Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya ilə hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilənin ratifikasiyası barədə qanunu imzalayıb.
Viral.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, müqavilə, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, tərəflərdən biri silahlı hücuma məruz qaldığı təqdirdə dərhal hərbi və digər yardımın göstərilməsini nəzərdə tutur.
Son Yazılar:
- Spirtli içkilər xərçəng riskini ARTIRIR – Həkim AÇIQLADI
- Kitaba “toy” tutanlar…
- Deputat əmisi qızını işdən çıxarıb yerinə öz xanımını təyin ETDİ
Bundan əlavə, onlar digər tərəfin suverenliyi, təhlükəsizliyi, ərazi toxunulmazlığı, siyasi, sosial, iqtisadi və mədəni sistemlərin azad seçimi və inkişafı hüququna qarşı yönəlmiş üçüncü dövlətlərlə sazişlər bağlamamağı öhdələrinə götürürlər.