Hərbçilərin kirayə haqları artırılsın – Deputatdan TƏKLİF

“Siyasi partiyalara ayrılan vəsaitlərlə maliyyə artırılsın”.

Viral.az xəbər verir ki, Milli Məclisin Regional məsələlər üzrə komitəsinin sədri Siyavuş Novruzov bu gün keçirilən iclasda bir sıra təkliflər verib.

“İkinci olaraq hərbçilərin kirayə haqları artırılsın. Üçüncü təklifim sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlıdır. Burada bələdiyyələr də xüsusi rol oynayır. Digər təklifim torpaqların kateqoriyaları sadələşdirilsin, azaldılsın. Bundan başqa, Azərbaycanda qaz limiti aradan qalxsın, əgər qalacaqsa, Naxçıvanda artırılsın”, – deyə millət vəkili əlavələr edib. // redaktor.az

Son Yazılar: