Şagird müəllimi DÖYDÜ

Yekaterinburqda məktəbli dərs zamanı şaurma yediyinə görə ona irad tutan müəllimi vurub. Viral.az “glavny.tv”yə istinadla xəbər verir ki, insident dərs zamanı yeniyetmənin şaurma yediyi zaman baş verib. Müəllim şagirdi danlayanda o, onun ünvanına söyüş söyüb və dəftərlə üzünə vurub. Hadisə anı tələbələrdən biri tərəfindən mobil telefonla lentə alınıb. Məktəblinin sinif yoldaşlarından heç kəs müəllimə dəstək olmayıb.

Ətraflı

Yüksək vəzifə verilən Sevinc Həsənova kimdir?

Xəbər verdiyimiz kimi, Sevinc Həsənova Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edilib. Viral.az xəbər verir ki, Sevinc Həsənova 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Maliyyə və kredit fakultəsini bitirib. Əmək fəaliyyətinə 1993-cü ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsində iqtisadçı kimi başlayıb. 1993-2006-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsi və…

Ətraflı

Azərbaycanda su ehtiyatları 2020-2050-ci illərdə 20-25 faiz azalacaq

Hazırda bütün dünyada, o cümlədən ölkəmizdə qlobal iqlim dəyişilmələrinin neqativ təsirləri getdikcə genişlənir. Bu təsirlər arid zonalarada yerləşən ölkələrdə daha çox hiss olunmaqdadır ki, Azərbaycan da həmin ölkələr sırasına daxildir. Viral.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Zakir Quliyev “Avropa və Mərkəzi Asiya ölkələrinin aqro-ərzaq sektorunda iqlim tədbirlərinin gücləndirilməsi” mövzusunda…

Ətraflı

Bakıda texniki baxış zamanı avtomobildən narkotik AŞKARLANDI

Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb. Viral.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Avtonəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı növbəti dəfə hüquqazidd əməllərin qarşısı alınıb. Belə ki, Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə Mərkəzində Bakı şəhər sakini Anar Babayevə məxsus “Land Rover” markalı avtomobilə texniki baxış…

Ətraflı

Azərbaycanda “Zəngəzur” PUA-sı istehsal olundu

Azərbaycanda “Zəngəzur” pilotsuz uçuş aparatı (PUA) istehsal olunub. Viral.az xəbər verir ki, PUA ilk dəfə Bakıda keçirilən “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilir. “Zəngəzur” PUA-sı VTOL radioekoloji monitorinq üçün nəzərdə tutulub. İşağldan azad olunan ərazilərimiz minalardan təmizləndikdən sonra torpaqda qalan radiasiyaların aradan qaldırılmasında PUA-nın istifadəsi vaxta əhəmiyyətli dərəcədə qənaət edir. PUA-nın təkmilləşdirilərək döyüş zamanı…

Ətraflı

İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olundu – FOTO

Sentyabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub. Viral.az xəbər verir ki, bu təyyarələr artıq Azərbaycan Hərbi Hava…

Ətraflı

Şimşək çaxacaq, leysan yağacaq – Sabahın HAVASI

Sentyabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu gecə…

Ətraflı

Rəqsanənin evindən oğurluq edən bu şəxs imiş – Özü açıqladı

Müğənni Rəqsanə İsmayılova Moskvadakı mənzilindən oğurluq edən şəxsin əməlini etiraf etdiyini açıqlayıb. Viral.az xəbər verir ki, müğənni “Bizimləsən” verilişində həmin şəxsin tanınmış adam olduğunu deyib: “Oğurluq edən şəxsin artıq ailəsi də bilir. O, oğurluq etdiyini Azərbaycanda boynuna alıb. Artıq vəkillərimiz Azərbaycana sorğu göndəriblər. Sorğunun dövlət qurumlarına təqdim edilməsini gözləyirik. Həyatda ona təəssüflənirəm ki, niyə həmişə…

Ətraflı

DYP hava şəraiti ilə bağlı müraciət ETDİ

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı müraciət edib. İdarədən Viral.az-a verilən məlumata görə, müraciətdə deyilir: “Sinoptiklərin verdiyi məlumata əsasən, bu gündən başlayaraq sentyabrın 27-dək ölkə ərazisində hava şəritinin qeyri-sabit keçəcəyi, bəzi rayonlarda külək və leysan xarakterli yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda…

Ətraflı

Quru sərhədlərlə bağlı qərar VERİLDİ

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Viral.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 yanvar 2025-ci ilə saat 06.00-dək uzadılıb. Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejimi 1 oktyabr 2024-cü ilədək müddəti əhatə edirdi. Xatırladaq ki, Nazirlər Kabinetinin bugünkü qərarı ilə uzun…

Ətraflı

DSX-nin baş gizirini öldürən şəxslərə hökm OXUNDU

Restoranda bir nəfəri öldürməkdə, digərinə xəsarət yetirməkdə ittiham olunan Orxan Zeynalov və İlqar Abdurrahmanovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb. Viral.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Orxan Zeynalov 19 il, İlqar Abdurrahmanov isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hər iki müttəhim cəzasını ciddi rejimli…

Ətraflı

Sevinc Həsənovaya Nazirlər Kabinetində yüksək vəzifə verildi

Sevinc Həsənova Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edilib. Viral.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb. Sevinc Həsənova bundan əvvəl Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb. Qeyd edək ki, bundan əvvəl Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsini Azər Əmiraslanov tuturdu. O, növbədənkənar parlament seçkilərində deputat seçildiyi üçün sentyabrın…

Ətraflı

“Azərbaycanın təcrübəsini öyrənirik” – Pavel Muraveyko

“Azərbaycanla humanitar minatəmizləmə, hərbi kadrların hazırlanması, hava hücumundan müdafiə, yaylım atəşi sistemlərindən istifadə və digər sahələrdə təcrübəmizi bölüşməyə hazırıq”. Viral.az xəbər verir ki, bunu apa.az-a açıqlamasında Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko deyib. Onun sözlərinə görə, ölkəsi Azərbaycanın münaqişələrin həlli istiqamətindəki təcrübəsini öyrənir: “Belarusla Azərbaycan arasında hərbi-texniki sahədə…

Ətraflı

Matvienko yenidən sədr SEÇİLDİ

Valentina Matvienko yenidən Rusiya Federasiya Şurasının sədri seçilib. Viral.az  “RİA Novosti”yə istinadla xəbər verir ki, Federasiya Şurası bu gün keçirilən plenar iclasda Matvienkonu yekdilliklə parlamentin yuxarı palatasının sədri seçib. Bununla da, 75 yaşlı Matvienko 4-cü dəfə Federasiya Şurasına sədrlik edəcək. Belə ki, o bu vəzifəni 2011-ci ildən icra edir.

Ətraflı

Oktyabrın 2-də ilin ikinci Günəş tutulması baş VERƏCƏK

2024-cü ilin ikinci Günəş tutulması oktyabrın 2-də baş verəcək. Bu barədə Viral.az-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, tutulma halqavari Günəş tutulmasıdır. Ay Yerdən daha uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə tutulma zamanı Ay Günəşin səthini tam bağlamır və Ayın ətrafında parlaq həlqə yaranır….

Ətraflı

“Azərbaycanda su ehtiyatları 2070-2100-cü illərdə 30-35 % azalacaq”

Proqnoza əsasən, Azərbaycanda su ehtiyatlarının 2020-2050-ci illərdə 20-25 %, 2070-2100-cü illərdə isə 30-35 % azalması gözlənilir. Viral.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini Zakir Quliyev Avropa və Mərkəzi Asiyada ölkələrinin aqro-ərzaq sektorunda iqlim tədbirlərinin gücləndirməsi” mövzusunda regional iqlim konfransında deyib. Onun sözlərinə görə, Azərbaycanın su ehtiyatları olduqca məhduddur: “Çoxillik məlumatlara əsasən, respublikanan yerüstü su ehtiyatları 30 milyard…

Ətraflı

“Əllərindən öpəcəm” – Afət Floranı oğlunun toyuna dəvət etdi

Müğənni Afət Fərmanqızı şok açıqlama edib. Viral.az xəbər verir ki, “Elgizlə izlə” verilişinə zəng edən müğənni illərdir məhkəmələrdə çəkişdiyi Xalq artisti Flora Kərimovanı efir vasitəsilə oğlunun toyuna dəvət edib və toyda onun əllərindən öpəcəyini açıqlayıb. Daha sonra o, Xalq artistinə başqa sürprizi olacağını da açıqlayıb: “Siz Flora xanımı oğlumun toyuna gətirin, əllərindən öpüb başqa bir jestim…

Ətraflı

ABŞ Ukraynanın NATO-ya üzv olmasını istəmir

ABŞ Ukraynanın NATO-ya üzv olmasını istəmir. Viral.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın “NBC” kanalına müsahibəsində bildirib. Ərdoğan bu məsələdə bütün NATO ölkələrinin addımlarına baxacaqlarını bildirib. Türkiyə Prezidenti bir çox NATO ölkəsinin də Ukraynanın bu təşkilata üzv olmasını istəmədiyini vurğulayıb. “Hazırda biz bu məsələlərlə bağlı qərarlarımızı verərkən, əlbəttə ki, bütün…

Ətraflı

Ermənistanın Azərbaycana torpaq kompensasiyası gündəmə gələ bilər

“Azərbaycan və Ermənistan arasında hazırda sülhlə bağlı çərçivə prinsiplər sazişi ilə əlaqədar danışıqlar aparır”. Viral.az xəbər verir ki, bunu apa.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib. Tofiq Zülfüqarov deyib ki, daha sonra konkret mövzularda danışıqlar davam etdiriləcək: “Çünki məlumdur ki, delimitasiya və demarkasiya prosesinin yekun mərhələsində sərhəd, kommunikasiya mövzusu tam şəkildə həllini tapa…

Ətraflı