İtkin düşən hərbçimiz Ermənistanda həbs olunub?

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.

 

Viral.az-ın məlumatına görə, erməni mətbuatı itkin düşən hərbçimizlə bağlı bir sıra iddialar irəli sürüb.

Son Yazılar:

 

Bildirilir ki, hərbçimiz Ermənistan sərhədini keçib və saxlanılıb. Məlumatı ermənilərin teleqram kanalları da yayıb.

 

Ermənistan Milli Təhlükəsizlik Xidməti hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.