəqibini məğlub edərək 1/4…

Ətraflı

Sabah çimərliklərdə hava belə olacaq

İyulun 30-da Abşeron çimərliklərində cənub-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, dəniz suyunun temperaturu isə şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti olacaq. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26° isti hava şəraiti qeydə alınacaq.

Ətraflı

AŞPA-ya parlament seçkilərini müşahidə etmək üçün dəvət göndərilməyib

Azərbaycanda 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün dəvət göndərilən beynəlxalq qurumlar siyahısında Avropa Şurası Parlament Assambleyası yoxdur. Viral.az xəbər verir ki, bunu APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib. O qeyd edib ki, Xarici İşlər Nazirliyi 7 beynəlxalq təşkilatı dəvət edib: “ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Müstəqil Dövlətlər…

Ətraflı

Bu siqaretlər 2 manat BAHALAŞACAQ

“Məlum olduğu kimi, ölkədə siqarlar və siqaretlər üçün aksiz dərəcəsi artırılıb. Aksiz dərəcələrinin qaldırılması qiyməti artıran amildir. Sözsüz ki, qiymət artımı olacaq. Lakin siqaret məhsullarında vergi min ədədə hesablandığından hər ədədə düşən artım da cüzi olur. Buna görə də, siqaretшт qiymətində ciddi artım gözlənilirmir. Lakin elektron siqaretlərdə aksiz vergisi 25 qəpikdən 2 manata yüksəldilib ki,…

Ətraflı

Baş Prokurorluğun üç yüksək vəzifəli əməkdaşı işdən ÇIXARILDI

Baş Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış üç əməkdaşı təqaüdə göndərilib. Baş Prokurorluqdan Viral.az-a verilən məlumata görə, qurumun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Maqsudov Rövşən Abid oğlu, Baş Prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin Məxfiçilik üzrə xidmətinin rəhbəri – böyük prokuror Əliyev Akif…

Ətraflı

Azərbaycanda dekan müavini tikintidə yıxılaraq faciəvi şəkildə öldü

AzMİU-nun müəllimi F.Quliyev faciəvi şəkildə dünyasını dəyişib. Viral.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsinin dekan müavini Fövzü Quliyev tikintisi davam edən iaşə obyektinin damından yıxılaraq faciəvi şəkildə dünyasını dəyişib. Hadisə F.Quliyev Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin Müayinə qrupunun aparıcı mütəxəssisi olaraq…

Ətraflı

Prezident bu fondun gəlir və xərclərini ARTIRDI

İcbari tibbi sığorta fondunun builki büdcəsinin gəlir və xərcləri artırılıb. Viral.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2427 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmanla icbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri 2 811 428…

Ətraflı

İlham Əliyev fərman İMZALADI

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti haqqında Əsasnamə təsdiq edilib. Viral.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. Əsasnamə Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Prezidentin 2023-cü il 17 noyabr…

Ətraflı

İlon Maskdan Kamala Harrislə bağlı ilginc PAYLAŞIM

“ABŞ-ın vitse-prezidenti Kamala Harrisin müdafiə etdiyi fəlsəfə bəşəriyyətin məhv edilməsini nəzərdə tutur”. Viral.az xəbər verir ki, bu barədə amerikalı sahibkar, multimilyarder İlon Mask “X” sosial şəbəkəsində yazıb. Mask Harrisin ötən ilin sentyabrında Pensilvaniya ştatında keçirilən tədbirdə açıqlamasını şərh edib. Vitse-prezident gənc ABŞ vətəndaşlarının iqlim dəyişikliyi ilə bağlı narahatlıqlarından danışıb. O qeyd edib ki, bu qlobal problem…

Ətraflı

Zahid Orucun namizədliyi rəsmən qeydə alındı

1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyini 33 saylı Xətai 1-ci seçki dairəsindən irəli sürən Zahid Orucun namizədliyi rəsmən qeydə alındı. Dairə Seçki Komissiyasının 28 iyul tarixli iclasında səlahiyyətli nümayəndələrin və müşahidəçilərin iştirakı ilə təqdim olunan 500 imzanın yoxlanılması şəffaf qaydada, hər bir iştirakçının şahidliyi və qanuni tələbləri izləyə bilməsi şəraitində…

Ətraflı

Kəmaləddin Heydərov məşhur polkovniki işdən çıxardı

Fövqəladə Hallar Nazirliyində (FHN) növbəti kadr dəyişikliyi baş tutub.  Viral.az xəbər verir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib.  Qeyd edək ki, Rza Xudiyev Fövqəladə Hallar Nazirliyinin məşhur polkovniklərindən biridir…

Ətraflı

İlham Əliyev Maduronu təbrik etdi

Prezident İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Morosa təbrik məktubu ünvanlayıb. Viral.az xəbər verir ki, məktub mətnində deyilir: “Hörmətli cənab Prezident, Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan-Venesuela münasibətlərinin dinamik inkişafı məmnunluq doğurur. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq əlaqələrinin, həm ikitərəfli, həm də…

Ətraflı