Makron Fransa baş nazirinin istefasını qəbul etdi
Fransa prezidenti Emmanuel Makron Fransanın baş naziri Qabriel Attalın istefasını qəbul edib. Viral.az xəbər verir ki, bu barədə “BFMTV” Yelisey Sarayına istinadən məlumat verib. “Attal hökumət üzvləri ilə birlikdə yeni hökumətin təyinatından əvvəl cari məsələlərin həllini təmin edəcək”, – materialda qeyd olunur. (redaktor.az)