“Hizbullah” liderini öldürmək əmri ABŞ-dən verilib

İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahı öldürmək əmri ABŞ-dan verilib və Vaşinqton bunun məsuliyyətindən qaça bilməyəcək. Viral.az xəbər verir ki, bu barədə dövlət başçısı İslam Respublikasının dövlət televizisiyasının efirində söyləyib. “Dünya unutmamalıdır ki, əmr ABŞ-dan verilib. Amerikalılar heç vaxt məsuliyyətdən qaça bilməyəcəklər”, – o vurğulayıb. Xatırladaq ki, daha…

Ətraflı

"Qarabağ"ın futbolçusu ilk pillədədir

Avropa Liqasının Liqa mərhələsinin ilk turundan sonra statistik göstəricilər açıqlanıb. “Qarabağ”ın oyunçusu Yassin Benziya ilk pillədə qərarlaşıb. Viral.az xəbər verir ki, Yassin Benziya ən çox küncdən zərbə yerinə yetirən futbolçu olub. Belə ki, o, 7 dəfə kornerə yaxınlaşıb. Qeyd edək ki, “Mançester Yunayted”dən Kristian Eriksen də 7 dəfə künc zərbəsi yerinə yetirib. O, siyahıda ikinci…

Ətraflı

Üzeyir Mehdizadənin atası görün kim imiş

İfaçı Üzeyir Mehdizadə 1990-cı ildə Bakının Suraxanı rayonunda anadan anadan olub. 2004-cü ildə orta təhsilini Milli Konservatoriya nəzdindəki Musiqi kollecində davam etdirib və elə burada Aqşin Fateh ilə tanış olub. Viral.az xəbər verir ki, onun istedadını və qabiliyyətini görən Aqşin Fateh Üzeyiri hazırlaşdırıb. 13-14 yaşlarından Üzeyir artıq meyxana deməyə başlayıb. Üzeyir bu gün də Azərbaycanda…

Ətraflı

“Əvvəlcə smartfon sönür, sonra isə…”

Yeni dələduzluq növü peyda olub. Viral.az  konkret.az-a istinadla xəbər verir ki, bu barədə texnonloger Fərid Pərdəşünas məlumat verib. O bildirib ki, son dərəcə təhlükəli kiber müdaxilə var: “Vətəndaşların smartfonlarına daxil olaraq, bank hesablarından pulların çəkilməsi ilə bağlı şikayətlər artır. Araşdırma və ilkin dəyərləndirmələrim göstərir ki, bu hücum növü ilə birbaşa smartfona müdaxilə olunur. Bu dələduzluq…

Ətraflı

Boşanma zamanı 8 yaşdan yuxarı oğlan uşaqları analarından alınacaqlar

Rusiya Dövlət Dumasının deputatı Dmitri Kuznetsov Rusiyanın ailə qanunvericiliyinə dəyişikliklər etmək təşəbbüsü ilə çıxış edib. Parlamentarinin təklifinə görə, valideynlərin boşanması zamanı 8 yaşdan yuxarı oğlanlar atalarına verilməlidirlər. Viral.az xəbər verir ki, Kuznetsov bu yeniliyi rus ənənələrinə uyğun adlandırıb və bildirib ki, əvvəllər oğlanlar sonrakı tərbiyə üçün atanın himayəsinə verilirdilər. “Oğlanları kişilər tərbiyə etməlidirlər”, – deyə…

Ətraflı

“Zevs”in qardaşı saxlanıldı –  FOTO

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib. Viral.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, son aylar ölkənin virtual məkanında, xüsusən sosial şəbəkələrdə onlayn piramida dələduzluq sxemi əsasında yatırım saytı adı altında fəaliyyət göstərən “farmaniya.com” platformasında vətəndaşların pul vəsaitlərinin ələ keçirildiyi barədə DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə…

Ətraflı

Naxçıvan Ali Məclisi bu tarixdə işə başlayır

Sentyabrın 30-da VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının ilk iclası keçiriləcək. Viral.az xəbər verir ki, payız sessiyasının ilk iclasında Ali Məclisin payız sessiyası üçün qanunvericilik işləri planının təsdiq edilməsi, İntizam komissiyası və komitələrin tərkibinin formalaşdırılması nəzərdə tutulur.

Ətraflı

Qırğızıstanda Azərbaycanın turizm potensialı təbliğ olundu

Sentyabrın 27-28-də Qırğızıstanın Oş şəhərində təşkil edilmiş 8-ci “Cənub-Ekspo 2024” və 4-cü “Qırğızıstan – Böyük İpək Yolunda” adlı beynəlxalq turist sərgi və yarmarkalarında Azərbaycan təmsil olunub. Dövlət Turizm Agentliyindən Viral.az-a bildirilib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təmsilçiliyi ilə keçirilən sərgi və yarmarkalarda Azərbaycanın milli stendində mövcud turizm potensialımız təbliğ edilib. Həmçinin sərgi çərçivəsində baş tutan…

Ətraflı

Bakıda obyektdə baş verən yanğın nəzarətə götürüldü

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Bu barədə Viral.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın…

Ətraflı

Daha altı Azərbaycan vətəndaşı Suriyadan ölkəmizə gətirildi

Sentyabrın 18-də Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan, dördü uşaq, biri kişi, biri isə qadın olmaqla altı Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib. Viral.az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri həmin repatriantlarla görüşərək hüquqlarının təmini vəziyyətini araşdırıblar. Repatriantlarla görüş zamanı onların ümumi vəziyyəti…

Ətraflı

Azərbaycanlı futbolçu oynadı, komandası uduzdu

Albaniya çempionatında 7-ci turun oyunları keçirilib.  Viral.az xəbər verir ki, “Egnatia” ən yaxın izləyicisi “Partizani”ni qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycanlı futbolçu Zamiq Əliyev qarşılaşmanın iştirakçısı olub. Müdafiəçi 90 dəqiqəni  əvəzlənmədən keçirib. Oyunçu görüşün 56-cı dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. Qeyd edək ki, Zamiq Əliyev bu mövsüm Albaniya çempionatında 6…

Ətraflı

Bakıda 200 metrlik avtobus zolağı ləğv edildi

Bakıda, Azadlıq prospektinin Məmməd Araz küçəsi ilə kəsişməsində avtobus zolağı ləğv olunub. Viral.az xəbər verir ki, bu barədə yoldan istifadə edən sürücülərdən biri Baku.ws-in “qaynar xətti”nə müraciət edib. Hazırda əksər sürücülər zolağın ləğv edildiyindən xəbərsiz olduqları üçün sağ zolağı boş saxlayaraq yalnız sol zolaqlardan istifadə edirlər. Bu, yolun buraxıcılıq qabiliyyətinə mənfi təsir edir və müəyyən…

Ətraflı

Əli Xamenei təhlükəsiz əraziyə təxliyə EDİLDİ

İranın ali dini lideri Əli Xamenei gücləndirilmiş təhlükəsizlik tədbirlərinin görüldüyü əraziyə köçürülüb. Viral.az xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb. Məlumata görə, təxliyə əməliyyatı “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın öldürülməsi ilə bağlı xəbərlər fonunda həyata keçirilib. Bundan əvvəl İsrail ordusu “Hizbullah” liderinin öldürülməsi ilə bağlı yayılan informasiyanın doğru olduğu barədə açıqlama yayıb.

Ətraflı

Dövlət sərhədini pozmağa cəhd göstərənlər SAXLANILDI

“Şəmkir”, “Xudat” və “Zaqatala” sərhəd dəstələrinin xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər sərhəd pozucusu saxlanılıb. Viral.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, sentyabr ayının 24-də saat 09:30-da “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində 1 Əlcəzair vətəndaşı – 2002-ci il təvəllüdlü Abdulkader Ben Bahi, sentyabr…

Ətraflı

Xamneyi təhlükəsiz əraziyə təxliyə EDİLDİ

İranın ali dini lideri Ali Xamneyi gücləndirilmiş təhlükəsizlik tədbirlərinin görüldüyü əraziyə köçürülüb. Viral.az xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb. Məlumata görə, təxliyə əməliyyatı “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın öldürülməsi ilə bağlı xəbərlər fonunda həyata keçirilib. Bundan əvvəl İsrail ordusu “Hizbullah” liderinin öldürülməsi ilə bağlı yayılan informasiyanın doğru olduğu barədə açıqlama yayıb.

Ətraflı

Azərbaycanda torpağın məqsədli təyinatının dəyişdirilməsi üçün əsaslar müəyyənləşdi

Azərbaycanda torpaqların məqsədli təyinatının dəyişdirilməsi üçün 2 əsas müəyyən edilib. Viral.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”da öz əksini tapıb. Həmin əsaslar aşağıdakılardır: – ərazi planlaşdırılması ilə bağlı hallar; – torpaqların münbitlik göstəriciləri, əkinəyararlılıq vəziyyəti, meliorasiya və irriqasiya sistemlərinin mövcudluğu nəzərə alınmaqla…

Ətraflı