Suriya BRİKS-ə qoşulmaq üçün müraciət edib?

BRİKS-ə qoşulmaq üçün “yazılı müraciət etmişik” sözləri rəsmi tərcümə prosesində yanlış səslənib. Viral.az Axar.az-a istinadən xəbər verir ki, bunu Suriyanın Rusiyadakı səfiri Bəşər Cəfəri deyib. “Suriya hələ də BRİKS-ə qoşulmaq üçün ciddi danışıqlar aparır”, – o bildirib. Qeyd edək ki, bundan əvvəl Suriyanın təşkilata üzv olmaq üçün yazılı müraciət göndərdiyi ilə bağlı məlumat yayılmışdı.

Ətraflı

İsrail Hizbullahın qərargahını və hərbi obyektlərini VURDU

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrut ərazisində Hizbullah qərargahı və hərbi obyektlərinə yeni hücumlar həyata keçirib. Viral.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. “İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrut ərazisində Hizbullahın komandanlıq mərkəzlərinə və terror infrastrukturuna dəqiq zərbələr endiriblər”, – deyə ordunun bəyanatında bildirilib. Qeyd edək ki, bu gün…

Ətraflı

“Səbail” “Şamaxı”nı məğlub ETDİ

Azərbaycan Premyer Liqasında “Səbail” “Şamaxı”nı məğlub edib. Viral.az xəbər verir ki, IX turun növbəti oyununda paytaxt təmsilçisi 2:0 hesablı qələbəyə sevinib. Qarşılaşmada ilk qolu qolu 27-ci dəqiqədə Qorka Laruçça rəqib qapsısından keçirib. 68-ci dəqiqədə isə Madi Queta yekun hesabı müəyyənləşdirib. Bu qələbə sayəsinsə xallarının sayını 7-yə çatdıran “Səbail” turnir cədvəlində 7-ci pilləyə yüksəlib. “Şamaxı” isə…

Ətraflı

Ukrayna ordusunun vəziyyəti pisləşdi

Donbasın Selidovo şəhəri ərazisində Ukrayna qüvvələri üçün cəbhə xəttində vəziyyət pisləşib. Viral.az xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyasının 15-ci əməliyyat briqadasının mətbuat xidmətinin rəhbəri Vitali Milovidov bildirib. “İndi biz Rusiya qüvvələrinin Selidovo şəhərinin cənubuna və şimalına doğru irəliləyərək bölmələrimizin mühasirəyə alınmasına şərait yaratmaq cəhdini görürük”, – o deyib.

Ətraflı

Məşhur cizgi film yaradıcısı öldü

“Soyuzmultfilm” kinostudiyasının keçmiş baş redaktoru Tatyana Paporova 82 yaşında vəfat edib. Viral.az xəbər verir ki, məlumatı kinostudiyanın mətbuat xidməti verib. Bildirək ki, Paporova ömrünün 40 ilindən çoxunu “Soyuzmultfilm”də işləyib. 2006-cı ildən isə studiyanın baş redaktoru vəzifəsində çalışıb. O, özü cizgi filmləri üçün ssenarilər yazıb, həmçinin “Çeburaşka”, “Bir, dayan!(Nu,poqodi!), “Bremen musiqiçiləri” kimi məşhur cizgi filmlərinin yaradılmasına rəhbərlik…

Ətraflı

Şaurmanın içərisindən bolt çıxdı – FOTO

“Şaurma N1” restoranlar şəbəkəsinin Nizami filialında xoşagəlməz hal yaşanıb. Belə ki, restoranlar şəbəkəsinin əsas yeməyi olan şaurmanın içərisindən bolt çıxıb. Viral.az xəbər verir ki, bu barədə Oxu.az-a şikayətçi Müşfiq İbrahimov yazıb. “Mən Polşada Azərbaycan Evinin layihələrinin idarəolunması üzrə rəhbəriyəm. Bakıya gəzməyə gəlmişəm. Dünən axşamüstü nişanlımla sözügedən restoranlar şəbəkəsinin Nizami küçəsindəki filialında əyləşdik. Göbələk şorbası, lahmacun…

Ətraflı

5 marşrutun hərəkət istiqaməti dəyişdirildi

Bu gündən etibarən Bakının Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyli küçəsinə qədər) təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Viral.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. Məhdudiyyətlə bağlı 21, 30, 32, 49 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Puşkin küçəsi ilə təşkil ediləcək….

Ətraflı

Bu ərazilərdə güclü külək əsəcək

Oktyabrın 6-7-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Viral.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sarı xəbərdarlığa uyğun olaraq Şabran, Xızı, Siyəzən, Xaçmaz, Altıağac, Qobustan, Neftçala, Cəlilabadda fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Ətraflı

Harrisin yoldaşı ən nüfuzlu yəhudilərdəndir

ABŞ-da prezidentliyə namizəd Kamala Harrisin əri Duqlas Emhoff dünyanın ən nüfuzlu yəhudiləri siyahısına başçılıq edir. Viral.az xəbər verir ki, məlumatı “Yerusalim Post” nəşri yazıb. Bildirilib ki, D.Emhoff dünyanın ən nüfuzlu 50 yəhudisinin reytinqində liderdir: “O, noyabrın 4-də keçiriləcək prezident seçkilərində Harrisin qalib gələcəyi təqdirdə ABŞ-ın ilk centlmeni olmaq imkanına görə siyahıda birinci yerdədir”, – nəşr yazıb.

Ətraflı

Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət VERDİ

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib. Viral.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli…

Ətraflı

Livandan Suriyaya 200 mindən çox qaçqın gedib

Sentyabrın 23-də İsrailin hücuma başlamasından bəri 200 mindən çox Suriya və Livan vətəndaşı Suriyaya gedib.  Viral.az xəbər verir ki, bu barədə BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi sosial şəbəkədə yazıb. “İsrailin bombardmanları nəticəsində 200 mindən çox Suriya və Livan vətəndaşı Suriya ilə sərhədi keçərək Livanı tərk edib”, – o qeyd edib. Livan hökumətinin son məlumatlarına…

Ətraflı

Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak ETDİ

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib. Viral.az xəbər verir ki, oktyabrın 4-də Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 55-ci iclası keçirilib. İclasdaAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev tədbirdə iştirak edib. Öncə nümayəndə heyətlərinin rəhbərləri Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən…

Ətraflı

Baş Qərargah rəisi vəzifəli şəxsləri topladı

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam, Qarnizon və Qaravul Xidmətləri, Daxili Xidmət nizamnamələrinin layihələrinin hazırlanması məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən yaradılan işçi qrupunun görüşü keçirilib. Viral.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim…

Ətraflı

Bu tələbələrə Prezident təqaüdü veriləcək

2024–2025-ci tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək. Viral.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, 2024–2025-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərən və Azərbaycanın ali məktəblərinə daxil olmuş aşağıdakı tələbələrə Prezident təqaüdü veriləcək: Abbaslı Səma Hüseyn qızı Abbasov Orxan…

Ətraflı

Millimiz gümüş medal qazandı

Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən Vladimir Litvintsev Qazaxıstanın Astana şəhərində keçirilən “Denis Ten Memorial Challenge” turnirində qüvvəsini sınayıb. Viral.az xəbər verir ki, o, qısa və sərbəst proqram üzrə çıxış edib. V.Litvintsev 246.00 xal toplayaraq, yekun nəticədə 12 idmançı arasında 2-ci yeri tutub və gümüş medala sahib çıxıb.

Ətraflı

Hizbullahın yeni lideri də öldürüldü

İsrail aviasiyasının Livanın paytaxtı Beyruta endirdiyi zərbə nəticəsində Həsən Nəsrullahın ölümündən sonra Hizbullahın baş katibi olmağa əsas namizəd kimi göstərilən Haşim Səfiuddin həyatını itirib. Viral.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyə” telekanalı məlumat yayıb. Qeyd olunur ki, aviazərbə nəticəsində Haşim Səfiuddinlə birlikdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir neçə zabiti də həlak olub. Xatırladaq…

Ətraflı

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Viral.az fərmanın mətnini təqdim edir: “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan…

Ətraflı

Bu şirkətdən sərnişinlərə QADAĞA

“Emirates” aviaşirkəti sərnişinlərə peycer və radio aparatlarını təyyarəyə götürməyi və ya baqaja təhvil verməyi qadağan edib. Viral.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir. “Dubaya, Dubaydan və ya Dubay üzərindən reyslərlə səyahət edən bütün sərnişinlərə əl yükü və ya baqajda peycer və radio aparatları daşımaq qadağan edilir. Əl baqajında və ya baqajda aşkarlanan bu cür…

Ətraflı

7 evdən oğurluq edən şəxs SAXLANILDI

Xəzər rayonu Binə qəsəbəsində yerləşən evlərin birindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən 1989-cu il təvəllüdlü Tural Səlimov saxlanılıb. Araşdırma zamanı onun Binə qəsəbəsində ümumilikdə 7 evdən pul və qızıl oğurladığı müəyyən edilib….

Ətraflı

Kənan MM təcili xəstəxanaya YERLƏŞDİRİLDİ

Rejissor, ssenarist və aktyor Kənan Mahmudovun başına iş gəlib. Viral.az olay-a istinadən bildirir ki, buna səbəb sənətçinin ehtiyatsızlıq nəticəsində idman zalında məşq edərkən ağır çəkili qantelin ayağına düşərək sümüyünü çatlatması olub. Bununla bağlı Kənan xəstəxanadan instaqram səhifəsində videoaçıqlama yayıb. Mahmudov bildirib ki, baş verən hadisəyə görə o, rol aldığı “Günahsız günahkar” serialının çəkilişlərindən 2 həftə uzaq…

Ətraflı