Azərbaycanın ehtiyat fondlarından I yarımildə 58 milyon manat ayrılıb

Bu ilin I yarısında Azərbaycanın ehtiyat fondlarından 57,7 milyon manat vəsait ayrılıb.

 

Viral.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Son Yazılar:

 

Məlumata görə, yanvar-iyun aylarında ölkə Prezidentinin ehtiyat fondundan ayrılmış 27,2 milyon manat vəsaitin 25,2 milyon manatını müvafiq qurumlar sifariş sənədləri təqdim edilməklə maliyyələşdirib. Həmin vəsait Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmirinə, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyinin göstərilməsinə, dini qurumlara maliyyə yardımının göstərilməsinə və digər tədbirlərin icrasına sərf olunub.

 

Bundan başqa, Nazirlər Kabinetinin sərəncamlarına əsasən dövlət büdcəsinin ehtiyat fondundan ayrılmış 30,5 milyon manat vəsaitin 11,4 milyon manatını müvafiq qurumlar sifariş sənədləri təqdim edilməklə maliyyələşdirib. Həmin vəsait gələn il 13 aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək “Osaka, Kansai Ekspo 2025” Ümumdünya Sərgisində Azərbaycanın təmsil olunması ilə bağlı milli pavilyonun qurulması üçün tikinti işlərinin başlanılması tədbirlərinə, Bərdə, Goranboy və Masallı şəhərlərində yaşayış binalarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin Ağdam rayonunun Quzanlı qəsəbəsində mina əleyhinə xüsusi təyinatlı alayının tikintisinə, mühüm strateji obyektlərin etibarlı elektrik enerjisi İlə təmin olunmasına və digər tədbirlərin icrasına yönəldilib.