Rusiya Silahlı Qüvvələri Moskvaya pilotsuz uçuş aparatları (PUA) ilə hücum cəhdinə cavab olaraq, Kiyevdəki hədəflərə genişmiqyaslı zərbələr endirib.
Viral.az musavat.com-a istinadən xəbər verir ki, əməliyyat çərçivəsində əvvəlcə Rusiya PUA-ları Ukraynanın hava hücumundan müdafiə sistemlərini yükləyib, daha sonra “X-101” qanadlı raketləri və “İskəndər” ballistik raketləri istifadə edilib.
Kiyev şəhər hərbi administrasiyasının məlumatına görə, dronlar paytaxta müxtəlif istiqamətlərdən və hündürlüklərdən dalğalar şəklində hücum ediblər.
Son Yazılar:
- Bu tarixdən minimum əmək haqları və pensiyalar ARTIRILACAQ
- Banka borcu olanları SEVİNDİRƏCƏK XƏBƏR
- Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi BAŞLADI
Ukrayna hava hücumundan müdafiə qüvvələri 30-dan çox Rusiya PUA-sını zərərsizləşdirdiklərini bildiriblər.