Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb.
Bu barədə Viral.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, sentyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin sentyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Son Yazılar:
- Misir-Azərbaycan Dostluq Cəmiyyətində tələbələrə diplomlar təqdim edildi
- Dekabrın bu 4 günü ilə bağlı XƏBƏRDARLIQ – Vacib işləri təxirə salın
- Professor İlham Rəhimov Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru oldu
Qeyd edilib ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.