Prezident bu fondun gəlir və xərclərini ARTIRDI

İcbari tibbi sığorta fondunun builki büdcəsinin gəlir və xərcləri artırılıb.

Viral.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2427 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla icbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri 2 811 428 292,00 manatdan 2 850 308 292,00 manata qaldırılıb.

Son Yazılar: