Oğuzda sirkə turşusundan zəhərlənən 56 yaşlı qadın xəstəxanada ölüb.
Viral.az xəbər verir ki, bu gün günorta saatlarında rayonun Bucaq kənd sakini, 1968-ci il təvəllüdlü Leyla Osman qızı Musayeva ağır zəhərlənmə əlamətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Yardım Şöbəsinə daxil olub.
Müayinə zamanı L. Musayevanın sirkə turşusundan zəhərləndiyi məlum olub. L. Musayeva axşam saatlarında xəstəxananın Reanimasiya şöbəsində həyatını itirib.
Son Yazılar:
- Növbəti il fantastik olacaq – Orban
- Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
- ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə RAZILAŞDI
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır