“Kia” yanıb kül oldu 

Ələt-Astara avtomobil yolunda avtomobil yanıb.   Viral.az “Report”a istinadən xəbər verir ki, hadisə yolun 85-ci km-də, Biləsuvar rayonuna düşən hissəsində qeydə alınıb.   Belə ki, Şahmurad Nurinin idarə etdiyi “Kia” markalı minik avtomobili qəfil alışmağa başlayıb. Hadisə yerinə FHN-in Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunsa da, avtomobil tamamilə yanaraq, sıradan çıxıb….

Ətraflı

“Sədərək” ticarət mərkəzində YANĞIN

Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində yanğın olub.   Viral.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.   Ticarət mərkəzinin ərazisində ümumi sahəsi 50 m² olan tikinti materialları anbarının qarşısına yığılan plastik borular və digər obyektdə ümumi sahəsi 200 m² olan anbarın 2 ədəd plastikdən ibarət pəncərəsi və 5 m² sahədə dam örtüyü…

Ətraflı

Lənkəranda maşın su kanalına aşdı – Xəsarət alanlar var

Lənkəranda yol qəzası baş verib.   Viral.az-ın məlumatına görə, hadisə Ələt-Astara-İran magistralının Lənkəran rayonunun Səpnəkəran kənd ərazisində olub.   Belə ki, Astara rayonunun Maşxan kənd sakini 1997-ci il təvəllüdlü Azərim Azərili idarə etdiyi “Nissan” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb.   Qəzada avtomobildə olan 4 nəfərdən üçü- sürücü…

Ətraflı

18 yaşlı gənci öldürən şəxs tutuldu – Həmyaşıd imişlər…

İyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.   Viral.az xəbər verir ki, bu barədə Sabunçu rayon prokurorluğu məlumat yayıb.   Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr…

Ətraflı

Tələbəyə 17 il həbs verildi: Tanışına 23 bıçaq zərbəsi endirib…

Gəncədə kafe sahibini qətlə yetirən 2004-cü il təvəllüdlü Samir Hüseynova hökm oxunub. Viral.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi S.Hüseynovu Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilib. Araşdırmalar zamanı məlum olub ki, Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin marketinq ixtisası üzrə 2-ci kurs tələbəsi olan Samir tanışı…

Ətraflı

Daha bir qəza – 2 yaralı 

Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alanlar var.   Viral.az xəbər verir ki, qəza saat 17 radələrində Ələt-Astara yolunun rayonun Qalalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan iki nəfər – İbrahimov Həbib və Zülfüqarov Rövşən Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Ətraflı

18 yaşlı gənc qətlə yetirildi 

Sabunçu rayonunda 18 yaşlı gənc qətlə yetirilib.   Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.   Məlumata görə, hadisə iyunun 14-də rayonun Balaxanı qəsəbəsində qeydə alınıb: “Sabunçu rayonunun Balaxanı qəsəbəsində 2006-cı il təvəllüdlü İmanov Rəşid Rüstəm oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub”.   Bildirilib ki, hazırda şübhəli şəxs axtarılır: “Cinayət…

Ətraflı

İmişlidən acı xəbər – 3 nəfər yaralandı 

İmişli rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobilinin yoldan çıxması nəticəsində 3 nəfər xəsarət alıb.   Viral.az xəbər verir ki, yol qəzası rayonun Murğuzallı kəndi ərazisində qeydə alınıb. Abdullayev Mirmansur Mirhəmzə oğlu “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarə etməni itirib və avtomobil yoldan çıxıb. Hadisə zamanı sürücü ilə bərabər iki nəfər sərnişin – Musalı Uğur…

Ətraflı

Lift qırılması nəticəsində xəsarət alanların SON DURUMU

13.06.2024-cü il tarixində saat 22:00 radələrində Xətai rayonunda yaşayış binasında lift qırılması səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.   TƏBİB-dən Viral.az-a bildirilib ki, xəsarət alan 8 nəfər şəxsdən (5-i qadın, 3-ü kişi olmaqla) 7 nəfəri Sabunçu Tibb Mərkəzinə, 1 nəfəri Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.   Xəsarət alanların vəziyyəti ətraflı dəyərləndirildikdən sonra əlavə…

Ətraflı

Bakıda lift qırıldı: Xəsarət alanlar var

“Həsi Aslanov” metrostansiyasının yaxınlığında, Xudu Məmmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksində liftin qırıldığı bildirilir.   Viral.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya sakinlər məlumat verib.   Məlumata görə, hadisə zamanı xəsarət alanlar olub.   Qeyd edək ki, əraziyə təcili və təxirəsalınmaz tibbi yardım briqadaları cəlb olunub.

Ətraflı

Ocaq qalamaq istədi, özünü yandırdı

Şirvan şəhər sakini həyətdə ocaq qalayan zaman yanıq xəsarətləri alıb.   Viral.az xəbər verir ki, hadisə axşam saatlarında Şirvan şəhəri Neftçi küçəsi, 17 ünvanında baş verib. Gözəlov Cəfərqulu Ağacəfər oğlu həyətdə yandırdığı ocağa benzin əlavə edərkən güclənən alovun təsirinə məruz qalıb.   O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra Bakı xəstəxanalarından…

Ətraflı

Ticarət mərkəzindən meyit TAPILDI 

Sumqayıtda ticarət mərkəzində kişi meyiti tapılıb   Viral.az APA-ya istinadən xəbər verir ki,hadisə şəhərin 10-cu mikrorayonunda yerləşən ticarət mərkəzlərinin birinin daxilində baş verib.   Araşdırma zamanı meyitin 1954-cü il təvəllüdlü Nazim Əvəz oğlu Baxşəliyevə aid olduğu məlum olub.   Faktla araşdırılır.

Ətraflı

Sumqayıtda yaşayış binasında yanğın

Sumqayıt şəhərində yanğın olub.   Viral.az FHN-ə istinadən xəbər verir ki, dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində pilləkən qəfəsində quraşdırılan 8 ədəd elektrik açarı, 10 p.m. elektrik kabeli, 2 ədəd su sayğacı və 6 p.m. plasmas su borusu yanıb. Mənzillər yanğından mühafizə olunub.   Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ətraflı

Qızının qeyri-etik görüntülərini paylaşan ana cəzalandırıldı

Sosial şəbəkələrdə öz qızının qeyri-əxlaqi görüntülərini paylaşan ana məsuliyyətə cəlb olunub, övladı ondan alınıb.   Viral.az xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.   Bildirilib ki, Dövlət Komitəsi həmçinin sosial şəbəkələrdə ananın azyaşlı qızının qeyri-əxlaqi hərəkətilərini əks etdirən görüntülərini yaymasından dərhal sonra faktın araşdırılması ilə bağlı aidiyyəti…

Ətraflı

Culfada kombayn və taxıl sahəsi yandı

Culfa rayonu Yaycı kəndində kombaynda və taxıl sahəsində yanğın baş verib.   Viral.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa rayonu Yaycı kəndində kombaynda və taxıl sahəsində yanğının baş verməsi barədə məlumat daxil olub.   Dərhal Culfa Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.   Yanğınsöndürənlərin…

Ətraflı

Nohur gölündə daşma riski

Qəbələ rayonunun Nohurqışlaq kəndində yerləşən Nohur gölündə daşma riski yaranıb.   Viral.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.   Bildirilib ki, güclü yağıntılar səbəbindən gölün daşma riski nəzərə alınaraq hazırda Nazirliyin Şimal-qərb Regional Mərkəzinin qüvvələri tərəfindən göldə suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.

Ətraflı

İki rayonu su basdı, köməksiz qalanlar təxliyə olundu

Məlumat verildiyi kimi, intensiv yağışlar nəticəsində Yevlax və Mingəçevir şəhərlərində su basmış ərazilərdə ötən gündən başlayaraq Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən suçəkmə, köməksiz vəziyyətdə qalan insanların təxliyəsi və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsinə başlanılıb.   Viral.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.   Nazirliyin qüvvələri tərəfindən fasiləsiz olaraq həyata keçirilmiş tədbirlər sayəsində…

Ətraflı

Avtomobili qanunsuz idarə edən müharibə iştirakçısı intihara cəhd etdi

İyunun 12-də saat 08 radələrində İmişli rayonunda 2-ci Qarabağ müharibəsi iştirakçısı, 1992-ci il təvəllüdlü Həsənov Allahşükür Vaqif oğlu 99-MP-301 dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobili etibarnamə olmadan və nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik etdiyi üçün DYP əməkdaşları tərəfindən saxlanılıb.   Viral.az APA-ya istinadən xəbər verir ki, rayon ərazisində avtomobillə təhlükəli manevrlər edən sürücü özünü müharibə iştirakçısı kimi…

Ətraflı