Bu tarixdə pensiyalar tam ÖDƏNİLƏCƏK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyunun 14-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Viral.az Nazirlikdən məlumat verilib. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Ətraflı

İlham Əliyev Türkiyədə səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gəlib. Viral.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və digər rəsmi şəxslər qarşıladılar.

Ətraflı

Naxçıvanda ehtiyyatda olan hərbçilər orduya çağrıldı

Əlahiddə Ümumqoşun Ordunun 2024-cü il üçün hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə bir qrup hərbi vəzifəlinin cəlb edildiyi təlim toplanışı keçirilir.   Ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat…

Ətraflı

Zakir Həsənov generalı işdən çıxardı – Yeni təyinat

Müdafiə Nazirliyinin Katibliyinin rəisi general-mayor Namiq Poladov vəzifəsindən azad edilib.   Viral.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.   Əmrə əsasən, Namiq Poladov son yaş həddi ilə bağlı təqaüdə göndərilib.   Nazirin digər əmri ilə polkovnik Elnur Kazımov Katibliyin rəisi təyin edilib.  

Ətraflı

Azərbaycanda rəsmi nikah olmadan dini kəbin kəsilmir

Artıq 15 ildən çoxdur ki, rəsmi nikah olmadan dini kəbin kəsilmir. Rəsmi nikahın qeydiyyat nömrəsi mütləq şəkildə nikahnaməyə qeyd olunur.   Viral.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin qazisi, Əjdərbəy məscidinin axundu Hacı İlham Səlimov söyləyib.   İlham Səlimov deyib ki, Bakıda din xadimləri bu qaydalara əməl edirlər. Rəsmi nikah şəhadətnaməsi təqdim olunmadığı halda kəbin kəsilmir….

Ətraflı

İtkin düşən hərbçimiz Ermənistanda həbs olunub?

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.   Viral.az-ın məlumatına görə, erməni mətbuatı itkin düşən hərbçimizlə bağlı bir sıra iddialar irəli sürüb.   Bildirilir ki, hərbçimiz Ermənistan sərhədini keçib və saxlanılıb. Məlumatı ermənilərin teleqram kanalları da yayıb….

Ətraflı

Sübhan Bəkirovun vəzifəsini kim icra edir?

Bu ilin əvvəlində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov vəzifəsindən azad edilib. Onun yerinə hələlik təyinat olmayıb. Viral.az xəbər verir ki, HDQ komandanının səlahiyyətləri birinci dərəcəli kapitan Teymur Mürşüdova tapşırılıb. Mürşüdov Teymur Bəxtiyar oğlu Vətən Müharibəsinin iştirakçısıdır. O, müharibə zamanı ikinci dərəcəli kapitan rütbəsini daşıyıb, daha sonra ona birinci dərəcəli kapitan rütbəsi təqdim edilib….

Ətraflı

Gürcüstanla Azərbaycan arasında yeni keçid məntəqəsi YARADILIR

Gürcüstan və Azərbaycan arasında yeni gömrük keçid məntəqəsi yaradılacaq.   Viral.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin illik hesabatında bildirilib.   Məlumata görə, artıq tərəflər arasında müqavilə layihəsi razılaşdırılıb, memarlıq layihəsi hazırlanır.   “Gürcüstan və Azərbaycan arasında yeni birgə gömrük-keçid məntəqəsi ölkələrin tranzit və logistika imkanlarının inkişafına töhfə verəcək, regionun nəqliyyat…

Ətraflı

Gədəbəydə xəstəxana dünəndən İŞIQSIZDIR

Gədəbəy rayon Mərkəzi Xəstəxanasında və ətraf küçələrdə elektrik enerjisində yaranmış problem hələ də həllini tapmayıb.   Viral.az-ın məlumatına görə, transformatorda olan problem hələ də həll olunmayıb və dünən günün ikinci yarısından bu saata qədər xəstəxanada elektrik enerjisi yoxdur.   Sakinlər bildirib ki, xəstəxananın işıqlandırılması üçün generator quraşdırılmasına çalışılsa da, texniki nasazlıq səbəbindən bu da mümkün…

Ətraflı

Goranboyda təbii fəlakətin fəsadları aradan qaldırılır

8 iyun 2024-cü il tarixdə, axşam saatlarında baş verən leysan yağışı və güclü külək nəticəsində Goranboy rayonu ərazisində çaylarda suyun səviyyəsi artıb, əksər yaşayış məntəqələrində fərdi təsərrüfatlara və əkin sahələrinə ziyan dəymiş, elektrik enerjisi və təbii qazın təhcizatında fasilələr yaranıb.   Viral.az xəbər verir ki, mövcud vəziyyətlə bağlı, Goranboy Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası və…

Ətraflı

Yağış yağacaq, külək əsəcək – Sabahın HAVASI

İyunun 10-a gözlənilən hava proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   Səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 27-32° isti olacaq. Atmosfer…

Ətraflı

Külək, yağış, duman – FAKTİKİ HAVA

İyunun 9-u saat 9:00-a olan faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a verilən xəbərə görə, iyunun 9-u saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunub.   Şimşək çaxıb, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub. Şimal-qərb küləyi bəzi bölgələrdə arabir güclənib….

Ətraflı

Azərbaycanlı astronavt kosmik səyahəti başa vurdu

Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangir Atasevər kosmosda missiyasını başa vurub.   Viral.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 18:30-da (yerli vaxtla saat 08:30) başlayan uçuş bir saat iyirmi dəqiqə davam edib. Uçuşdan təxminən 40 dəqiqə sonra astronavtların olduğu kosmik kapsul daşıyıcı raketdən ayrılıb. 15 dəqiqə ərzində elmi təcrübələr həyata keçirilib. Daha sonra əvvəl…

Ətraflı

Azərbaycanlı astronavt kosmosa uçdu – FOTOLAR

Bu gün Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangir Atasever ABŞ-ın “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan kosmosa uçub. Viral.az xəbər verir ki, missiya zamanı o, üzərində Türkiyə və Azərbaycan bayraqları işlənmiş forma geyinib. Astronavt uçuş missiyasına əlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST” festivalı çərçivəsində ona təqdim etdiyi Türkiyə Bayrağı və Azərbaycan Bayrağı ilə başlayıb. Tuva Cihangir Atasever…

Ətraflı

Prezident delimitasiyadan danışdı 

Azərbaycan və Ermənistan dövlət sərhədlərini müəyyən etmək işində müəyyən uğurlara nail olublar Prezident İlham Əliyev: Azərbaycan və Ermənistan dövlət sərhədlərini müəyyən etmək işində müəyyən uğurlara nail olublar Hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyən etmək işində müəyyən uğurlara nail olublar, 12,7 kilometr dövlət sərhədi, demək olar ki, razılaşdırıldı.   Viral.az xəbər verir ki, bu…

Ətraflı

DTX məlumat yaydı – İrandan narkotik daşıyan marşrutlar açıqlandı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində transmilli mütəşəkkil cinayətkar dəstələrin qaçaq yolla külli miqdarda narkotik vasitələrini Azərbaycana daşıdıqları marşrutları açıqlayıb.   Viral.az xəbər verir ki, bu barədə DTX-nin yaydığı məlumatda qeyd olunub.   Transmilli mütəşəkkil cinayətkar dəstələrin narkotik vasitələrini Azərbaycana daşıdıqları əsas marşrutların bunlar olduğu qeyd edilib:   İran İslam Respublikası – Azərbaycan…

Ətraflı