Gəncədə evdən meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Viral.az nazirliyə istinadla xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Ətraflı

Göz rəngi dəyişikliyi vəsiqə üçün problem yaradacaq?

Son zamanlar cəmiyyətdə göz rənginin əməliyyat yolu ilə dəyişdirilməsi mövzusu geniş müzakirələrə səbəb olub. Viral.az xəbər verir ki, bəzi vətəndaşlar bu dəyişikliyin şəxsiyyət vəsiqəsi alarkən problem yarada biləcəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər. “Adi halda şəxsiyyət vəsiqəsi alanda gözümüzdəki eynəyi və ya linzanı çıxarmaq tələb olunur, bəs göz rəngini dəyişmək şəxsiyyət vəsiqəsi almağa problem yarada…

Ətraflı

Azərbaycanın istehsal etdiyi “Turan” avtomatı

Azərbaycanın istehsal etdiyi, şərti adı “Turan 1” olan silah ilk dəfə “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilir. Viral.az xəbər verir ki, bununla bağlı “Azərtac”a “Ush Security” şirkətinin nümayəndələri məlumat veriblər. Bildirilib ki, silah yerli mühəndislər tərəfindən hazırlanıb və 2024-cü ildə istehsal olunub. Çəkisi 3 kiloqram 600 qram olan silahın vuruş məsafəsi 1000 metr, daraq…

Ətraflı

Qarabağ Universitetinin loqosu – FOTO

Qarabağ Universitetinin loqosu təqdim edilib. Universitetdən Viral.az-a bildirilib ki, loqo ilk baxışda güc simvolu hesab edilən qalxanı xatırladır. K və U hərfləri universitetin ingilis dilində adını, bu hərflərin birləşməsindən formalaşan yuxarı yönəlmiş ox isə universitetin daimi inkişafını ifadə edir. Loqonun ideya müəllifi Abdulxaliq Məmmədlidir.

Ətraflı

Azərbaycan yeni nəsil PUA-lar istehsal ETDİ

Azərbaycan yeni nəsil PUA-lar istehsal edib. Viral.az xəbər verir ki, PUA-lar Bakıda keçirilən “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində ilk dəfə nümayiş etdirilib. Sərgidə nüçayiş olunan PUA-lar arasında “DT-001”, “DT-101 VTOL”, “F-1500”, “F-5000E”, “AD-G4”, “MT-100” yeni nəsil avadanlıqları qeyd etmək lazımdır. Sərgidə qeyd olunub ki, istehsalın 90%-i yerli texnologiyalar hesabına həyata keçirilib. Yerli istehsalçı şirkətin nümayəndəsi…

Ətraflı

Azərbaycanda minaaxtaran çəkmələr istehsal OLUNDU

Azərbaycanda ilk dəfə olaraq minaaxtaran çəkmələr istehsal olunub. Viral.az apa.az-a istinadla xəbər verir ki, bu barədə ölkəmizdə keçrilən V ADEX-2024 sərgisində məlumat verilib. Bildirilib ki, həmin çəkmələr öz funksiyalarını asan daşınan idarəetmə bloku və alt hissəyə yerləşdirilmiş sensorlar vasitəsilə yerinə yetirir. Mina aşkar olunduqda cihaz bu barədə siqnalı istəyə bağlı olaraq dinamikə və ya qulaqcığa ötürür….

Ətraflı

Bərdədə canavar atı yaralayıb, balasını PARÇALADI

Bərdədə canavar heyvandarlıq təsərrüfatına hücum edib. Viral.az apa.az-a istinadla verir ki, hadisə rayonun Mirzəxanlı kəndində qeydə alınıb. Gecə saatlarında Malik Əsgərovun təsərrüfatına hücum edən yırtıcı bir baş at balasını parçalayıb, bir baş atı isə yaralayıb. Bundan sonra qoyun sürüsünə hücum edən canavar təsərrüfat sahibləri tərəfindən uzaqlaşdırılıb.

Ətraflı

Toy mərasimlərində faciələrə səbəb olurlar

Toy mərasimləri zamanı avtonəqliyyat vasitələri ilə törədilən kobud qayda pozuntuları faciələrə səbəb olur. Bu barədə Viral.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Bildirilib ki, dəfələrlə toy mərasimləri zamanı avtonəqliyyat vasitələri ilə törədilən kobud qayda pozuntularının doğurduğu acı faciələr, məhv olan gənc talelər haqda məlumat verilməsinə baxmayaraq, hələ də bu qəbildən olan hadisələrlə rast…

Ətraflı

Qubada bələdiyyə sədri CƏRİMƏLƏNDİ

Qubada ətraf mühitin çirkləndirilməsinə qarşı tədbir keçirilib. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Viral.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin, eləcə də ETSN-nin 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində birgə nəzarət-profilaktiki tədbir keçiriblər. Keçirilən tədbir zamanı məişət tullantılarını urnalardan kənara atılmasına, ərazidə antisanitar vəziyyət yaradılmasına…

Ətraflı

Anam atama dedi ki, qız donur, hava soyuqdur, şalvar geyinsin

Aparıcı Aytən Səfərova aparıcısı olduğu “Xəbər ertəsi” verilişində açıqlaması ilə diqqət çəkib. Viral.az xəbər verir ki, Aytən Səfərova atasının qadağasından danışıb. “Mənim atam şalvar geyinməyə icazə vermirdi. Deyirdi ki, qızlara şalvar geyinmək olmaz. Mən isə bir gün qısa ətək geyindim. Atam isə səhər yeməyi yeyirdi və televiziyada xəbərlər proqramını izləyirdi. Mən isə o tərəf, bu…

Ətraflı

10-a yaxın vəkil Kollegiyadan çıxarılır

Azərbaycanda 10-a yaxın vəkil qanun pozuntusuna görə Vəkillər Kollegiyası üzvlüyündən xaric edilə bilər. Viral.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, artıq sözügedən hüquqşünasların vəkillik fəaliyyəti dayandırılıb. Onların Vəkillər Kollegiyası üzvlüyündən çıxarılması üçün məhkəməyə müraciət edilməsi qərara alınıb. Həmin vəkillərin siyahısı məhkəmələrə göndərilib. Sənəddə adları qeyd edilən vəkillərdən ikisi qadındır.  Onların bəziləri barədə cinayət işi başlanılıb, istintaq…

Ətraflı

Bakının bu küçəsində ikitərəfli velosiped zolağı salındı

Zərifə Əliyeva küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində 2 hərəkət zolağı saxlanılaraq, ikitərəfli velosiped zolağı təşkil edilib. Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, küçənin sağ tərəfində mövcud parklanma yerləri saxlanılıb. Eyni zamanda velosiped zolaqları təşkil edilən hissələrdə ciblər olan yerlərdə də…

Ətraflı

“Azəristiliktəchizat”a yeni səlahiyyət verildi

Azərbaycanda qeyri-əhali istehlakçılarının istilik təchizatı xidmətinin tarifləri dövlət tənzimlənməsindən çıxarılıb, bu səlahiyyət “Azəristiliktəchizat” ASC-ə həvalə olunub. Viral.az Tarif (qiymət) Şurasına istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 2024-cü il 3 aprel tarixli qərarı ilə istilik təchizatı xidmətlərinin qiymətlərini tənzimləyən qurumlar müəyyənləşdirilib. Bununla əlaqədar, Nazirlər Kabinetinin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında və “İstilik…

Ətraflı

6 məktəb direktoru işdən ÇIXARILDI

Naxçıvan Muxtar Respublikasında 6 tam orta məktəbin direktoru vəzifəsindən azad olunub. Viral.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov əmr imzalayıb. Əmrə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərdə deputat seçilən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin direktoru Əli Abbasov, Şərur rayon Çomaxtur kənd tam orta məktəbin direktoru Pərvin Nəcəfsoy, Şərur…

Ətraflı

ABŞ-də üçtərəfli görüş keçiriləcək

Nyu-Yorkda sentyabrın 26-da ABŞ-nin Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək. Bu barədə Viral.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib. “Nyu-Yorkda sentyabrın 26-da ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər…

Ətraflı

Bu müəllimlər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Ötən günlərdə Azərbaycan Tibb Universitetinin müəlimi Nazxanım Nəzirbəyin təhsil ocağının tələbələrinin fotosunu çəkməsi və üstəlik bunu sosial şəbəkədə paylaşaraq “bu geyimdə dərsə gələnlər dərsimə buraxılmır. Dekoltelər, yarım qarış “yubka”larınızı gecə klublarında geyinin” deməsi müzakirələrə səbəb olub.  Bunu bir növ kiberbullinq də adlandırmaq olar. Bəs bu kimi halların qanunla cəzası nədir? Viral.az xəbər verir ki, mövzu…

Ətraflı

Tarif Şurası dərman qiymətləri ilə bağlı qərar VERDİ

Tarif (qiymət) Şurasının 25 sentyabr 2024-cü il tarixində növbəti iclası keçirilib və müvafiq qərarlar qəbul edilib. Viral.az Tarif Şurasına istinadən xəbər verir ki, yeni dövlət qeydiyyatına alınan 156 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 50 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 24 dərman vasitəsinin qiymətinin yuxarı həddində…

Ətraflı

Dövlət sərhədini pozmağa cəhd edənlər saxlanıldı

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb. Bu barədə Viral.az-a DSX-dən məlumat verilib. Bildirilib ki, sentyabr ayının 21-də saat 15:17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları 2002-ci il təvəllüdlü Mədəvi Muhəmmədxəlil Cavad, 2003-cü il təvəllüdlü Məhəmmədi Əlirza…

Ətraflı

Cəbrayıla ilk köç bu tarixdə OLACAQ

Sentyabrın 26-da Cəbrayıl şəhərinə ilk köç olacaq. Viral.az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşan insanlar doğma yurda yola salınacaq. Qeyd edək ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabrın 4-də şəhər işğalda azad edilib.

Ətraflı